Qrup halında yaşamaq qarışqalara necə təsir edir?

Qarışqalarda iş birliyinin ən çox araşdırılan örnəyi bir işçi qarışqa növünün (Lasius Emarginatus) davranışlarıdır. Bu növün fərdlərinin bir-birlərinə qarşı ilginc bağlılıqları var. Böyük qrupdan ayrılanda torpaqla əlləşən qrupa aid dörd işçi qarışqanın fəaliyyəti sürətlə davam edir. Fəqət, dördünün arasında bir-birlərini görmələrinə əngəl olan hansısa nəsnə (tutalım, daş) peyda olanda, iş templəri kəskin düşür.
Başqa bir örnək isə “atəş qarışqaları”nın qruplarını hansısa baryer ayıranda, həmin baryeri dəlib, bir-birinə qovuşmağa can atmalarıdır.

Bunlardan başqa, qrupdakı üzvlərin sayı dəyişəndə də qarışqaların davranışında fərqli əlamətlər üzə çıxır. Yuvadakı qarışqaların sayı artanda, hər bir üzvün fəaliyyətində irəliləyiş olur. İşçi qarışqalar bir araya gələndə toplanıb sakitləşir və az enerji xərcləyirlər. Hətta bəzi qarışqa növlərinin sayı artdıqca, işlətdikləri oksigenin miqdarının azaldığı da müşahidə edilib.



Qarışqalar qrup halında yaşaya bilən canlılardır. Təkbaşına yaşamaları mümkünsüzdür.

Bütün bu örnəklər qarışqaların təkbaşına yaşamağı bacarmadıqlarını göstərir. Bu kiçik məxluqlar ancaq qruplar, hətta koloniyalar halında yaşaya biləcək özəllikdə yaradılıblar. Bu da bizə təkamülçülərin qarışqaların sonradan sosiallaşmasıyla bağlı iddialarının gerçəkdən nə qədər uzaq olduğunu göstərir. Çünki qarışqaların əvvəllər təkbaşına yaşayıb da, sonradan toplumsallaşaraq (sosiallaşaraq) koloniyalar yaratması mümkün deyil. Qarışqanın təkbaşına yaşaması imkansızdır. Həm törəyib-çoxalmaq, həm özünə və həmcinslərinə uyğun yuva qurmaq, həm ailəsini bəsləmək, həm keşikçi, həm işçi, həm “əsgər” olmaq - bir qarışqa təkbaşına bu işlərin heç hansının öhdəsindən gələ bilməz. Çox dərin əmək bölümü tələb edən bütün bu işləri haçansa bir və ya bir neçə qarışqanın təkbaşına gördüklərini demək qətiyyən ağlabağan çıxmaz. Üstəlik, yazıq qarışqa bu qədər əziyyətli işlərlə uğraşarkən, bir yandan da sosiallaşma yönündə səylər göstərməliydi...

Bu durumda anlaşılan odur ki, qarışqalar yaradıldıqları gündən bəri sosial sistem içində, qruplarla yaşayan varlıqlar olublar. Yəni, Allah tərəfindən bütün bu özəlliklərilə birgə var ediliblər.
(harun yahya Qarışqa möcüzƏsi)