Proteinlər təsadüfə meydan oxuyur

Hüceyrəni indi bir kənara qoyaq. Çünki nəinki hüceyrənin, hüceyrəni əmələ gətirən minlərlə növ qarışıq protein molekullarından birinin belə təbii şərtlərdə əmələ gəlməsi ehtimal oluna bilməz.

Proteinlər müəyyən sayda və növdə olan amin turşularının xüsusi bir sıra ilə düzülmələrindən əmələ gələn nəhəng molekullardır. Bu molekullar canlı hüceyrələrin təməl maddələrini əmələ gətirirlər.

Onların ən adi -təqribən 50 amin turşusundan əmələ gələn növləri də var. Canlı hüceyrələrində yer alan və hər birinin xüsusi vəzifəsi olan proteinlərin quruluşlarındakı tək bir amin turşusunun belə azalması və ya yerinin dəyişməsi, ya da zəncirə artıq bir amin turşusu qoşulması o proteini işə yaramaz bir molekul yığını halına gətirir. Hətta amin turşularının ''təsadüfən əmələ gəldikləri'' iddiasına uyğun bir sübut, ya da açıqlama verməkdə aciz olan Molekulyar Təkamül Nəzəriyyəsi proteinlərin əmələ gəlməsi nöqtəsində tamamilə gücsüzdür.

Proteinlərin funksional quruluşunun heç bir şəkildə təsadüfən meydana gəlməyəcəyi hər kəsin anlaya biləcəyi adi ehtimal hesabları ilə rahatlıqla görünür.

Məsələn, birləşməsində 288 amin turşusu olan və 12 müxtəlif amin turşusu növündən əmələ gələn orta ölçülü bir protein molekulunun tərkibində olan amin turşuları 10300 fərqli şəkildə düzülə bilər. Ancaq bu düzülmələrdən yalnız biri bəhs edilən proteini əmələ gətirir. Yerdə qalan bütün düzülmələr heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli belə ola biləcək mənasız amin turşusu zəncirləridir. Başqa sözlə, yuxarıda nümunə verdiyimiz protein molekulundan yalnız birinin təsadüfən meydana gəlmə ehtimalı 10300 də birdir. Bu birin yanına 300 ədəd sıfırın gəlməsi ilə yaranan astronomik sayda bir ehtimal isə praktikada baş verməsi mümkün olmayan ehtimaldır. Bundan başqa, 288 amin turşulu bir protein canlıların quruluşunda tapılan digər minlərlə amin turşulu nəhəng proteinlərlə müqayisə edilərkən olduqca sadə bir quruluş sayıla bilər. Eyni ehtimal hesablarını bu nəhəng molekullara tətbiq edərkən isə bu ''mümkün olmayan'' kəlməsinin belə kifayət etmədiyini görürük.

Birinin belə təsadüfən əmələ gəlməsi mümkün olmayan bu proteinlərdən təqribən 1 milyonunun təsadüfən müvafiq şəkildə bir yerə yığılıb qüsursuz insan hüceyrəsi meydana gətirməsi isə milyardlarla dəfə mümkün deyil. Qaldı ki, 1 hüceyrə heç də təkcə protein yığınından ibarət deyildir. Hüceyrənin içində proteinlərin yanında nuklein turşuları, karbohidratlar, vitaminlər, elektrolitlər kimi başqa bir çox kimyəvi maddə istər quruluş, istərsə iş baxımından müəyyən nisbət, uyğunluq və layihə çərçivəsində yer alırlar. Hər biri də bir çox fərqli orqanın içində təməl olaraq vəzifə yerinə yetirirlər.

Göründüyü kimi, təkamül hüceyrədəki milyonlarla proteindən birinin belə əmələ gəlməsini izah etməkdə acizdir.

