MASONLUĞUN ROLU

Qərb dünyasında doğulmuş və sonra da digər ərazilərə yayılmış bu gizli təşkilat girdiyi hər ölkədə din əleyhədarı düşüncə və fəaliyyətlərin mənbəyi olmuşdur.

Hər hansı ölkədə son bir neçə əsrdir dinə qarşı edilən mübarizənin tarixi araşdırılarkən, masonluğun bu hadisənin mərkəzində olduğunu görürük. Xüsusilə Avropa tarixində bunu müşahidə etmək son dərəcə asandır. Bu səbəblərdir ki, katolik dünyasının lideri Papa XIII Leo 1884-cü il tarixli məşhur ''Humanum genus'' adlı fərmanında masonluğu hədəf almış və təşkilatın məqsədlərini belə açıqlamışdır: ''Zamanımızda masonluq adlı çox yayılmış və qüvvətli təşkilata sahib bir dərnəyin dəstəyi və köməyi ilə şər qüvvələrə itaət edənlər qeyri-adi bir cəhd içində birləşmiş vəziyyətdədirlər. Bunlar artıq niyyətlərini gizlətməyə ehtiyac duymadan Allahın yüksək varlığı ilə mübarizə edirlər... Masonların istəkləri və bütün səyləri eyni məqsədə yönəlməkdədir -dinin tələblərindən olan hər cür sosial və insanı qaydaları tamamilə yıxmaq və yerinə yetirmə prinsiplərini naturalizmdən alan öz fikirlərinə görə şəkillənmiş yeni qanunları oturtmaq''[74].

Papanın XIX əsrin sonlarında etdiyi bu analiz yerindədir. &Ccedilağdaş mason mətnlərinə baxdığımız zaman təşkilatın dini inancları cəmiyyətdən silməyi qarşısına məqsəd qoyduğunu görürük. Bir Türk mason lojası (dərnəyi) mətnində ''pozitiv elmlərin cəmiyyətə yayılması'' yolu ilə dinin necə yox ediləcəyi belə bildirilir: ''Nəticə olaraq bunları söyləmək istəyirəm: ''Hamımıza düşən ən böyük insani və masonçu vəzifə bunun təkmilləşmədə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, xalqı müsbət elmlərlə yetişdirməkdir. Ernest Renanın bu sözləri çox və ağılla tərbiyə olunarsa, maarifləşdirilərsə, dinlərin boş inancları öz-özünə yıxılar''''[75].

Burada ''pozitiv elm'' dedikdə təcrübə və müşahidə yolu ilə aşkar olunmayan hər şeyi rədd edən materialist fəlsəfə nəzərdə tutulur. Masonluğun vəzifəsi isə bu fəlsəfəni ''elm'' adı altında cəmiyyətə təlqin etmək və beləcə, dini inancları ortadan qaldır*maq*dır. Təkamül nəzəriyyəsi isə, yenə yuxarıdakı sitatdan başa düşüldüyü kimi, bu beyin yumaq kampaniyasında müstəsna bir yerə sahibdir. Masonluq təkamül nəzəriyyəsi inancını cəmiyyətdə yaymağı özünün ən böyük vəzifəsi saymaqdadır.

İstər təkamül nəzəriyyəsinin, istərsə də materialist fəlsəfənin digər törəmələrinin dünyanın dörd bir tərəfində bu cür fəal şəkildə müdafiə olunmasının arxasındakı mühüm bir amil bu təşkilatla əlaqələridir. Son 3-4 əsrdə dini inanclara qarşı yürüdülən sistemli təbliğatlarda mason təşkilatının, ya da bu təşkilatın çıxıntılarının böyük rolu vardır. Allahın varlığını inkar edən müxtəlif və bəzən bir-birilə ziddiyyətli fəlsəfi sistemləri quran adamların o an hamısının mason olmasının səbəbi də budur.

MASON FƏLSƏFƏÇİLƏRİ

Yuxarıda da bildiyimiz kimi, din əlyhədarı fəlsəfi sistemləri quran insanlar həqiqətdə dinə qarşı yürüdülən sistemli bir savaşın hissələridir. Bu səbəbdəndir ki, bu sistemləri quran fəlsəfəçilərə baxdığımız zaman çoxunun dinə qarşı yürüdülən savaşın mərkəzi xüsusiyyətindəki mason təşkilatının bir hissəsi olduğunu görürük.

Burada ilk diqqət cəlb edən fəlsəfəçilər Fransız İnqilabı*nın öndə gedənlərindən olan Fransız maarifçiləridir. Bu adamlar yalnız dini liderləri tənqid etməklə kifayətlənməmiş, eyni zaman*da, dinin özünə qarşı şiddətli bir düşmənçiliyi qızışdırmışdılar. Bunl*ar arasında ''Materializmin İncili'' adlandırılan ''Təbiət sistemi'' kitabının müəllifi Didro yenə şiddətli bir materialist və din əleyhədarı olan Volter, qatı maddəçi Monteskü, özünə görə yeni bir ''din'' quran Jan Jak Russo və başqaları şiddətli din əleyhədarı olan ''ensiklopedistlər'' sayıla bilərlər. Türk masonlarının nəşr orqanı olan ''Memar Sinan'' jurnalı bu adlardan belə bəhs edir: ''Fransa İnqilabı mason mütəfəkkirləri tərəfindən hazırlanmışdır. Hürriyyət, bərabərlik, qardaşlıq prinsiplərinin əksini tapdığı İnsan Haqları Bəyannaməsi Monteskü, Volter, J.J.Russo, Didro kimi ustadlarımızın ilham və irşadı ilə yayınlanmışdır''[76].

Yenə Türk masonları tərəfindən nəşr olunan mason jurnalı belə yazır: ''Fransada feodalizm quruluşunu yıxaraq böyük inqilabı edənlərin başında Monteskü, Volter, J.J.Russo və materializmin öncülərindən olan Didronu və onların ətrafında cəmlənən ensiklopedistlərin adları yazılıdır. Bunların hamısı masondur''[77].

Fransa İnqilabı dövründə başlayan inkişaf XIX əsrdə zirvəyə çatmışdır. Bu prosesin mühüm nümayəndələrinə baxarkən yenə masonluğu görürük.

O biri tərfdən, bu adların arasında çox sayda yəhudinin olması da təsadüfi deyil. Bu, masonluqla ittifaqa girərək xristianlıq və İslam qarşı işləyən, materialist dünya görüşünü bölüşdürən yəhudilərin bu məqsədə fəlsəfə sahəsində də xidmət etdiklərini göstərir.
(harun yahya Allah ağılla bilinir)