TƏKAMÜL NƏZƏRİYYƏSİ ALDANIŞI

Təkamül nəzəriyyəsi canlıların varlığını və mənşəyini təsadüflərlə izah etmək məqsədi ilə müxtəlif doğru olmayan ehtimallar, fərziyyələr və xəyal məhsulu olan ssenarilər hazırlayan bir fəlsəfə, dünyagörüşüdür. Bu fəlsəfənin mənşəyi qədim zamanlara -antik Yunanıstana qədər uzanır.

Yaradılışı inkar edən bütün ateist fəlsəfələr mütləq vasitəli və ya birbaşa təkamül düşüncəsini qəbul və müdafiə edirlər. Eyni vəziyyət bu gün də bütün din əleyhdarı olan ideologiyalara və sistemlərə aiddir.

Təkamül nəzəriyyəsi düşüncəsi son yarım əsrdir ki, hamıya qəbul etdirilmək üçün elmi bir görkəm almışdır. XIX əsrin ortalarında sözdə elmi nəzəriyyə olaraq irəli sürülmüş, ancaq müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq bu günə qədər heç bir elmi kəşf və ya təcrübə tərəfindən sübut olunmamışdır. Nəticədə nəzəriyyənin böyük ümid bağladığı ''elm'' hər keçən gün onu qaçılmaz sonuna daha da yaxınlaşdırmışdır.

Müraciət olunan bütün elmi metodlar hər dəfə belə bir nəzəriyyənin heç bir həqiqi tərəfinin olmayacağını sübut etmişdir: laboratoriya təcrübələri və təxmini hesablamalar canlılığı meydana gətirən amin turşularının təsadüflərlə əmələ gəlməyəcəyini qəti bir şəkildə ortaya qoymuşdur. Ən kiçik canlı vahidi olan hüceyrə isə təkamülçülərin iddia etdiyi kimi, ibtidai və nəzarətsiz dünya şərtlərində təsadüflər nəticəsində əmələ gəlməsi bir bir yana, hətta XX əsrin milyonlarla dollarlıq texnologiya möcüzəsi sayılacaq laboratoriyalarında belə sintez edilə bilməmişdir. Bundan başqa, illərlə davam edən paleontoloji araşdırmalarda skeletlər arasında təkamül nəzəriyyəsinin növlərin mərhələ-mərhələ təkamülləşdiyini göstərməsi lazım gələn ara-keçid növlərinə heç bir yerdə təsadüf olunmamışdır. Nəticədə təkamülçülər böyük bir cəhdlə təkamül nəzəriyyəsinə dəlillər toplamağa çalışarkən, şəxsən öz əlləri ilə təkamül deyilən bir şeyin olmadıığını sübut etmişlər.

Bu gün müdafiə olunduğu şəkildə təkamül düşüncəsini ilk dəfə ortaya atan adam həvəskar ingilis bioloqu &Ccedilarlz Darvindir. Darvin təkamülçü fikirlərini 1859-cu ildə nəşr etdirdiyi ''Növlərin mənşəyi'' (The origin of Srecies) adlı kitabında ortaya atdı. Onun bu kitabında iddia edildiyinə görə, yaşayan bütün canlılar ortaq bir mənşəyə malikdirlər və təbii seleksiya yolu ilə bir-birindən törəmişlər. Nəzəriyyədə bildirilir ki, mühitə ən yaxşı şəkildə uyğunlaşanlar bu xüsusiyyətlərini gələcək nəsillərə ötürür, beləcə, bu yararlı dəyişmələr zaman keçdikcə toplanaraq növü əcdadlarından tamamilə fərqli bir canlıya çevirir. İnsan isə təbii seleksiya mexanizminin ən inkişaf etmiş məhsuludur. Qısaca, bir növün mənşəyi digər növdür.

