QARIŞQA MÖCÜZƏSİ

GİRİŞ

Yer üzündə ən çoxsaylı canlılar qarışqalardır. Yeni doğulan hər 40 insanın qarşılığında dünyaya 700 milyon qarışqa gəlir. Və bu canlılar haqqında öyrənə biləcəyimiz hələ xeyli şeylər var.

Həşərat növlərinin ən toplumsalı (“sosial”ı) olan qarışqalar son dərəcə gözəl təşkilatlanmış bir qaydayla, “kaloniyalar” adlandırılan qruplar halında yaşayırlar. Onların təşkilatlanmaq qabiliyyəti o dərəcə inkişaf edib ki, bu baxımdan isanları da xeyli geridə qoyublar. Qarışqalar azuqə yığıb, ehtiyat tutanda balaları yuvalarını qoruyur və ehtiyac olanda düşmənlə də savaşırlar. Hətta nəsil artırmaq, digərlərinə qulluq etmək üçün xüsusi “kaloniya”lar da var. Aralarında çox güclü ünsiyyət şəbəkəsi mövcud olan bu heyvanlar sosial təşkilatlanma və məharət baxımından bütün canlılardan müqayisə olunmayacaq dərəcədə üstündürlər.

Bu gün bizim cəmiyyətlərdə sosial təşkilatlanmanı qorumaq, sosial-iqtisadi problemləri çözmək üçün xüsusi “düşüncə qrupları”nda (think-tankler) üstün zəkası və dərin savadı olan insanlar gecə-gündüz çalışır, planlar qururlar. Əsrlərdir ki, ideoloqlar sosial-siyasi modellər üzərində baş sındırırlar. Amma bu qədər zəhmətə rəğmən, hələ də ideal bir sosial-iqtisadi model qurulmayıb. İnsanlar cəmiyyət daxilində daim bir-birlərilə rəqabət apardıqlarından və şəxsi mənfəətlərini güddüklərindən, qüsursuz sosial-iqtisadi model yəqin ki, heç vaxt qurulmayacaq da. Amma qarışqalar milyonlarla il öncə özləri üçün belə bir mükəmməl model qurublar və onu indiyə qədər problemsiz yaşadırlar. Yaxşı, bəs bu millimetrlik canlılar onu necə bacarırlar? Bu, mütləq cavablanması gərəkən bir sualdır.


80 milyon illik qarışqa qalıqları. Bu tapıntı bizə qarışqaların 80 milyon il ərzində heç bir dəyişikliyə uğramadıqlarını göstərir.

Bu suala cavab verməyə çalışan təkamülçü bioloqlar qarışqaların 80 milyon il öncə “Tirhiidae” adlanan vəhşi arı növündən törədiyini, 65-40 milyon il öncə qəfildən “öz iradələrilə” sosiallaşmağa başladıqlarını və həşəratların təkamülünün ən üst mərtəbəsinə çatdıqlarını deyirlər. Amma əsas məsələni - bu sosiallaşmanın səbəblərini və gedişini heç cür açıqlaya bilmirlər. Çünki bu nəzəriyyəyə görə, təkamülün təməl mexanizmi canlıların yaşamaq uğrunda mübarizə aparmasını gərəkdirir. Buna görə də hər bir növ və o növlərin daxilindəki hər bir fərd yalnız özünü və öz balalarını düşünür (Onların balalarını niyə və necə düşünməyə başlamaları sualı da təkmül nəzariyyəsini dalana dirəyir, amma hələ ki, bu məsələyə toxunmuruq). Necə olur ki, belə bir “təkmül qanunu” mərkəzində fədakarlığın durduğu bir sosial sistem yaradır? Bu sual, təbii ki, cavabsızdır.

