Qarışqalarda öz-özünü düzənləmə

Qarışqa dünyasını tənzimləyəcək hansısa bir plan-proqram yoxdur. Ən önəmlisi, daha öncə söylədiyimiz kimi, rəis-tabeli (əmr verən - icra edən) münasibətləri də mövcud deyil. Son dərəcə gəlişmiş bir özünütənzimləmə sayəsində bu toplumdakı ən mürəkkəb işlər də heç axsamadan yerinə yetirilir.

Bir misala baxaq: Koloniyada qida sıxıntısı yaşananda işçi qarışqalar dərhal “bəsləyici” qarışqalara dönür və “əlavə” mədələrindəki qida madəllərilə digər qarışqaları bəsləməyə başlayırlar. Ehtiyac aradan qalxanda isə yenə də dərhal bu “amplua”dan çıxıb, yenidən işçi qarışqalara dönürlər.



Yuva həyatının ilk mərhələsində koloniya üzvləri incə bir dəlik açaraq, onu labirint şəkilində dərinləşdirirlər. Həmin istiqamətlərin sonunda bakteriya topaları ola bilər. Həmin bakteriya topalarına torpağın səthinə yaxın yerlərdə daha çox yerləşir. Daha dərində və daha geniş bölmələrdə isə bitki qalıqlarının çürüntüləri var. Buna görə də dəliklərin (otaqların) bəziləri üzvi maddələrlə bol torpaq qatlarında yerləşir. Sanki bu, zərərli tullantıları neytrallaşdırmaq üçündür. Üstəlik, həmin bölmələrdə istilik əmələ gəlir və tədricən yuxarıya doğru yüksəlir. Kükürdlü və bol oksigenli hava bütün yuvaya yayılır. Bu sistemdən ventilyasiya və yol açmaq üçün istifadə edilir. Dəliklərdən, mağaralardan və tunellərdən ibarət yuvanın çevrəsinin diametri təxminən 7,5 metrə qədər olur. Daha çox diqqət yetirilməsi gərəkən məsələ isə budur ki, bu yuvanı və sistemləri heç bir inşaat təhsili görməmiş qarışqalar inşa edirlər.

Burada misal gətirilən fədakarlıq gerçəkdən də çox yüksək səviyyədədir. İnsanlar dünyadakı aclıq təhlükəsilə mübarizədə heç bir başarı əldə etmədikləri halda, qarışqalar, göründüyü kimi, bunun çarəsini bulublar - qida da daxil olmaqla, hər şeyi paylaşmaq. Bəli, bu, gerçək bir fədakarlıq örnəyidir. Qarşısındakı qarışqanın yaşaya bilməsi üçün heç bir əvəz gözləmədən mədəsindəki qidaya qədər hər şeyi paylaşmaq təbiətdə təkamül nəzəriyyəsinin izah edə bilmədiyi minlərlə misallardan sadəcə biridir.

Qarışqaların sayının həddən çox artmasıyla bağlı problemlər də heç vaxt oraya çıxmır. Bu gün insanlar urbanizasiya, miqrasiya, təbii ehtiyatlardan yanlış istifadə və işsizlik kimi problemlər səbəbindən ağır sıxıntılar çəkdikləri halda, qarışqalar 50 milyon “əhalisi” olan yeraltı “şəhərləri” heç nəyin əksikliyini hiss etmədən, heç bir ehtiyac-filanla üzləşmədən yönəldirlər. Hər bir qarışqa çevrəsindəki şəraitin dəyişməsinə ani olaraq reaksiya verir; bunun mümkün ola bilməsi üçün isə qarışqaların mütləq fiziki və psixoloji yönlərdən xüsusi şəkildə “proqramlaşması” gərəkdir. Son dərəcə mükəmməl qurulmuş bu sistemin yaşaması üçün mütləq qarışqaları yönləndirən, vəzifələrini yerinə yetirmələrini təlqin edən, əmr verən bir “iradə sahibi”nə ehtiyac var. Əks təqdirdə ortaya sistem və düzən yox, böyük qarışıqlıq, xaos çıxardı. Bu iradə sahibi isə hər şeyin böyüyü olan, hər şeyə gücü yetən, bütün canlıları yönləndirən, görməli oldduqları işləri təlqin ilə əmr edən Allahdır.

Qarışqaların heç bir şəxsi mənfəət gözləmədən durmadan çalışmaları onların konkret bir qüvvə tərəfindən hərəkət etdirildiklərini isbatlayır. Hər şeyin sahibi isə Allahdır, Kainatdakı bütün canlılar onun ilhamıyla hərəkət edirlər; bu gerçəklik Quranda belə xəbər verilib:

“Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. [Yer üzündə] elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!” («Hud» surəsi, / 56)
(harun yahya Qarışqa möcüzƏsi)