TƏKAMÜL NƏZƏRİYYƏSİNİ DOĞRU EDƏN HƏR HANSI BİR SKELET QALIĞI VARMI?

Təkamül nəzəriyyəsi bir növün başqa bir növə çevrilməsinin milyonlarla illik bir zaman içində yavaş və mərhələli olaraq baş verdiyini deyir. Bu iddianın məntiqi nəticəsi isə keçid dövrü zamanı ''ara-keçid növü'' adı verilən əcaib canlıların yaşamış olmasını labüd edirdi. Təkamülçülər bütün canlıların mərhələli olaraq bir-birindən əmələ gldiklərini iddia etdikləri üçün bu ara-keçid növlərinin və onların sayının milyonlarla olması lazımdı.

Əgər həqiqətən bu cür canlılar yaşamışlarsa, skelet tapıntıları qeydlərində bunların qalıqlarına da təsadüf edilməlidir. Çünki bu fikrə görə, ara-keçid növlərinin sayının bu gün bildiyimiz heyvan növlərindən belə çox və dünyanın dörd bir yanında skeletləşmiş olaraq tapılmalı olduğunu qəbul etmək lazım gəlir.

Darvindən sonra ciddi cəhdlə bu cür skelet qalıqları axtarıldı, fəqət, təkamül nəzəriyyəsi tərəfdarları üçün acı nəticə verdi. Bu dünyada heç bir yerdə, nə bir qitədə, nə də okeanın dərinliklərində təkhüceyrəli orqanizmlərlə kompleks onurğasızlar arasındakı hər hansı bir ara-keçid növünə təsadüf edilmədi.

Əslində Darvin də bu ara-keçid növlərinin yoxluğunun fərqində idi. Fəqət, yenə də ən böyük ümidi ara-keçid növlərinin gələcəkdə tapılmasınaydı. Ancaq bu ümidli gözləməsinə baxmayaraq nəzəriyyənin ən böyük müəmmasının bu mövzu olduğunu görürdü. Buna görə belə yazırdı: ''Əgər həqiqətən növlər o biri növlərdən yavaş inkişafla törəmişsə, nəyə görə saysız ara-keçid növünə rast gəlmirik? Nəyə görə bütün təbiət qarışıq bir halda deyil, tam olaraq müəyyən edilmiş və yerli yerindədir? Saysız ara-keçid növü olmalı, fəqət nə üçün yer üzünün sayılmayacaq qədər çox təbəqələrində onları tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə bağlantılarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş bir proses ortaya çıxarmır və bəlkə də bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır''[55].

Darvin narahatçılığında haqlıydı. Çünki təkamülçülər nə Darvinin zamanında, nə də ondan sonra dünyanın heç bir yerində- nə bir qitədə, nə də okeanın dərinliklərində- bu ara-keçid növlərinə təsadüf etmədilər. Tanınmış ingilis paleontoloqu (skelet mütəxəssisi) Derek V.Aker bir təkamül nəzəriyyəsi tərəfdarı olmasına baxmayaraq bu həqiqəti belə etiraf edir: ''Skelet qeydlərini araşdırdığımız zaman növlər, ya da siniflər səviyyəsində olsun, davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə inkişaf edən deyil, ani olaraq yer üzərində əmələ gələn qruplar görürük''[56].

Skelet qeydlərindəki bu boşluqlar kifayət qədər skelet qalıqları tapılmadığı və bir gün axtarılan skeletlərin əldə ediləcəyi kimi bir fərziyyə ilə də açıqlana bilməz. Bir başqa təkamülçü paleontoloq T.N.Georq bunun səbəbini belə açıqlayır: ''Skelet tapıntıları zəifliyini ortadan qaldıracaq bir izahat vermək artıq mümkün deyildir. Çünki əlimizdəki skelet tapıntıları son dərəcə zəngindir və yeni kəşflərlə yeni növlərin tapılması qeyri-mümkün görsənir''[57].
(harun yahya Allah ağılla bilinir)

55. Charles Darwin, The Origin of Species: By Means of Natural Selection or the Preservation of Favoured Races in the Struggle for Life, London: Senate Press, 1995, s. 134.
56. Derek A. Ager. "The Nature of the Fossil Record". Proceedings of the British Geological Association, vol. 87, no. 2, (1976), s. 133.
57. T. N. George. "Fossils in Evolutionary Perspective", Science Progress. vol. 48, (January 1960), s. 1, 3