Türkiyədə təkamülçü düşüncənin öndərlərindən biri olan Prof. Dr. Əli Dəmirsoy da ''İrsiyyət və təkamül'' adlı kitabında canlılıq üçün ən lazımlı maddələrdən biri olan ''Sitokrom-S''-nin təsadüfən əmələgəlmə ehtimalını belə ifadə etməkdədir: ''Bir ''Sitokrom-S''-nin düzülüşünü əmələ gətirmək üçün ehtimal sıfır qədər azdır. Yəni canlılığın əgər müəyyən bir düzülüşə ehtiyacı varsa, onlar bütün kainatda bir dəfə əmələ gəlməsilə bizim izah edə bilməyəcəyimiz qeyri-təbii güclər və fəaliyyətlər göstərmişlər. Bu sonuncunu qəbul etmək elmi məqsədə uyğun deyildir. O zaman 1-ci fərziyyəni xırdalamaq lazımdır''[65].

Dəmirsoy üstdəki şəkillərdən sonra ''elmi məqsədə daha uyğun'' olduğu üçün qəbul etdiyi bu ehtimalın nə cür həqiqətdən kənar olduğunu belə etiraf edir: ''...''Sitokrom-S''-nin müəyyən amin turşusu düzülüşünü təmin etmək bir meymunun çap makinasında səhv etmədən insanlıq tarixini yazma ehtimalı qədər azdır''[66].

Canlılarda bir protein molekulunun meydana gəlməsi üçün yalnız müvafiq amin turşularının uyğun sırada düzülmələri kifayət deyildir. Bununla belə, proteinlərin quruluşunda olan 20 növ amin turşusundan hər birinin də yalnız sol əlli olması lazımdır. Kimyəvi olaraq eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla iki fərqli növü var. Bunların aralarındakı fərq üç ölçülü quruluşların bir-biri ilə zidd olmasından qaynaqlanır. Eyni insanın sağ və sol əlləri arasındakı fərqlilik kimi.., təbiətdə hər iki cins amin turşusu bərabər miqdarda olmaqla və hər iki qrupdan olan amin turşusu da bir-biri ilə mükəmməl şəkildə birləşmə əmələ gətirə bilir. Ancaq aparılan araşdırmalar çox maraqlı bir həqiqəti ortaya çıxarmışdır. Canlıların quruluşunda olan proteinlər yalnız sol əlli amin turşularından əmələ gəlməkdədir. Və proteinin tərkibinə qatılan hətta 1 sağ əlli amin turşusu o proteini işə yaramaz hala gətirməkdədir.

Bir an üçün təkamülçülərin dediyi kimi, canlılığın təsadüflərlə əmələ gəldiyini fərz edək! Bu vəziyyətdə yenə təsadüflərlə əmələ gəlmiş olması lazım olan amin turşularının təbiətdə sağ və sol əlli olmaqla bərabər miqdarda paylandıqları aşkarlanacaqdır. Proteinlərin necə olur ki, bunların içindən yalnız sol əllilərini seçmələri və necə aralarına heç bir sağ əlli amin turşusu qarışmadığı təkamül nəzəriyyəsi tərəfdarlarının heç bir izahat verə bilmədikləri mövzulardan biri olaraq qaldı. Bu vəziyyət təkamülün fanatik müdafiəçisi olan Britannika Elm Ensik*lopediyasında belə ifadə edilir: ''Yer üzərindəki bütün canlı orqanizmlərdə amin turşularının hamısı, proteinlər kimi mürəkkəb polimenlərin quruluş blokları eyni simmetriya tipindədir. Adətən tamamilə sol əllidirlər. Bu, bir baxışda milyonlarla kərə havaya atılan bir dəmir pulun həmişə eyni tərəfi üzərinə düşməsinə bənzəyir. Molekuların necə sol əlli, ya da sağ əlli olduğu tamamilə dərk edilə bilməz. Bu seçim başa düşülməyəcək bir şəkildədir''[67].

Bir proteinin meydana gələ bilməsi üçün lazımlı amin turşuları növlərinin lazım olan say və sıralamada lazımi 3 ölçülü quruluşda düzülmələri kifayət etməz.

