Miller təcrübəsinin uyğunsuzluğu

Haradasa, əlli yaşına girən bu təcrübənin bir çox tərəfdən uyğunsuzluğu sübut olunduğu halda, bu gün hələ canlılığın sözdə öz-özünə əmələ gəlməsi haqqındakı ən böyük sübut olaraq təkamülçü ədəbiyyatda yerini qoruyur. Lakin Miller təcrübəni inadlı və birtərəfli təkamül məntiqi ilə deyil, elmi metodla qiymətləndirdiyində görə vəziyyətin təkamülçülər üçün heç də o qədər ümidverici olmadığı görünür. Çünki hədəfinin ibtidai dünya şərtlərində amin turşularının öz-özünə əmələ gəldiklərini sübut etmək olaraq göstərən təcrübə bir çox yöndən bu hədəflə tutarsızlıq nümayiş etdirməkdədir. Bunlar aşağıdakılardır:

Miller təcrübəsində ''soyuq tələ'' (''cold trap'') adlı bir mexanizm istifadə edərək, amin turşuları əmələ gəldikləri anda onları mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə, amin turşularını əmələ gətirən mühitin şərtləri bu molekulları yarandıqları an məhv edərdi.

Halbuki ultrabənövşəyi şüalar, müxtəlif kimyəvi maddələr, yüksək oksigen miqdarı və s. kimi ünsürlərdən ibarət olan ibtidai dünya şərtlərində bu növ şüurlu sistemin olduğunu düşünmək belə mənasızdır. Bu mexanizm olmadan hər hansı bir növ amin turşusu əldə edilsə belə, bu molekullar eyni mühitdə o an parçalanacaqdır.

Millerin təcrübəsində canlandırmağa çalışdığı əsas atmosfer mühiti həqiqi deyildir. Miller süni mühitdə olması lazım olan azot və karbonbioksidə əhəmiyyət vermirdi, bunların yerinə metan və amonyak istifadə etməyə üstünlük verirdi.

Bəs təkamülçülər nə üçün ibtidai atmosferdə daha çox metan (CH4), amonyak (NH3) və su buxarının (H2O) olduğu mövzusunda israr etmişdilər? Cavab sadədir: amonyak olmadan bir amin turşusunun sintez olunması mümkün deyildir. Kevin M.Kean ''Diskover'' jurnalında nəşr olunan məqalədə bu vəziyyətlə bağlı belə yazır: ''Miller və Urey dünyanın keçmiş atmosferinə metan və amonyak qarışdıraraq oxşatmağa çalışdılar. Onlara görə, dünya metal, qaya və buzun homogen bir qarışığından ibarət idi. Lakin son işlərdə o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikellə dəmirin qarışığından meydana gəldiyi qəbul olunmuşdur. Beləcə, o dövrdəki kimyəvi atmosferin daha çox azot (N2), karbonbioksid (CO2) və su buxarından (H2O) əmələ gəlməsi lazım gəlir. Lakin bunlar orqanik molekulların əmələ gəlməsi üçün amonyak və metan qədər uyğun deyildilər''[68].

Uzun sürən bir səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi.

Millerin təcrübəsini uyğunsuz edən digər bir mühüm nöqtə də amin turşularının əmələ gəldiyi irəli sürülən dövrdə atmosferdə amin turşularının hamısını parçalayacaq sıxlıqda oksigen aşkar olunması idi. Bu miqdardakı oksigen isə amin turşularının əmələ gəlməsinə qəti olaraq mane olacaqdır. Bu vəziyyət oksigen diqqətə alınmadan aparılmış olan Miller təcrü*bəsini tamamilə uyğarsız etdi. Əgər təcrübədə oksigen istifadə olunsaydı, metan karbonbioksid və suya, amonyak isə azot və suya çevriləcəkdi.

Digər tərəfdən, hələ ozon təbəqəsi olmadığından çox sıx miqdarlardakı ultrabənövşəyi şüalara qarşı müdafiəsiz olan dünya üzərində hər hansı bir orqanik molekulun yaşaması da mümkün deyildi.

Miller təcrübəsinin nəticəsində sadəcə olaraq canlılıq üçün lazımlı olan amin turşuları əldə edilməmiş, bunlardan daha çox miqdarda canlıların quruluş və funksiyalarını pozan xüsusiyyətlərə malik üzvi turşular da əmələ gəlmişdi. Amin turş*ula*rı*nın təcrid edilməyib də bu kimyəvi maddələrlə eyni mühitdə saxlanılmaları halında isə bunlarla kimyəvi reaksiyaya girib parçalanmaları və fərqli birləşmələrə çevrilmələri qaçılmazdır.

Bundan başqa, təcrübə nəticəsində əmələ gələn sağ əlli amin turşularının varlığı təkamül nəzəriyyəsini öz məntiqi çərçivə*sində puç edirdi. Çünki sağ əlli amin turşuları canlı quruluşunda istifadə olunmayan və proteinlərin quruluşuna qarışdıqları zaman yararsız hala gətirən amin turşularıdır.

Nəticə olaraq Millerin təcrübəsindəki amin turşularının əmələ gəldiyi mühit canlılıq üçün əlverişli deyil, əksinə, ortaya çıxacaq işə yarayan molekulları parçalayıcı, yandırıcı bir turşu qarışığı xüsusiyyətindədir.

Əslində, bu təcrübə ilə təkamülçü təkamül nəzəriyyəsini öz əlləri ilə yıxmışdı. Çünki təcrübə amin turşularının təsadüfən deyil, ancaq bütün şərtləri xüsusi olaraq tənzimlənmiş nəzarətli bir laboratoriya mühitində, ağıllı müdaxilələr nəticəsində əldə edilə biləcəyini sübut edirdi.

Yəni canlılığı ortaya çıxaran güc şüursuz təsadüflər deyil, ancaq yaradılış ola bilər. Bu səbəbdən də hər mərhələsi bizlərə Allahın varlığını və gücünü sübut edən bir dəlildir.
(harun yahya Allah ağılla bilinir)

68. Kevin McKean, Bilim ve Teknik, (Discover'dan tercume) Say? 189, s. 7.