TOPLUMDA ÜNSİYYƏT

Quranda Hz. Süleymanın ordusu haqqında verilən bilgidə qarışqaların çox mükəmməl “xəbərləşmə sistemi”nin olduğuna işarə edilir. Həmin ayə belədir:

“Nəhayət, onlar [Taifdəki, yaxud, Şamdakı] qarışqa vadisinə gəlib çatanda bir dişi qarışqa [qarışqaların padşahı] dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi [ayaqları altında] basıb əzməsinlər!” («Nəml» surəsi, 18).

Son onilliklər ərzində qarışqalar üzərində aparılan elmi araşdırmalar bu kiçik heyvanlar arasında inanılmaz bir xəbərləşmə (ünsiyyət) sisteminin oldğunu ortaya qoyub. National Geograrhic dərgisində yayımlanan bir məqalədə bu haqda deyilir:
“Böyük-kiçikliyindən fərqli olmayaraq, hər bir qarışqa başındakı duyğu orqanları vasitəsilə milyonlarca siqnal ala bilir. Qarışqanın beyni 500.000 sinir hüceyrəsindən ibarətdir; gözləri bitişikdir; başındakı antennalar insandakı burun və barmaq ucları kimi hərəkət edir. Ağzının altındakı reseptorlar dadı, tüklər isə təması hiss edir”.7

Bizlər fərqinə varmasaq da, qarışqalar həssas duyğu orqanları sayəsində müxtəlif xəbərləşmə (ünsiyyət) yollarından istifadə edirlər. Ov tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan savaşmağa qədər hər bir işdə bu duyğu orqanlarından yararlanırlar. 2-3 millimetrlik vücudlarının içinə sığışdırılmış 500.000 sinir hüceyrəsilə şaşırdıcı bir əlaqə sistemi qura biliblər. Diqqət yetirin ki, haqqında bəhs edilən yarım milyon sinir hüceyrəsi və qarışıq əlaqə sistemi haradasa insandan minlərlə dəfə kiçik olan bir qarışqaya aiddir.

Qarışqalar, arılar və termitlər kimi “sosial” yaşam tərzi keçirən, koloniyalar halında yaşayan canlıların əlaqə növləri (əlaqə qurmanın səbəbləri) kateqoriyalara ayrılır; həmin kateqoriyalar bunlardır: həyəcan siqnalı vermə, toplanma, təmizlənmə, maye qida mübadiləsi, qruplaşma, tanıma, kastaları bəlirləmə...8

Bu yollarla intizamlı bir toplum əmələ gətirən qarışqaların qarşılıqlı xəbər mübadiləsinə dayanan bir həyat tərzləri var və onlar bu xəbər mübadiləsində heç bir çətinlik çəkmirlər. İnsanların çox vaxt danışıqlar yoluyla həll edə bilmədiyi məsələlərdə (toplanma, paylaşma, təmizləmə, qorunma və sair) qarışqaların ünsiyyət sistemi yüzdə yüz başarılı olur.
(harun yahya Qarışqa möcüzƏsi)

7 National Geographic, vol.165, no.6, s. 777.
8 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 227.