Canlılığın ortaya çıxmasına

yönəlmiş cavab tədqiqatları

Bütün bu həqiqətlər qarşısında tərəfli və qəsdli bir qeydsizlik göstərən təkamülçülər hadisəyə məntiqli izahat verə bilməyəcəklərini anladıqlarından hər zaman olduğu kimi, ''gözbağlama'' üsullarını davam və inkişaf etdirməyə başladılar.

Canlılığın necə olur ki cansız maddələrdən əmələ gəldiyi məsələsinə sözdə təkamülçü bir açıqlama vermək məqsədi ilə bir qrup laboratoriya təcrübələri apardı. Bunların arasında təkamül*çülərin ən çox etibar etdikləri təcrübə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən aparılan və Miller Təcrübəsi ya da Urey-Miller Təcrübəsi adlandırılan təcrübədir.

Stenli Miller amin turşularının əmələ gələ biləcəklərini sübut etmək məqsədilə ibtidai dünyanın əmələgəlmə mərhələsində mövcud olduğu ehtimal edilən, ancaq daha sonralar həqiqi olmadığı bilinən bir atmosfer mühitini laboratoriyada yaratdı və işlərinə başladı.

Onun təcrübəsində ibtidai atmosfer kimi istifadə etdiyi qarışıq amonyak, metan, hidrogen və su buxarından əmələ gəlirdi.

Miller metan, amonyak, su buxarı və hidrogenin təbii şərtlər altında bir-biri ilə reaksiyaya girməyəcəklərini bilirdi. Eyni zamanda, o, bunları bir-biriləri ilə reaksiyaya girmələri üçün xaricdən enerji verilməsi lazım olduğunu da bilirdi. Bu üzdən də bu enerjinin ibtidai atmosfer mühitində ildırımlardan qaynaqlanmış ola biləcəyini irəli sürdü. Bu fərziyəyə əsaslanaraq apardığı təccrübələrində də süni bir elektrik boşalma mənbəyindən istifadə etdi.

Miller bu qaz qarışığını bir həftə boyunca 100 dərəcə C istilikdə qaynatdı. O biri tərəfdən də bu isti mühitə elektrik cərə*yanı buraxdı. Həftənin sonunda Miller qabın dibində olan qarışıqdakı kimyəvi maddələri ölçdü və proteinlərin quruluşlarını əmələ gətirən 20 növ amin turşusundan 3-nün sintez olunduğunu müşahidə etdi.

Təcrübə təkamülçülər arasında böyük bir sevinc yaratdı və çox mühüm nailiyyət kimi təqdim edildi. Bu təcrübənin nəzəriyyələrini qətiyyətlə isbat etdiyinə inanan təkamülçülər bundan aldıqları cəsarətlə o an ssenari hazırlamaq işinə girişdilər. Miller sözdə amin turşularının öz-özünə əmələ gələ biləcəklərini sübut etmişdi. Buna əsaslanaraq sonrakı mərhələlər ona uyğun izah edildi. Ssenarilərə görə, ibtidai atmosferdə meydana gələn amin turşuları daha sonra təsadüf nəticətində müvafiq düzülmələrdə birləşmiş və proteinləri əmələ gətirmişlər. Həmçinin, təsadüfən bu proteinlərin bəziləri özlərini ''necəsə bir şəkildə'' əmələ gəlmiş hüceyrə pərdəsinə bənzər quruluşların içinə yerləşdirərək ibtidai hücyrəni əmələ gətirdikləri, hüceyrələrin də zamanla yan-yana gəlib birləşərək canlı orqanizmləri əmələ gətirdikləri irəli sürüldü. Buna ən böyük sübut isə Miller təcrübəsi göstərildi.

Lakin Miller təcrübəsinin uyğunsuzluğu bir çox nöqtədən sübut olunmuş bir ''gözbağlama''dan başqa bir şey deyildir.
(harun yahya Allah ağılla bilinir)