''Göylərlə Yer''in bir-birindən ayrılması



Göylərin yaradılışından bəhs edən başqa ayədə belə deyilir: ''Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilirlərmi?! Yenə də iman gətirməzlər?'' (''Ənbiya'', 21/30).

Ayənin ''bir-birilə bitişik'' kimi tərcümə edilən ''ratq'' kəlməsi ərəbcə lüğətlərdə ''bir-birilə iç-içə, ayrılmaz, qaynayıb-qarışmış'' mə*na**la*rını ifadə edir. Yəni tam bir bütünü əmələ gətirən iki maddəni tanımaq üçün bu kəlmə istifadə olunur. Ayədə gedən ''ayırdığımız'' ifadəsi isə ərəbcə ''fatq'' felidir ki, bu fel ''ratq'' halındakı bir obyekti yarıb, parçalayıb çölə çıxmaq mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması ərəbcədə bu fellə ifadə edilir.

İndi təkrar baxaq: ayədə göylərlə yerin bir-birilə bitişik, yəni ''ratq'' halda olduğu bir vəziyyətdən bəhs edilir. Dalınca isə bu ikisi ''fatq'' feli ilə ayrılırlar. Yəni biri digərini yararaq çölə çıxırlar. Həqiqətən də, ''Biq Banq''ın ilk anını xatırladığımız zaman tək bir nöqtənin kainatın maddəsini içində topladığını görürük.

Yəni hər şey, hətta hələ yaradılmamış olan ''göylər və yer'' belə bu nöqtənin içində ''ratq'' halındadırlar. Sonra isə bu nöqtə şiddətlə partlayır və bu yolla maddələr ''fatq'' olurlar...

Ayədə verilən ifadələri elmi ixtiralarla müqayisə elədiyimiz zaman tam bir harmoniya içində olduqlarını görürük. 14 əsr öncə xəbər verilmiş olan bu ixtiraların elmi olaraq ortaya qoyulması isə ancaq XX əsrdə mümkün olmuşdur.
(harun yahya Allah ağılla bilinir)