SOSİALİZMİN PƏRDƏARXASI

1776-cı ildə Almaniyanın cənubundakı Bavariyada maraqlı bir dərnək qurulmuşdu. ''İlluminate'' yəni, ''aydınlaşdır*mışlar'' adını daşıyan dərnəyin qurucusu Adam Veyshaupt adlı bir hüquq professoru idi. Dərnəyi maraqlı edən 2 xüsusiyyət var idi: çox gizli bir dərnək olması və özünə çox iddialı bir siyasi proqram müəyyən etməsi. Veyshaupt tərəfindən qələmə alınan bu proqramda təşkilatın ən əsas iki məqsədi belə izah edilirdi:

1. Bütün monarxiyaların və bu cür quruluşlu hökumətlərin ləğv edilməsi.

2. Bütün ''teistik'' (İlahi) dinlərin ləğv edilməsi.

Dərnəyin xüsusilə dinə qarşı olan rəftarı son dərəcə düşmənçilik xarakteri daşıyırdı. Veyshaupt İngilis tarixçisi Maykl Hovardın ifadəsilə desək, ilahi dinlərə qarşı ''patoloji bir nifrət'' hiss edirdi[78].

Dərnək əslində bir cür mason topası idi. Veyshaupt keçmiş mason idi və dərnəyi də mason lojalarının ümumi təşkilat*lanma şəklinə uyğun olaraq qurmuşdu. ''İlluminate'' heyrətləndirici bir sürətlə böyüdü. 1780-cı ildə Alman mason lojalarının böyük usdadlarından olan Baron Von Kniggenin də qoşulması ilə təşkila*tın gücü yaxşıca artdı. Veyshaupt və Knigge, Almaniyada ''sosialist'' deyə biləcəyimiz bir inqilab etmə hazırlığına girişdilər. Fəqət, hökumətin vəziyyətdən xəbərdar olması ilə ''İlluminate'' dağılıb normal mason lojalarına qoşulmağa qərar verdi. Birləşmə 1782-ci ildə oldu.

Ancaq 1800-cü illərin əvvəlində ''illuminate'' ənənəsini Almaniyada qorumağa çalışan yeni bir dərnək quruldu. Dərnəyin adı ''Doğrular birliyi'' idi, lakin sonradan dəyişərək ''Kommunistlər birliyi'' adlandı. ''Kommunistlər birliyi''ni idarə edənlər özlərinə siyasi bir proqram hazırlamaq istədilər. Bu proqramı qələmə almaları üçün müraciət etdikləri iki adam isə iki qatı kommunist intellegent idi: -Karl Marks və Fridrix Engels! Bu iki nəfər məşhur ''Kommunist manifesti''ni bəhs edilən ''Kommunistlər birliyi''nin sifarişi ilə yazdılar. Manifest, bilindiyi kimi, dini ''xalqın tiryəki'' adlandırır və insanlığın qurtuluşu üçün yeganə yol kimi gördüyü ''sinifsiz cəmiyyət'' ideyasının şərtlərindən birinin dini inancların yox edilməsi olduğunu irəli sürürdü. Başqa bir maraqlı nöqtə isə həm Marksın, həm də Engelsin yəhudi əsilli olmaları idi.

Sosializmin başlanğıcında yer tutan bu mason və yəhudi ağırlığı sonra da davam etdi. Sosialist hərəkatlara liderlik edən bəzi mason və yəhudi adlarını belə saya bilərik:

Ferdinand Lasall. Marksın yaxın dostu olan Lasall inqilabçı komunist diktatorluğu müdafiə edirdi. Viktor Adler: -Engelsin sağ əli olan Adler kommunizmin yayılması üçün böyük səy göstərirdi. Sonralar oğlu Fridrix Adler Avstriya Kommunist Partiyasının lideri oldu.

Moses Hess: -konservativ bir yəhudi ailəsindən gələn Hess, həm Marksın yaxın dostu olan məşhur bir sosialist, həm də atəşli bir sionist idi. ''Roma və Qüds'' adlı kitabı ilə Avropadakı sionist hərəkatın öncülü oldu və Fələstində bir yəhudi dövləti qurulması üçün çalışdı. Bundan başqa, həyatı boyunca darvinizmi şiddətlə müdafiə etdi. Georq Lukaş: -varlı bir yəhudi ailəsindən gələn Lukaş kommunizmi müdafiə edən bir çox kitab yazdı. Kommunist düşüncəsinin gənclər arasında yayılmasına şərait yaratdı. Macar inqilabına rəhbərlik edən ən mühüm adamlardan biri idi.

Vladimir İliç Lenin: -Rusiyadakı bolşevik hərəkatının llideri Lenin dünyanın gördüyü ən qanlı və totalitar rejimlərdən birinin qurucusu oldu.

Herbert Markus: -yəhudi olan Herbert Markus marksizmi yenidən izah edərək 1968-ci ildəki tələbə hadisələrinin hazırlayıcısı oldu. Bütün dünyada yayılan Solçu Universitet hərəkatlarını qızışdırıb, zamanımızda hələ də hər gün saysız gəncin həyatını itirməsinə səbəb olan anarxist ideologiyanı inkişaf etdirdi.
(harun yahya Allah ağılla bilinir)