YAĞIŞLAR

Yağış Yer üzündəki həyatın davamı üçün həqiqətən ən önəmli faktorlardan biridir. Quran insan daxil olmaqla, bütün canlılar üçün əhəmiyyət daşıyan yağışlardan müxtəlif ayələrdə bəhs edir. Bundan başqa, yağışların əmələ gəlməsi, miqdarı və təsiri mövzusu*nda mühüm məlumat verir. O dövrün insanları tərəfin*dən əsla bilinməyəcək olan bu məlumatlar bizə Quranın ilahi bir söz olduğunu göstərir.

Gəlin Quranda yağışla əlaqədar məlumat*ları növbə ilə araşdıraq.

Yağışdakı ölçü

Quranda yağış haqqında verilən bir məlumatda onun müəyyən ölçü ilə endirilməsidir. ''Zuxruf'' surəsində belə buyrulur: ''O Allah ki göydən bir qədər su endirdi, biz onunla ölü bir məmləkəti diriltdik. Siz də belə çıxardılacaqsınız''. (''Zuxruf'', 43/11).

Yağışdakı bu ölçü zamanımızdakı araşdırmalarla təsbit edilmişdir. Ölçülərə görə, yer üzündə bir saniyədə 16 milyon ton su buxarlanmaqdadır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu, eyni zamanda bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. Yəni su davamlı bir tarazlıq içində ''bir ölçüyə görə'' çevrilməkdədir. Yer üzündə həyatın davamı da bu su dövriyyəsi sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan istifadə etsə belə, bu dövran əsla süni olaraq baş verə bilməz.

Əgər bu miqdirda ən kiçik bir dəyişiklək belə olsa, qısa bir vaxt keçdikdən sonra böyük bir ekoloji natarazlıq ortaya çıxacaq və bu da həyatın sonunu gətirəcəkdir.

Yağışın əmələ gəlməsi

Yağışın necə əmələ gəldiyi uzun zaman insanlar üçün sirr idi. Ancaq hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəldiyi dəqiqləşdi.

Yağış üç mərhələdən keçərək əmələ gəlir: əvvəl külək yolu ilə yağışın ''xammalı'' havaya qalxır. Sonra da buludlar meydana gəlir və ən sonda yağış damlaları ortaya çıxar.

Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar bildirilənlər isə bütövlükdə bu proseslərdən söz etməkdədir. Bir ayədə bu əmələgəlmə haqqında belə məlumat verilir: ''Buludları hərəkətə gətirən, küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. O, yağışı bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər'' (''Rum'', 30/48).

İndi ayədə ifadə edilən üç mərhələni texniki olaraq araşdıraq:

I mərhələ. ''Allah küləkləri göndərir...''

Okeanlardakı köpüklənmə nəticəsində əmələ gələn saysız hava qabarcığı davamlı ortaya çıxdıqda su zərrələri mütəmadi olaraq havada fırlanır. Duzlarla zəngin olan bu zərrələr daha sonra küləklərlə atmoferdə yuxarılara doğru yol alır. Aerozol adı verilən bu kiçik parçalar ''su tələsi'' adı verilən bir mexanizmlə dənizlərdən qalxan su buxarını öz ətrafında kiçik damlalar halında toplayaraq bulud topalarını əmələ gətirirlər.

II mərhələ. ''...Buludları hərəkətə gətirən onları göy üzündə istədiyi kimi yaradar və topa-topa edər...''

Duz kristallarının ya da havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damlaları çox kiçik olduqlarına görə (0,01 və 0,02 mm) havadan asılı qalırlar və havaya yayılırlar. Beləcə göy buludlarla örtülür.

III mərhələ. ''...Artıq buludların arasından yağış çıxdığını görürsən''.

Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damlalarını əmələ gətirirlər. Beləcə, havadan daha ağır bir vəziyyətə gələn damlalar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayırlar[43].

Ağ dənizdə və Atlantik okeanında böyük dalğalar, güclü axınlar, qabırb-çəkilmələr vardır. Ağ dənizin suyu Cəbbəllütariq boğazında Atlantik okeanı ilə qarışır. Amma bu qarışma nəticəsində dənizin istilik, duzluluq və sıxlıq xüsusiyyətləri dəyişməz qalır. Çünki iki dəniz arasında görünməyən bir sədd vardır[44].
(harun yahya Allah ağılla bilinir)

43. Anthes, Richard A., John J. Cahir, Alistair B. Fraser, and Hans A. Panofsky, 1981, The Atmosphere, 3. edition, Columbus, Charles E. Merrill Publishing Company, s. 268-269; Millers, Albert; and Jack C. Thompson, 1975, Elements of Meteorology, 2. edition, Columbus, Charles E. Merrill Publishing Company, s. 141