Darvinin irəli sürdüyü fantaziyalar xüsusilə bəlli siyasi və ideoloji görüşləri olan dairələrdə böyük rəğbətlə qarşılandı. Nəzəriyyə olduqca populyar oldu. Çünki o dövrdəki mövcud bilik səviyyəsi Darvinin xəyal etdiyi ssenarilərin yalan olduğunu göstərmək üçün hələ kifayət deyildi. Belə ki, Darvinin fərziyyələrini irəli sürdüyü dövrdə genetika, mikrobiologiya, biokimya kimi elm sahələrinin heç biri yox idi. Adlarını çəkdiyimiz bu elmlər Darvinin müddəalarından daha əvvəl kəşf edilmiş olsaydı, o, nəzəriyyəsinin elmi cəhətdən tamamilə əsassız olduğunu görər və belə mənasız bir iddia ortaya atmazdı. Çünki növləri müəyyən edən məlumatlar genlərdə mövcuddur və təbii seleksiyanın genlərdə dəyişikliklər əmələ gətirərək yeni növlər yaratması mümkün deyil.

Darvinin kitabının əks-sədası davam edərkən avstraliyalı botanik Mendel 1865-ci ildə irsiyyət qanunlarını kəşf etdi. Mendelin əsrin sonuna qədər çox da məşhur olmayan kəşfləri 1900-cu illərin əvvəlində genetika elminin ortaya çıxması ilə nəticələndi. Yenə eyni illərdə genlərin və xromosomların quruluşu kəşf edildi. 1950-cu illərdə genetik məlumatı saxlayan DNT molekulunun kəşfi isə nəzəriyyəni böyük bir böhrana saldı. Çünki DNT-dəki nəhəng məlumat qaynağı təsadüflərlə əmələ gəlməylə izah oluna bilməzdi.

Bu cür elmi inkişafla birlikdə davam edən qazıntılar ibtidai növlərin mərhələ-mərhələ təkamülləşdiklərini isbat edəcək ara-keçid növlərini indiyə kimi ortaya çıxartmamışdır.

Bütün bu irəliləyişlər elmi əsası olmadığı üzə çıxan Darvin nəzəriyyəsini tarixin tozlu rəflərinə qoymalıydı. Ancaq müəyyən dairələr israrla nəzəriyyəni yeni tərzdə təqdim etməyə və hər nə şəkildə olursa-olsun, elmi platformaya oturtmağa çalışırdılar. Bütün bu cəhdlər nəzəriyyənin dalında elmi qayğılardan xali ideoloji hədəflərin durduğunu göstərirdi və olduqca maraqlı idi.

Bu inkişafla bərabər, getdikcə çıxılmaz vəziyyətdə qalan və nəzəriyyənin nəyin bahasına olursa-olsun, qüvvədə qalmasının lazımlığına inanan bəzi dairələr vaxt itirmədən yeni bir model uydurdular. Bu yeni model neodarvinizm idi. Neodarvinizmə görə, canlıların genlərindəki mutasiya adlanan kiçik dəyişikliklərlə növlər təkamülləşir və təbii seleksiya metodu ilə güclü olanlar həyatda qalır. Ancaq canlıların meydana gəlməsi üçün kiçik dəyişimələrin kifayət etmədiyi, bundan başqa, neodarvinizmin irəli sürdüyü mexanizmlərin elmə zidd olduğu anlaşıldıqca təkamülçülər yeni model axtarışlarını davam etdirirdilər. Nətiəcədə də ''sıçrayışlı təkamül nəzəriyyəsi'' adı verdikləri yeni iddianı ortaya ataraq heç bir elmi və məntiqi əsası olmayan bir model irəli sürdülər. Bu model canlılar birdən-birə, heç bir ara-keçid növləri olmadan başqa bir növə çevrilmələrini təsbit edirdi. Başqa sözlə, əcdadları olmayan növlərin bir anda meydana gəldiyi iddia edilirdi. Ancaq təkamülçülər bilirdilər ki, bu, mümkün deyil. Ona görə də bu həqiqəti ağla gəlməz ssenarilərlə gizləməyə çalışırdılar. Məsələn, tarixdəki ilk quşun necə olduğu bilinməyən bir sürünən yumurtasından ortaya çıxmış ola biləcəyi söylənirdi. Eyni nəzəriyyəyə görə, etobur quru heyvanları keçirdikləri ani və əhatəli bir dəyişiklik nəticəsində birdən-birə böyük binaya çevrilə bilərdilər.

