Möcüzə molekul – DNT

Canlılığın mənşəyini təsadüflərlə izah etməyə cəhd göstərən təkamül nəzəriyyəsi hüceyrənin quruluşunun təməlindəki bu molekulların varlığına belə tutarlı bir izah verməmişkən, genetika elmindəki irəliləmələr və nuklein turşularının, yəni DNT və RNT-nin kəşfi nəzəriyyə üçün yeni bir çıxılmaz vəziyyət əmələ gətirdi.

1955-ci ildə Ceyms Vatson və Frank &Ccedilriekin DNT ilə bğalı gördükləri işlər biologiyada yeni bir cığır açdı. Bir çox elm adamı genetika mövzusuna yönəldi. İllərlə davam edən araşdırmalar nəticəsində bu gün DNT-nin quruluşu əhatəli şəkildə aydınlaşdı.

Burada DNT-nin quruluşu və işi haqqında təməl bilgi vermək yerinə düşərdi: -vücuddakı 100 trilyon hüceyrənin hər birinin nüvəsində olan DNT adlı molekul insan vücudunun qüsursuz quruluş planından ibarətdir. Bir insana aid bütün xüsusiyyətlərin məlumatları, xarici görünüşündən iç orqanların quruluşlarına qədər DNT-nin içində xüsusi bir şifrə sistemi ilə yazılıdır. DNT-dəki məlumat bu molekulu əmələ gətirən 4 xüsusi düzülüş sırası ilə kodlanmışdır. Nuklein adı verilən bu molekullar adlarının baş hərfləri olan A, T, G, C ilə ifadə edilirlər. İnsanlar arasındakı bütün quruluş fərqləri bu hərfin düzülüş sıraları arasındakı fərqdən əmələ gəlir. Bir DNT molekulunda təqribən 3,5 milyard nuklein, yəni 3,5 milyard hərf var.

Bir orqana, ya da bir proteinə aid olan DNT üzərindəki məlumatlar gen adı verilən xüsusi hissələrdə yer tutur. Məsələn, gözə aid məlumatlar bir cərgə xüsusi gendə, ürəyə aid məlumatlar bir cərgə başqa gendə olur. Hüceyrədə protein hazırlanması da bu genlərdəki məlumatlar istifadə edilərək həyata keçirilir. Proteinlərin quruluşunu əmələ gətirən amin turşuları DNT-də yer tutan üç nukleinin dalbadal sıralanması ilə ifadə edilmişdir. Burada diqqət edilməsi dazım olan bir nöqtə vardır. Bir geni əmələ gətirən nukleinlərdə meydana gələcək bir sıralama xətası o geni tamamilə işə yaramaz hala gətirəcəkdir. İnsan vücudunda 200 min gen olduğu nəzərə alınarsa, bu genləri əmələ gətirən milyonlarla nukleinin doğru sıralamada təsadüfən əmələ gələ bilmələrinin mümkünsüzlüyü daha yaxşı başa düşülür. Təkamülçü bir bioloq olan Salisburi bu mümkünsüzlüklə əlaqədar olaraq bunları deyir: ''Orta ölçülü bir protein molekulu təqribən 300 amin turşusundan ibarətdir. Buna nəzarət edən DNT zəncirində isə təqribən 1000 nuklein olacaqdır. Bir DNT zəncirində 4 növ nuklein olduğu nəzərə alınarsa, 1000 nukleinlik bir cərgə, 41000 fərqli şəkildə ola biləcəkdir. Kiçik bir loqarifma hesabı ilə olan bu rəqəm isə ağlın qavrama sərhəddinin çox xaricindədir''[69].

41000 mində-bir ''kiçik bir loqarifma hesabı'' nəticədə 10620-də bir mənasına gəlir. Bu say birin yanına 620 sıfır əlavə olunması ilə əldə edilir. Birin yanında 12 sıfır bir trilyonu ifadə edərkən, 620 sıfırlı bir rəqəm həqiqətən də qavranması mümkün olmayan saydır.

Prof. Dr. Əli Dəmirsoy da bu mövzuda belə bir etiraf etmək məcburiyyətində qalır: ''Tərkibində bir proteinin və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə şansı ehtimalların çox xaricində olan bir ehtimaldır. Hətta müəyyən bir protein zəncirinin ortaya çıxma şansı astronomik rəqəmlərlə ifadə eliləcək qədər azdır''[70].

Bütün bu imkansızlıqlarla yanaşı, DNT çox çətin reaksiyaya girən bir quruluşa sahibdir. Çünki DNT cüt zəncirdən əmələ gəlmiş sıx bir spiral şəklindədir. Bu baxımdan da canlılığın təməli olması düşünülə bilməz.

