İNSANIN DOĞULMASI


Quranda insanlar imana çağırılarkən olduqca fərqli mövzulardan bəhs edilir. Allah bəzən göyləri, bəzən yer üzünü, bəzən heyvanları və bitkiləri insana dəlil göstərir. Bir çox ayədə insanın dönüb yaradılışına baxması nəsihət edilir. Onun yer üzünə necə gəldiyi, hansı mərhələlərdən keçdiyi və təməl maddəsinin nə olduğu tez-tez xatırladılır. Məsələn, bir ayədə belə deyilir: ''Ey kafirlər! Biz sizi yoxdan yaratdıq. Məgər qiyamət günü yenidən diriləcəyinizi təsdiq etməzsiniz? Bəs bətnlərə axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan insan yaradan sizsiniz, yoxsa Biz?!''. (''Vaqiə'', 56/57-59).



İnsanın yaradılışı və bunun möcüzəvi xüsusiyyəti başqa ayələrdə də vurğulanır. Ancaq bu vurğulanmalar arasında elə elmi faktlar vardır ki, bunlar VII əsrdə yaşayan insanların əsla bilmədiyi incəliklərdir. Budur bunlardan bəziləri:

1. İnsan məni mayenin hamısından deyil, əksinə, çox kiçik bir parçasından (spermadan) yaradılır.

2. Uşağın cinsiyyətini kişi müəyyən edir.

3. İnsan embrionu ana bətninə adətən bir zəli kimi yapışır.

4. Uşaq ana bətnində 3 qaranlıq mərhələ içində inkişaf edir.

Quranın endirildiyi əsrdə də insanlar əlbəttə, doğumun maddəsinin cinsi əlaqədən sonra kişidən gələn məni ilə əlaqədar olduğunu bilirdilər. Uşağın təqribən 9 aya əmələ gəlməsi də asanlıqla müşahidə edilən, bilinməsi üçün araşdırma tələb etməyən bir mövzu idi.

Ancaq yuxarıda bildirdiyimiz məlumatlar o dövrün insanının bilik səviyyəsinin fövqündəydi. Bunlar ancaq XX əsrdə kəşf edildi.

İndi bu məlumatları sıra ilə araşdıraq.

Mənidən bir damla

Cinsi əlaqə zamanı kişidən bir dəfədə təqribən 250 milyon sperma axır. Spermalar qadın yumurtalığına çatana qədər çətin bir yol keçirlər. Bu yolda 250 milyon spermanın ancaq minə qədəri yumurtaya çatmağa müvəffəq olur. Beş dəqiqəlik yarışın sonunda yarım duz dənəsi böyüklüyündəki yumurta spermadan yalnız birini qəbul edir. Yəni insan mənin hamısı deyil, ondan kiçik bir hissədir.

Quranda bu həqiqət belə açıqlanmışdır: ''Məgər insan elə güman edir ki, o, başlı-başına, cəzasız buraxılacaq?! Məgər o, ata belindən ana bətninə tökülən bir qətrə nütfə deyildimi?!'' (''Qiyamət'', 75/36-37).

Diqqət etsək, görərik ki, Quranda insanın məninin hamısından deyil, onun içindən alınan kiçik bir parçadan yaradıldığı xəbər verilməkdədir! Bu ifadədəki xüsusi vurğunun ancaq müasir elm tərəfindən kəşf edilən bir həqiqəti açıqlaması isə ifadənin ilahi qaynaqlı bir məlumat olduğuna sübutdur.

Mənidəki mürəkkəblik

''Məni'' adlandırılan və spermaları daşıyan bəsləyici maye sadəcə olaraq spermalardan əmələ gəlmir. Əksinə, məni bir-birindən fərqli mayelərin qarışığından əmələ gəlir. Bu mayelərin vəzifələri arasında spermanın ehtiyac duyduğu enerji tələbatını ödəyəcək şəkərə malik olmaq, bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytranlaşdırmaq, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etmək kimi xassələri saymaq olar.

Maraqlıdır ki, Quranda mənidən bəhs edilərkən müasir elmin ortaya çıxartdığı bu həqiqətə də işarə edilməkdə və məni ''qarmaqarışıq'' bir maye kimi təsvir edilməkdədir: ''Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq''. (''İnsan'', 76/2).

Başqa bir ayədə isə yenə mənin qarışıq bir madə olduğuna işarə edilir, insanın isə bu qarışığın ''özündən'' yaradıldığı vurğulanır: ''O yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən -bir qətrə zəif, dəyərsiz sudan əmələ gətirdi''. (''Səcdə'', 32/7-8).