Məlum genetika, biofizika və biokimya qanunlarına zidd olan bu iddialar ancaq qurbağaların şahzadələrə çevrildiyindən bəhs edən uşaq nağılları qədər elmi idi. Amma neodarvinist nəzəriyyənin girdiyi böhran qarşısında sıxıntıya düşən bəzi təkamülçü paleontoloqla, bundan yaxa qurtarmaq üçün neodarvinizmdən daha da gülünc və əsassız olan bu nəzəriyyədən yapışdılar.

Bu modelin tək hədəfi neodarvinist modelin izah edə bilmədiyi, qazıntılar nəticəsində tapılmayan ara-keçid formaları boşluqlarını açıqlamaq idi. Ancaq ''quşların sürünən yumurtalarından anidən çıxdıqlarını'' irəli sürmək, ya da oxşar iddialarla izah etmək ağılsızlıqdır. Çünki bir növün başqa bir növə çevrilməsi üçün onun genetik biliyində çox böyük miqdarda və faydalı dəyişiklik lazımdır. Lakin heç bir mutasiya genetik məlumatı inkişaf etdirməz, ona yeni bir məlumat əlavə etməz. Mutasiyalar sadəcə genetik məlumatın azalmasına və pozulmasına yol açırlar. ''Sıçrayışlı'' təkamül nəzəriyyəsi müdafiəçilərinin xəyal etdikləri qrosmutasiyalar isə genetik məlumatda ''qros'', yəni böyük azalma və pozuqluqlar əmələ gətirirlər.

Sıçrayışlı təkamül nəzəriyyəsi ilk baxışda da başa düşüldüyü kimi, geniş bir fantaziyanın məhsulu idi. Amma bu aydın həqiqətə baxmayaraq, təkamül müdafiəçiləri bu nəzəriyyəyə etibar etməkdən çəkinmədilər. Çünki Darvinin irəli sürdüyü təkamül modelinin skelet edilməməsi onları belə etməyə məcbur edirdi. Darvin növlərin yavaş-yavaş dəyişdiklərini irəli sürmüşdü. Bu isə tarixdə yarıquş, yarısürünən kimi əcaib varlıqların yaşadıqlarını labüd edirdi. Ancaq təkamülçülərin bütün araşdırmalarına və tapılan yüz minlərlə skeletə baxmayaraq, bu cür ''ara-keçid formaları''nın tək bir dənəsinə belə rast gəlinməmişdi.

Təkamül nəzəriyyəsi tərəfdarları sıçrayışlı təkamül modelinə bu böyük ''skelet süqutunu'' ört-basdır edə bilmək ümidi ilə ət atdılar. Ancaq başda da vurğuladığımız kimi, bunun bir fantaziya olduğu son dərəcə aydındı və çox qısa zamanda özünü büruzə verdi. Sıçrayışlı təkamül modeli heç bir zaman əsaslı bir model kimi qəbul olunmadı, amma mərhələli təkamül modelinə uyulmadığı aydın bəlli olan vəziyyətlərdə bir çıxış yolu olaraq istifadə edildi. Günümüzdə təkamül nəzəriyyəsi tərəfdarları canlılardakı mürəkkəb quruluşlara malik olan göz, qanad, ağ ciyər, beyin və s. kimi orqanların mərhələli təkamül modelini çox açıq şəkildə təkzib etdiyini gördüklərinə görə, bu məsələlərdə sıçrayışlı təkamül modelinin fantastik izahlarına arxalanmaq məcburiy*yətində qalırlar.
(harun yahya Allah ağılla bilinir)