TƏKAMÜL SAXTAKARLIQLARI RƏSMLƏRİNDƏKİ ALDATMALAR

Təkamül nəzəriyyəsinə dəlil axtaranların ən çox müraciət etdikləri qaynaq skelet qeydləridir. Diqqətli və qərəzsiz olaraq araşdırılarkən bu skelet qeydlərinin təkamülçülərin iddialarının əksinə, təkamül nəzəriyyəsini dəstəklədikləri deyil, puç olduqları görünür. Ancaq skeletlərə təkamülçülərin quraşdıraraq izahat vermələri və bunu ictimai rəyə də qərəzli tərzdə diqtə etdirmələri səbəbilə bir çox adam skelet qeydlərinin həqiqətən təkamül nəzəriyyəsini dəstəklədiyini düşünməkdədir.

Skelet qeydlərindəki bəzi tapıntıların hər növ şərhə açıq olması təkamül nəzəriyəsi tərəfdarlarının ən çox işlərinə yarayan məsələdir. Tapılan skeletlər çox vaxt sağlam bir diaqnoz verilməsi üçün kifayət deyildir. Bunlar əskik və dağılmış sümük parçalarında əmələ gəlir. Bu səbəblə əldəkiləri şərh etmək və bunları istənilən istiqamətdə istifadə etmək asandır. Necə ki, təkamülçülər tərəfindən skelet qeydlərinə əsaslanaraq edilən rekanstruksiyalar tamamilə spekulyativ (saxtakar) olaraq təkamülçü fikirləri təsdiqləyəcək şəkildə edilir. İnsanlar əyani yolla (görmə vasitəsilə) daha asan təsirləndikləri üçün məqsəd onları xəyal gücü ilə rekonstruksiya edilmiş varlıqların keçmişdə həqiqətən yaşadığına inandıra bilməkdir.

Təkamülçü tədqiqatçılar çox vaxt yalnız bir dişə və ya bir çənə sümüyü parçasına, ya da balaca bir qol sümüyünə istinad edərək insana*bənzər xəyali varlıqlar çəkir və bunu sensasiyalı bir şəkildə insan təka*mülünün bir həlqsi kimi ictimai rəyə təqdim edirlər. Bu rəsmlər bir çox insanın zehnində yer alan ''ibtidai insanlar'' imicinin əmələ gəlməsində böyük rol oynamışdır.

Sümük qalıqlarına əsaslanaraq görülən bu işlərlə sadəcə olaraq əldəki obyektin çox ümumi xüsusiyyətləri ortaya çıxa bilər. Lakin əsl müəyyənedici təfərrüatlar zaman içində asanlıqla yox olan yumşaq toxumalardır. Bu səbəblə yumşaq toxumaları saxta şərhlərlə rekonstruksiya edən adamın xəyalında hər şey mümkündür. Harvard Universitetindən Ernest A.Hooton bu vəziyyəti şərh edir: ''Yumşaq qismlərin təkrar inşası çox risqli bir işdir. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altlarındakı sümüklə heç bir əlaqələri yoxdur. Məsələn, bir neandertal kəllə sümüyünü eyni izahla bir meymuna və ya bir filosofa bənzədə bilərsiniz. Qədim insanların qalıqlarına əsaslanaraq edilən canlandırma heç bir elmi dəyərə malik deyil və cəmiyyəti bəlli düşüncə istiqamətinə sövq etmək üçün istifadə edilir''[60].

Saxta skeletdüzəltmə

Təkamül nəzəriyyəsinə skelet qeydlərində heç bir məqsədəuyğun dəlil tapmayan bəzi təkamülçülər axırda öz dəlillərini özləri saxtakarlıqla düzəltmək üsuluna əl atdılar. Təkamül saxtakarlıqları adı altında ensiklopediyalarda belə yazılan bu işlər təkamül nəzəriyyəsinin güclə qüvvədə saxlanılmasına çalışılan bir ideologiya və həyat fəlsəfəsi olduğunun ən gözəl sübutudur. Aşağıda bu saxtakarlıqların ən məşhurları barədə söhbət açacağıq.

Pildovn adamı saxtakarlığı

Həvəskar paleontoloq olan &Ccedilarlz Davson 1912-ci ildə İngiltərədə Piltdovn yaxınlığındakı çuxurda bir çənə sümüyü və bir kəllə sümüyü parçası tapdığını iddia edərək meydana atıldı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanınkına oxşayırdı. Bu nümunəyə ''Piltdovn adamı'' adı verildi, 500 min illik bir yaş təyin edildi və müxtəlif muzeylərdə insan təkamülünə mötəbər bir dəlil kimi nümayiş etdirildi. 40 ildən çox elmi məqalələr yazıldı, izahlar verildi və rəsmlər çəkildi. Ancaq 1949-cu ildə skeleti bir kərə daha araşdıran mütəxəssislər bunun süni bir skelet olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər.

Flor metoduna əsaslanaraq aparılan araşdırmalar kəllə sümüyünün ancaq bir neçə min il yaşı olduğunu ortaya çıxardı. Oranqutana aid olan çənə sümüyündəki dişlərin isə süni olaraq köhnələşdirildiyi, skeletin yanında olan ibtidai vasitələrin polad alətlərlə yonulmuş adi bir təqlid olduğu başa düşüldü. Urley, Klark və Veynerin elədikləri təfərrüatlı analizlərlə bu saxtakarlıq 1953-cü ildə dəqiq olaraq üzə çıxarıldı. Məlum oldu ki, insana aid kəllə sümüyünün 500 yaşı var, çənə sümüyü isə yeni ölmüş bir meymuna məxsusdur. Həmçinin dişlər çənəyə insana aid olduğu təəsüratını yaratmaq üçün sonradan bərkidilmiş, oynaq yerləri də köhnələşdirilmiş. Daha sonra da bütün parçalar, köhnə görünmələri üçün potasyundixromat ilə ləkələndirilmişdi. Lakin ləkələr sümüklər turşuya batrılarkən yox oldu. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Kros Klark bu vəziyyət qarşısında təəccübünü gizlədə bilmirdi: ''Dişlərin köhnəlmiş təəssüratı yaratmaq üçün süni olaraq oynanmış olduğu o qədər aydındır ki, necə bu izlər diqqətdən qaçmış ola bilər?''[61].

Nebraska adamı saxtakarlığı

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Firfeyld Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığında Paleogen dövrünə aid bir azı dişi skeleti tapdığını açıqladı.

İddiaya görə, bu diş insan və meymunların ortaq xüsusiyyətlərini daşıyır. &Ccedilox dərin elmi mübahisələr başlamışdı: bəziləri bu dişi ''pitekantrops-erektus'' olaraq şərh edirdilər, bəziləri isə bunun insana daha yaxın olduğunu söyləyirdilər. Böyük mübahisələr yaradan bu skeletə ''Nebraska adamı'' adı verildi. ''Elmi'' adı da latınca qoyuldu: ''Hesperopithecus Haraldsooki''.

Bir çox məşhur alim Osbornu dəstəklədi. Bu tək dişə əsaslanaraq Nebraska adamının kəllə sümüyü və vücudunun rekonstruksiyasının şəkilləri çəkildi. Hətta daha da irəli gedərək ailəliklə şəkilləri nəşr edildi.
(harun yahya Allah ağılla bilinir)

60. Earnest A. Hooton, Up From The Ape, New York: McMillan, 1931s. 332.
61. Stephen Jay Gould, Smith Woodward's Folly, New Scientist, 5 Nisan 1979, s. 44.