Bunun üçün eyni zamanda, birdən artıq qola sahib olan amin turşusu molekullarının yalnız müəyyən olunmuş qolları ilə bir-birlərinə bağlanmaları lazım gəlir. Bu şəkildə edilən bir bağa ''peptid əlaqəsi'' adı verilir. Proteinlər ancaq və ancaq peptid əlaqələri ilə birləşmiş amin turşularından əmələ gəlirlər.

Aparılan araşdırmalar öz aralarındakı təsadüfi birləşmələrin ən çox 50 faizinin peptid əlaqəsi ilə olduğunu, yerdə qalanının isə proteinlərdə mövcud olmayan fərqli əlaqələrlə birləşdiklərini ortaya qoymuşdur. Buna görə də proteini eynilə əmələ gətirəcək amin turşularının yalnız sol əllilər arasından seçilmələrinin məcburiliyi kimi, hər amin turşusunun da özündən əvvəlki və sonrakı ilə yalnız və yalnız peptid əlaqəsi ilə birləşmiş olmasının lazımlığını da ayrıca hesaba qatmaq şərtdir. Çünki, təbii şərtlərdə sağ əlli amin turşularını xüsusi olaraq qıraraq amin turşusunun bir-biri ilə peptid əlaqə qurması üçün əlbətdə ki, bir nəzakət mexanizmi yoxdur.

Bu vəziyyətdə 500 amin turşulu təqribən bir protein molekulunun uyğun çeşid və sıralamada düzülmələri ehtimalı ilə bərabər, ibarət olduqları amin turşularının hamısının yalnız sol əlli olması və bu amin turşularının hər birinin də yalnız peptid əlaqəsi qurması ehtimallarını də nəzərə adığımızda, gələcəyimiz nəticə belədir:

Uyğun düzülmə ehtimalı = 1/20500 = 1/10 650.

Sol əllilik ehtimalı = 1/2500 = 1/10150.

Peptid əlaqə ehtimalı = 1/2499= 1/10150.

Cəmi = 1/10950 yəni, 10950-də ''1'' ehtimal var.

Göründüyü kimi, 500 amin turşulu bir protein molekulunun meydana gəlmə ehtimalı 1-in arxasına 950 sıfırın artırılması ilə əmələ gələn və ağlın qavrama sərhədlərinin xaricində olan astronomik bir rəqəmdə-bir ehtimalıdır. Bu yalnız kağız üzərində olan bir ehtimaldır. Praktikada isə belə bir ehtimalın həyata keçmə şansı ''sıfırdır. Riyaziyyatda isə 1050-dən yuxarı rəqəm statistik olaraq həyata keçmə ehtimalı sıfır olan saydır.

500 amin turşulu bir protein molekulunun təsadüfən əmələgəlməsinin mümkünsüzlüyü bu ölçülərə gəlib çatarkən istəsəniz zehninizi daha böyük ölçülərlə bir az daha çətinləşdirək: həyati bir protein olan hemoqlobin molekulunda yuxarıdakı nümunə proteindən daha artıq, 574 amin turşusu olur. İndi diqqət edin!

Təqribən 500 amin turşulu bir protein molekulunun uyğun növ və sırada düzülmələri ehtimalı ilə birlikdə, ibarət olduğu amin turşularının hamısının yalnız sol əlli olması və bu amin turşuların hər birinin də yalnız peptid əlaqəsi qurması ehtimalı 10 950-də-bir ehtimaldır. Birin arxasına 950 sıfırın artırılması ilə əmələ gələn bu sayı belə yaza bilərik.

Vücudumuzdakı milyardlarla qırmızı qan hüceyrələrindən yalnız birində tam 280000000 (280 milyon) hemoqlobin molekulu vardır. Nəinki, bir qırmızı qan hüceyrəsini, onun bircə proteininin belə təcrübə-yanılma metodu ilə meydana gələ bilməsi üçün dünyanın zənn edilən ömrü kifayət etmir.

Bütün bunlardan ortaya çıxan nəticə təkamül nəzəriyyəsinin, hətta tək bir proteinin əmələ gəlməsini belə izah etməkdə dalana dirəndiyini göstərməkdədir.
(harun yahya Allah ağılla bilinir)