YER ÜZÜNDƏ HƏYAT ANİDƏN BÜTÜN MÜXTƏLİFLİYİ İLƏ ORTAYA &CcedilIXMIŞDIR



Yer təbəqəsi və skelet qeydləri araşdırılarkən canlı həyatın birdən-birə ortaya çıxdığı məlum olur. Canlı varlıqların skeletlərinə təsadüf edilən ən dərin yer təbəqəsi 530-520 milyon il yaşında olduğu hesablanan ''kambreyen'' təbəqəsidir.

Kambreyen dövrünə aid təbəqələrdə tapılan canlılar, heç bir təkamül əcdadları olmadan birdən-birə skelet tapıntılarında müəyyən olunurlar. Kompleks varlıqlardan meydana gələn geniş bir canlı mozaikası heyrətləndirici bir şəkildə anidən ortaya çıxmışdır. Buna görə də, geologiya ədəbiyyatlarında bu möcüzəvi hadisə ''Kambreyen partlayışı'' adlandırılır.

Bu təbəqədəki canlıların çoxunda göz kimi son dərəcə inkişaf etmiş orqanlar, ya da həzm sistemi, qan dövranı kimi yüksək təşkilatlanmaya sahib olan orqanizmlərdə görülən sistemlər vardır. Skelet qeydlərində bu canlıların əcdadı olduğuna dair hər hansı bir işarəyə təsadüf edilməz. ''Eerth Sciences'' jurnalının redaktoru Riçard Monetark canlı varlıqların birdən-birə ortaya çıxışlarını belə izah edir: ''Bu gün gördüyünüz olduqca kompleks heyvan növləri anidən ortaya çıxmışdır. Kambreyen dövrünün əvvəllərində ilk kompleks varlıqlarla dolması bu təkamül partlayışı ilə başlamışdır. Bu gün dünyanın hər tərəfinə yayılmış heyvan sinifləri erkən Kambreyen dövründə var idi və yenə bu gün olduğu kimi bir-birlərindən çox fərqliydilər''[58].


''Necə olub ki, dünya birdən-birə bu cür minlərlə heyvan növü ilə dolub'' sualına cavab tapmayan təkamülçü qaynaqlar Kambreyen dövrünün əvvəlini -içində həyatın başlanğıcının əmələ gəldiyi və ''bilinməyənin baş verdiyi'' 20 milyon illik xəyali dövrü ''təkamül boşluğu'' kimi qələmə verirlər. Ancaq bu günə qədər heç kim bu təkamül boşluğunun nə olduğunu izah edə bilməmişdir.

1984-cü ildə &Ccedilinin Yannan ərazisinin cənub hissəsindəki &Ccedilenq Cianqda böyük miqdarda kompleks onurğasız tapıldı. Bunların arasında olan və bu an soylarının tükəndiyi bilinən trilobitlər ən azından bu gün var olan onurğasızlar qədər kompleks quruluşluydular.



İsveçli təkamülçü paleontoloq Stefan Benqtson bu vəziyyəti belə izah edir: ''Əgər canlılıq tarixində hər hansı bir hadisə insanın yaradılışının başlanğıcına bənzədiləcəksə, o da çoxhüceyrəli orqanizmlərin ekologiya və təkamüldə baş rolda olduqları okean yaşamındakı ani fərqləşmə dövrüdür. Darvini təəccübləndirən və utandıran bu hadisə bizi də hələ də təəccübləndirir''[59].

Bəli, həqiqətən də bu kompleks canlıların heç bir əcdadı və ya keçid forması olmadan anidən ortaya çıxışları bu gün də təkamülçülər üçün olduqca heyrətləndirici və cansıxıcıdır, eynilə 135 il əvvəl Darvin üçün olduğu kimi. Çünki təkamülçülər 135 il sonra belə bir problemə bir çarə tapa bilmək mövzusunda Darvindən daha irəli gedə bilməmişlər.

Göründüyü kimi, skelet qeydləri canlıların sadədən mürəkkəbə doğru bir proses izlədiyini deyil, bir anda və ən mükəmməl halda ortaya çıxdıqlarını göstərir. Ara növlərin yoxluğu yalnız Kambreyon dövrünə məxsus deyildir. Təkamülçülərin iddia etdikləri və onurğasızlar-balıqlar-amfibiyalar-sürünənlər-quşlar-mə*mə*li*lər arasında irəriləyən təkamül sxemini təsdiqləyəcək tək bir ara növ belə indiyə qədər tapılmamışdır. Hər canlı növü skelet qeydlərindən göründüyü kimi, anidən və bu günkü görünüşündən əskiksiz şəkildə görünməkdədir.

Başqa sözlə, canlılar təkamüllə əmələ gəlməmiş, yaradılmışdır.
(harun yahya Allah ağılla bilinir)

59. Stefan Bengston, Nature 345:765 (1990).