YARADILIŞ HƏQİQƏTİ

Təkamül nəzəriyyəsinin bütün sahələrdə süqut etməsin*dən sonra müasir dövrdə mikrobiologiyanın mühüm alimləri yaradılış həqiqətini qəbul etmiş və hər şeyin bilikli bir Yaradıcı tərəfindən üstün bir yaradılışla yaradıldığını müdafiə etməyə başlamışdılar. Necə ki, bu, çox vacib bir həqiqətdir. ''Ancaq şüurla'' hadisələri dəyərləndirə bilən bu elm adamları aralarında (İntellegent Design) ''Elmli dizayn'' adını verdikləri bir görüşü inkişaf etdirmişdilər. Bəhs edilən elm adamlarının öndə gedən simalarından olan Maykl C.Behe Yaradıcının mütləq varlığını qəbul etdiyini və bu həqiqəti rədd edənlərin girdikləri çıxılmaz vəziyyəti belə dilə gətirir: ''Hüceyrəni əmələ gətirmək üçün həyata keçirilən bütün cəhdlər çox açıq şəkildə, bağıra-bağıra tək bir nəticə verirdi: ''dizayn!''. Bu nəticə o cür aydın idi ki, elm tarixindəki ən mühüm kəşflərdən biri olaraq görünməliydi... Bu qələbə on minlərlə insanın ''Evrika'' çığırtıları ilə bu böyük kəşfi qeyd etmələrinə yol açmalıydı...

Amma heç bir sevinc ifadə edilmədi. Əksinə, hüceyrədə kəşf edilən mürəkkəbliyin qarşısında utancaq bir səssizlik hakim oldu. Mövzu xalqa açıq bir mühitdə gündəmə gətirilərkən çox elm adamı bundan narahat olur. Şəxsi dialoqlarda isə bir az rahatdırlar, çoxu kəşf etdikləri açıq həqiqəti qəbul edir, amma sonra yerə baxıb başlarını aşağı salırlar və heç bir şey olmamış kimi davranmağa davam edirlər. Bəs nə üçün? Nə üçün elm dünyası kəşf etdiyi böyük həqiqətə sahib çıxmır? Nə üçün ortaya çıxan dizaynın intellektual əlcəklərlə kənarından tutulur? Çünki şüurlu bir dizaynı qəbul etmək istər-istəməz onları Tanrının varlığını qəbul etməyə çağırırdı''[73].

Bu gün bir çox adam Allaha inanmaqdansa, elm adı ilə bir çox cəfəngiyyatı əvvəldən qəbul etmək məcburiyyətində qaldığının fərqində belə deyil. ''Səni yoxdan Allah var etdi'' cümləsini kifayət qədər elmi hesab etməyənlər ilk canlının milyardlarla il öncə ''ibtidai dəniz'' adı verilən bir maye qarışığına düşən ildırımlarla ortaya çıxdığına inana bilirlər...

Lakin canlılığı əmələ gətirən tarazlıqlar bu kitabın digər bölümlərində də göstərildiyi kimi, o qədər həssas və sayına görə də o qədər çoxdur ki, bunların ''təsadüfən'' əmələ gəldiklərini irəli sürmək ağılsızlıqdır. Bu məntiqsizliyin içindən bir cür çıxıb qurtulmağa çalışanlar nə qədər çalışsalar da, göylərdə və yerdə Allahın varlığının dəlilləri tamam açıqdır və əsla inkar edilməzdir.

Allah göylərin, yerin və ikisi arasındakıların Yaradıcısıdır.

Onun varlığının dəlilləri bütün kainatı sarıb əhatə etmişdir.
(harun yahya Allah ağılla bilinir)

73. M?chael J.Behe, Darwin's Black Box, New York: Free Press, 1996, s. 232-233.