CANLILIQ TƏSADÜFLƏRLƏ

ƏMƏLƏ GƏLƏ BİLMƏZ

Təkamül nəzəriyyəsi canlılığın ibtidai dünya şərtlərində təsadüflər nəticəsində meydana gələn bir hüceyrə ilə başladığını irəli sürür. Ancaq XXI əsrə girərkən bir çox tərəfdən sirliliyini qoruyan həmin hüceyrənin varlığını təbii şərtlər və təsadüflərlə əlaqələndirmənin necə ağılsızlıq olduğunu göstərmək üçün onun quruluşunu sadə bənzətmələrlə izah etməyə çalışaq.

Bir canlı hüceyrəsi bütün çalışma sistemləri, xəbərləşməsi və idarə olunması ilə böyük şəhərə bənzər mürəkkəblik dərəcəsinə malikdir. Hüceyrənin sərf etdiyi enerjini əmələ gətirən stansiyalar, həyat üçün zəruri olan zülallar və hormonları istehsal edən fabrik, istehsal olunacaq bütün məhsullarla əlaqədar bilgilərin toplandığı məlumat bankı, bir yerdən digərinə xammal gəliişini təmin edən inkişaf etmiş laboratoriyalar və neftayırma zavodları, hüceyrənin içində qoyulacaq və xaricə göndəriləcək materialların giriş-çıxışına nəzarət edən ixtisaslaşmış hüceyrə pərdəsi, proteinlər bu mürəkkəb quruluşun yalnız bir hissəsini əmələ gətirirlər.

Quruluşu və ibarət olduğu mexanizmlərlə bu dərəcədə kompleks bir varlıq olan hüceyrənin nəinki ibtidai dünya şərtlərində əmələ gəlməsi, hətta müasir texnologiyadan istifadə olunmaqla belə süni şəkildə sintez edilməsi mümkün deyil. Hüceyrənin təməl maddəsi olan aminlərdən və bunların əmələ gətirdiyi proteinlərdən nəinki hüceyrə, mitoxondri, ribosom və s. kimi hüceyrənin tək bir orqanı belə yaradıla bilməz. Buna görə də təkamül nəzəriyyəsinin təsadüfən əmələ gəldiyini iddia etdiyi ilk hüceyrə yalnız bir xəyal və fantaziya məhsulu olaraq qalmışdır.
(harun yahya Allah ağılla bilinir)