Cavabsız suallar isə qətiyyən bunlarla bitmir. Bir milyon dənəsinin sinir hüceyrələrinin toplam ağırlığı vur-tut 20 qram olan bu canlılar “qəfildən” bir yerə yığışıb, sosiallaşma haqqında qərar qəbul edə bilərdilərmi? Və ya, belə bir qərarı qəbul edəndən sonra həmin sosiallaşmanın qanun-qaydalarını müəyyənləşdirməyi bacararlarmı? Lap tutaq ki, bacardılar, hamısı həmin yeni sistemi etirazsız qəbul edərmi? Və onlar bütün bu mümkünsüz işləri görəndən sonra milyonlarca üzvü olan “kaloniya”lar qurub, mükəmməl sosial quruluşlarını yaşatmağı bacararlarmı? Bu mücadilə içində ierarxik quruluş, “kasta sistemi” necə formalaşıb? Hər şeydən əvvəl, bu sualın cavablandırılması gərəkdir: ana qarışqayla (“kraliça”) işçi qarışqalar fərqi necə ortaya çıxıb? Bu yerdə təkamülçülər durub deyəcəkdilər ki, işçilərin arasında bir qrup çalışmaqdan əl çəkib və uzun müddət ərzində genetik dəyişikliklərə uğrayaraq, işçi qarışqalardan fərqli bir fiziologiyaya sahib olublar. Ancaq maraqlıdır: bütün bu proses zamanı onları kim bəsləyib? Axı ana (“kraliça”) qarışqalar qida aramırlar, işçilərinin gətirdiyi azuqəylə dolanırlar. Və yaxud, lap tutaq ki, bəzi işçilər “krallıq” iddiasına düşüblərmiş, bəs bu ierarxiya digərləri tərəfindən necə və niyə qəbul olunub? Nəyə görə onlar bu “kraliça”nı bəsləməyə razı olublar? Axı təkamül nəzəriyyəsinə görə, “yaşamaq uğrunda mübarizə”nin gedişində onlar ancaq özlərini düşünməliydilər?..

Bütün həşəratlar həyatlarının böyük qismini qida aramaqla keçirirlər. Yemək tapır, yeyir, sonra isə yenidən acır və yenidən axtarırlar... Bir də, təhlükələrdən qaçırlar. Əgər təkamül təlimini qəbul etsək, onda belə çıxır ki, qarışqalar da milyon illər öncə bu cür “fərdi qaydada” yaşayıblar, sonra isə bir gün sosiallaşmağa qərar verib, kaloniyalarda birləşiblər. Aralarında ortaq bir ünsiyyət şəbəkəsi yox ikən (təkamül təliminə görə, ünsiyyət sosiallaşmanın nəticəsidir, əksinə yox) qarışqalar bu sosial düzəni qurmağa necə, hansı yollarla qərar verə bilərdilər? Bəs bu sosiallaşma üçün gərəkli olan genetik fərqləri ortaya çıxarmaları necə mümkün olub? Bu və bunun kimi başqa sualların heç bir cavabı yoxdur.

Bütün bunlar bizi tək bir nöqtəyə gətirir: milyonlarla il öncə günlərin bir günü qarışqaların sosiallaşmaq haqında qərar qəbul etdiklərini iddia etmək ağlın və məntiqin təməl qanunlarını tapdalamaq deməkdir. Sualların yeganə düzgün cavabı isə belədir: detallarını kitabın irəlidəki bölümlərində görəcəyimiz sosial düzən qarışqalarla birgə yaradılıb və Yer üzündəki ilk qarışqa koliniyasından bu günə qədər də dəyişməyib!

Quranda qarışqalarınkına bənzər sosial düzənə sahib olan arılardan söz açılarkən, bu sistemin onlara “təlqin edilməsi” bu cür xəbər verilir:

“Rəbbin bal arasına belə vəhy [təlqin] etdi: “Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik; Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get!” O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli [ağ, sarı, qırmızı] bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” («Nəhl» surəsi, 68-69).

Ayədə bal arılarının bütün işləri Allahın etdiyi təlqinlə gördükləri bildirilir. Yəni həmin heyvanların qurduqları bütün evlər (yəni yuvalar) və bu yuvalardakı sosial düzən, bal yapmaq üçün gördükləri bütün işlər Allahın təlqiniylə gerçəkləşdirilir.

Qarışqalara diqqət yetirəndə görürük ki, onlardakı durum da bundan fərqli deyil. Onlar da tamamilə Allahın təlqin etdiyi sosial düzənə tabedirlər. Və buna görə də hər qarışqa növü öz boynuna qoyulan vəzifəni əksiksiz yerinə yetirir.

slində, təbiətin qanunu da budur; təbitdə təkamülçülərin dediyi kimi, təsadüfi və xaotik bir “yaşamaq uğrunda mübarizə” yoxdur, heç vaxt da olmayıb. Əksinə, bütün canlılar özləri üçün ayrılan ruzini yeyir və Allahın qoyduğu vəzifəni yerinə yetirirlər. Çünki Quranda da xəbər verildiyi kimi: “[Yer üzündə] elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın” və “Şübhəsiz ki, ruzi verən də, yenilməz qüdrət sahibi olan da Allahdır” («Zariyat» surəsi, / 48).
(harun yahya Qarışqa möcüzƏsi)