Burada ''öz'' deyə tərcümə edilən ''sulala'' ərəb kəlməsi ''öz'', ya da bir şeyin ən yaxşı qismi deməkdir. Hansı şəkildə alınırsa-alınsın, ''bütövün bir parçası'' mənasına gəlir.

Bu vəziyyət Quranın insan yaradılışını ən incə xırdalığına qədər bilən bir İradənin sözü olduğunu açıq göstərməkdədir. Bu İradə insanı yaratmış olan Allaha məxsusdur.

Uşağın cinsiyyəti

Yaxın vaxtlara qədər insanlar uşağın cinsiyyətinin ana hüceyrələri tərəfindən müəyyənləşdiyini sanırdılar. Ya da ən azından, ana və atadan gələn hüceyrələrin birlikdə cinsiyyəti müəyyənləşdirdikləri zənn edilirdi. Ancaq Quranda bu mövzuda fərqli bir məlumat verilmiş və erkəklik və dişiliyin ''bətnə tökülən mənidən'' sılı olduğu bildirilmişdir: ''Hər bir sırf erkək və dişi yaradan Odur. Bir qətrə nütfədən axıb töküldüyü zaman'' (''Nəcm'' surəsi, 53/45-46).

Quranda verilən bu məlumatın doğruluğu genetika və mikrobiologiya elmlərinin inkişafı ilə sübut edildi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmadığı ortaya çıxdı.

Cinsiyyətin müəyyən olunmasındakı amil xromosomlardır. İnsan quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XU, qadında isə XX kimi tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. U xromosomu kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır.

İnsanın əmələ gəlməsi kişi və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalama zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişidə ikiyə ayrılan hüceyrə X və U xromosomları daşıyan iki fərqli sperma ilə birləşərsə, uşaq qız olur, əgər Y xromosomunu daşıyan sperma ilə birləşərsə, uşaq oğlan olur.

Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosom*lardan hansının qadının yumurtası ilə birləşəcəyinə bağlıdır.

Şübhəsiz, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bunların heç biri bilinmirdi. Əksinə, bir çox mədəniyyətdə doğulacaq uşağın cinsiyyətinin qadın tərəfindən təyin edildiyi inancı yayılmışdı. Hətta bu səbəblə qız uşağı doğan qadınlar qınanılırdı.

Lakin Quranda insanlara genlərin kəşfindən 13 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn məni olduğu bildirilmişdir.

Bətndən asılıb qalan ''ələq''



Quranın insanın əmələ gəlməsi haqqında verdiyi məlumatları araşdırmağa davam etdiyimiz zaman yenə çox mühüm bəzi elmi möcüzələrlə qarşılaşırıq.

Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən doğulacaq uşağın ilk özəyi əmələ gəlmiş olur. Biologiyada ''ziqot'' adlandırılan bu tək hüceyrə böyüyərək çoxalacaq və getdikcə kiçik ''ət parçası'' halına gələcəkdir.

Ancaq ziqot bu böyüməsini boşluqda həyata keçirmir. Bətn divarından asılıb qalır. Malik olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi buraya yapışır. Bu bağ sayəsində də inkişafı üçün ehtiyac duyduğu maddələri ananın vücudundan əmə bilir[46].

Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxmaqdadır. Allah Quranda ana bətninə yapışaraq inkişafa başlayan ziqotdan bəhs edərkən ''ələq'' kəlməsini istifadə edir: ''Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir''. (''Ələq'', 96/1-3).

''Ələq'' kəlməsinin ərəbcədəki mənası isə ''qan laxtası''dır. Hətta bu kəlmə dəriyə yapışaraq oradan qan əmən zəlilər haqqında da istifadə olunur.

Şübhəsiz, ana bətnində inkişaf etməkdə olan ziqotu bütün xüsusiyyəti ilə təqdim edən bir kəlmə istifadə edilməsi Quranın Aləmlərin Rəbbi olan Allah tərəfindən endirildiyini bir daha sübut edir.

Sümüklərin əzələ ilə sarılması

Quran ayələrində çatdırılan digər bir mühüm məlumat isə insanın ana bətnində əvvəl sümüklərinin əmələ gəldiyinin, daha sonra isə əzələlərin ortaya çıxaraq bu sümükləri sardığının xəbər verilməsidir: ''Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədər uludur'' (''Muminin'', 23/14).