Bundan başqa, yalnız bir qrup maddələrin yardımı ilə bərabərləşə bilərkən bu maddələrin sintezi də ancaq DNT-dəki məlumatlar istiqamətində baş verir. Hər ikisi də bir-birindən asılı olduğuna görə, bərabərləşmənin meydana gələ bilməsi üçün ikisinin də eyni anda mövcud olması lazımdır. Ya da ikisindən birinin daha əvvəl ''yaradılmış'' olması zəruridir. Amerikalı mikrobioloq Homer Yakobson bu mövzuda belə deyir: ''İlk insanın ortaya çıxdığı zaman çoxalma planlarının, ətrafdan maddə və enerji təmin etmənin, böyümə sırasının və məlumatları böyüməyə çevirəcək mexanizmlərin hamısına aid əmrlərin eyni anda birlikdə olmaları lazım gəlir. Bunların hamısının kombinasiyası isə təsadüfən baş verə bilməz''[71].

Yuxarıdakı idealar 1955-ci ildə, yəni Ceyms Vatson və T.Krik tərəfindən DNT-nin quruluşunun aydınlaşdırılmasından iki il sonra yazılmışdır. Ancaq elmdəki bütün inkişaflara baxmayaraq, bu məsələ təkamülçülər üçün həllini tapmamış qalır. Qısaca, çoxalmada DNT-yə duyulan ehtiyac, bu çoxalma üçün bəzi proteinlərin mövcud olma zəruriliyi və bu proteinlərin də DNT-dəki məlumatlara görə hazırlanma məcburiyyəti təkamülçü fikirləri çox konkret şəkildə puç etməkdədir.

Məsələn, Alman alimlərindən Yunker və Şerer də kimyəvi təkamül üçün lazımlı olan molekulların hamısının sintezinin ayrı-ayrı şərtlər tələb etdiyini və nəzəri olaraq belə, əldə edilmə üsulları bir-birindən fərqli olan bir çox maddənin bir yerə gəlmə şansının heç olmadığını belə açıqlayır: ''İndiyə qədər kimyəvi təkamül üçün lazımlı molekulları əldə edəcək bir təcrübə bilinməkdədir. Buna görə də, müxtəlif molekulların müxtəlif yerlərdə çox uyğun şərtlərdə hazırlanıb, hidroliz və fotoliz kimi zərərli təsirlərə qarşı qorunub, yeni bir reaksiya sahəsinə daşınması lazım gəlir. Burada təsadüfən söz gedə bilməz, çünki belə bir hadisənin öz-özünə baş vermə ehtimalı yoxdur''[72].

Qısacası, təkamül nəzəriyyəsi molekulyar səviyyədə baş verdiyi iddia edilən təkamül əmələgəlmələrindən heç birini sübut edə bilməmişdir. RNT molekulunun necə olur ki, özünə bir hüceyrə pərdəsi tapdığı, daha sonra hüceyrə orqanlarını necə ortaya çıxardığı kimi bir çox sual cavab gözləməkdədir.

Buraya qədər bildiklərimizdən konkret nəticə çıxarsaq, görərik ki, nə amin turşuları, nə də bunlardan meydana gələn və canlıların hüceyrələrini əmələ gətirən proteinlər ''ibtidai atmosfer'' adı verilən mühitlərdə heç bir şəkildə hazırlana bilməmişlər. Bundan başqa, proteinlərin inanılmaz mürəkkəblikdəki kimyəvi quruluşları, sağ əl, sol əl kimi xüsusiyyətləri, peptid əlaqələrinin əmələ gəlməsindəki çətinliklər kimi faktorlar proteinlərin gələcəkdə də bu cür təcrübələrlə hazırlanmalarının mümkün olmadığını göstərməkdədir.

Qaldı ki, proteinlərin təsadüfi şəkildə əmələ gəldikləri bir an üçün fərz edilsə belə, bu, heç bir şey ifadə etməz, çünki proteinlər tək başlarına heç bir məna ifadə etməzlər. Ona görə ki, proteinlər özlərini çoxaltmırlar. Ancaq DNT və RNT molekul*larında şifrələnmiş məlumat sayəsində protein sintez edilə bilər. DNT və RNT olmadan bir proteinin çoxaldılması mümkün deyildir. DNT-də şifrəli olaraq qeyd edilmiş 20 ayrı növ amin turşusunun müəyyən bir şəkildə sıralanması vücuddakı hər bir proteinin quruluşunu müəyyən edir. Lakin əvvəlki bölmələrdə də izah etdiyimiz kimi, DNT və RNT-nin təsadüflərlə meydana gəlməsi ehtimal xaricindədir.
(harun yahya Allah ağılla bilinir)

69. Frank B. Salisbury, Doubts About the Modern Synthetic Theory of Evolution, s. 336.
70. Ali Demirsoy, Kal?t?m ve Evrim, Ankara: Meteksan Yay?nlar? 1984, s. 39.
71. Homer Jacobson, Information, Reproduction and the Origin of Life, American Scientist, Ocak 1955, s. 121.
72. Reinhard Junker, Siegfried Scherer. "Entstehung Gesiche Der Lebewesen". Wegel, 1986. s. 89