FƏLSƏFƏNİN PƏRDƏARXASI

Fəlsəfə tarixinə baxarkən mason şəxsiyyəti ilə diqqət cəlb edən daha bir çox ateist və din əleyhədarı mütəfəkkirə rast gəlirik. Devid Hum, Holbax, Şillinq, Con Stüart Miller, Avqust Kant, Markiz de Sad kimi mütəfəkkirlər, ya da Emil Durkhem, Ferdinand Tennis, Herbert Krene, Ziqmund Freyd, Henri Bekon, Erik From kimi sosial alimlər bunların arasında sayıla bilər. &Ccediloxu eyni zamanda yəhudi əsilli olan bu insanlar cəmiyyəti dindən çıxarmaq, tamamilə din xarici bir cəmiyyət quruluşu və əxlaq anlayışı qurmaq üçün səy göstərmişdilər. Bütün bunların arasında &Ccedilarlz Darvinin xüsusi yeri olduğunu bildirməyə isə hər halda ehtiyac yoxdur.

Burada mühüm olan nöqtə bütün bu mütəfəkkirlərin və onlara bənzər minlərləsinin hazırladığı inkarçı və maddəçi fəlsəfələrin müəyyən siyasi və sosial mənafelərə xidmət etməsidir. Başda da bildirdiyimiz kimi, insanların Allahı inkar etmələrindəki ən mühüm səbəb Allahı qəbul etmənin təbii nəticəsi olan dindən narahat olmalarıdır. Dinin doğruluğu özlərinin, ya da təmsil etdikləri dairələrin mənafeləri ilə toqquşduğu üçün onu rədd edən bu insanlar özlərinə arxa tapmaq üçün ateizmə müraciət edirlər.

Onlar bu üzdən Allahın varlığının açıq-aydın olan dəlillərini görmürlər. Bundan başqa, həmin insanlar Allahın varlığına olan imana mane olmaq, bu dinsizliyi ümumi cəmiyyətə yaymaq üçün də böyük səy göstərirlər. Beləcə, ortaya ya Allaha inanmayan, ya da Quranın ifadəsi ilə desək, ''Onu unutmuş kütlələr çıxır'' (''Mücadələ'', 58/6).

İnsanların çoxunun Allahı heç anmadan yaşamalarının, Ondan asılı olmayan bir həyat sürdüklərini zənn etmələrinin səbəbi də budur. Ancaq bu ''quru kütləvilik'' insanı aldatmamalıdır. Çünki Allah Quranda insanların ancaq çoxunun iman etməyəcəyini xəbər verir (''Rad'', 13/1).

Bundan başqa, aşağıdakı ayə ilə də insana bu mövzuda xəbərdarlıq edir: ''Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!'' (''Ənam'', 6/116).
(harun yahya Allah ağılla bilinir)