Ana bətnindəki inkişafı araşdıran elm sahəsi embriologiyadır. Və embriologiya sahəsində yaxın vaxta qədər sümüklərlə əzələlərin eyni vaxtda əmələ gələrək inkişaf etdikləri zənn edilirdi. Buna görə də bəzi adamlar uzun zaman bu ayələrin elmlə düz gəlmədiyini iddia etmişlər. Ancaq inkişaf edən texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar Quranda bildirilənlərin hamısının doğru olduğunu ortaya qoymuşdur. Bu mikroskopik araşdırmalar göstərir ki, ana bətnində ayələrdə izah edildiyi kimi inkişaf gedir. Əvvəl embriondakı qığırdaq toxuması sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq bir yerə yığışır və sümükləri əhatə edər.

Bu proses ''Developinq human'', yəni ''İnkişaf edən insan'' adlı elmi bir jurnalda belə izah edilir: ''6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər əmələ gəlməyə davam edərkən əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini meydana gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır''[47].

Qısacası, insanın Quranda təsvir edilən əmələgəlmə mərhələləri müasir embriologiyanın kəşfləri ilə tam harmoniya içindədir.

Dölün inkişafının bətndəki üç mərhələsi

Quranda insanın ana bətnində üçmərhələli bir yaradılışla yaradıldığı bildirilməkdədir: ''...O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu, sizin Rəbbiniz olan Allahdır. Hökm Onundur. Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə dönürsünüz?'' (''Zümər'', 39/6).

Diqqət etsək, ayədə insanın ana bətnində birindən digərinə keçən üç ayrı mərhələdə əmələ gəldiyinə işarə edilir.

Həqiqətən də bu gün müasir biologiya uşağın ana bətnində embrioloji inkişafının üç fərqli mərhələdə baş verdiyini ortaya qoymuşdur. Bu gün tibb fakültələrində dərs vəsaiti kimi tədris edilən bütün embriologiya kitablarında bu mövzu ən fundamental məlumatlar sırasındadır. Məsələn, embriologiya haqqında əsas kitablardan biri olan ''Basic Human Embriology'' adlı kitabda bu həqiqət belə ifadə edilir:

''Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembrionik (ilk 2,5 həftə), embrionik (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədər)''[48].

Tibbi dildə ''trimeester'', yəni ''üç dövr'' adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf mərhələsinin bəlli xüsusiyyətləri qısaca belədir:

- Preembrionik mərhələ:

Əsasən, ''1-ci meester'' olaraq xatırlanan bu ilk mərhələdə ziUot bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışdırır. Hüceyrələr çoxalmağa davam edərkən 3 təbəqə halında təşkilatlanır.

- Embrionik mərhələ:

''2-ci meester'' kimi tanınan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və bu müddət boyunca canlı ''embrion'' adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin təməl orqan və sistemləri əmələ gəlir.

- Fetal mərhələ:

Hamiləliyin ''3-cü meester''i adlandırılan mərhələyə girildiyi zaman embrion artıq ''fetus'' adlandırılır. Bu mərhələ hamiləliyin səkkizinci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti fetusun üzü, əlləri, və ayaqları müəyyən olunan insanın xarici görünüşə malik bir canlı olmasıdır. Mərhələnin başında dölün 3 sm ölçüsündə olmasına baxmayaraq bütün orqanları əmələ gəlir. Bu mərhələ 30 həftəyə qədər davam edir və inkişaf doğuş həftəsinə qədər sürür.

Ana bətnindəki inkişafla əlaqədar bu məlumatlar ancaq müasir texnoloji alətlərlə aparılan müşahidələr sayəsində əldə edilmişdir. Ancaq göründüyü kimi, bu məlumatlar da digər bir çox elmi həqiqəttək möcüzəvi şəkildə Quran ayələrində xəbər verilmişdir. İnsanlığın tibbi sahədə heç bir təfərrüatlı biliyə sahib olmadığı dövrdə Quranda bu dərəcədə təfərrüatlı və doğru məlumatlar verilmiş olması əlbəttə, Quranın insan sözü deyil, Allah Kəlamı olduğunun aşkar sübutudur.
(harun yahya Allah ağılla bilinir)

46. Moore, Keith L., E. Marshall Johnson, T. V. N. Persaud, Gerald C. Goeringer, Abdul-Majeed A. Zindani, and Mustafa A. Ahmed, 1992, Human Development as Described in the Qur'an and Sunnah, Makkah, Commission on Scientific Signs of the Qur'an and Sunnah, s. 36
47. Moore, Developing Human, 6. edition,1998.
48. Williams P., Basic Human Embryology, 3. edition, 1984, s. 64.