Qarışqa qrupları arasında bilgi alış-verişi

Yeni kəşf edilən qida qaynağına hamıdan öncə ovçu qarışqalar gedirlər. Daha sonra feromen (*) adlanan və və daxili vəzilərdən ifraz olunan bir maye sayəsində digər qarışqalar da çağırılırlar. Qidanın yanına yığışan qarışqaların sayı artdıqca işçilərə yenə də həmin feromen vasitəsilə təsir edilir. Tapılan qidanın böyük-kiçikliyindən və yaxın-uzaqlığından asılı olaraq, ovçular siqnal verib, onun yanına çağırılan qarışqaların sayını tənzimləyirlər. Əgər çox gözəl bir qida tapılıbsa, qarışqalar daha çox iz buraxmağa çalışırlar və beləliklə də, ovçulara daha çox işçi yardıma gəlir. Heç bir halda tapılan qidanın yuvaya çatdırılmasında problem çıxmır, bu iş necə lazımdırsa, görülür. Çünki ortada tam bir “komanda çalışması” var.

(*) FEROMENLƏR: Bu söz “Pher” - daşımaq və “hormone” - hormon kəlmələrinin birləşməsindən əmələ gəlib, “hormon daşıyıcıları” mənasını verir. Feromenlər eyni növün üzvləri arasında işlədilən kimyəvi siqnallardır ki, xüsusi vəzilərdə hazırlanaraq, ətrafa buraxılırlar.

Feromenlərlə ünsiyyət daha çox böcəklərin və həşəratların arasında yayılıb. Feromen eyni zamanda erkəkləri dişilərə cəlb edən cinsi funksiya da daşıyır. Onun ən çox araşdırılan növü güvələrin cütləşmə zamanı buraxdığı feromenlərdir. Bəlli olub ki, dişi güvə “disrarlure” adlı feromen buraxaraq, erkək fərdləri bir neçə kilometrdən cəlb edə bilir. Erkək fərd işarəni göndərən dişinin bir qram havadakı cəmisi bir neçə yüz molekulunu belə duyduğundan, “disrarlure” çox geniş əhatəyə yayılanda da təsirini saxlayır.

Feromenlər həşaratların ünsiyyətində daha çox rol oynayırlar. Məsələn, qarışqalar feromendən qida qaynağına gedən yolu nişanlamaq üçün istifadə edirlər. Bal arası rəqibini sancarkən sadəcə iynəsini qurbanının dərisinə batırmaqla kifayətlənmir, eyni zamanda havaya digər bal arılarını da hücuma çağıran xüsusi kimyəvi maddə buraxır. Bir çox növlərdən olan işçi qarışqalar da düşmənin təhdidinə məruz qalanda “həyəcan siqnalı” yaymaq üçün feromenlər buraxırlar, həmin feromen havada yayılaraq, digər qarışqaları hadisə yerinə toplayır. Əgər həmin qarışqalar da düşmənlə qarşı-qarşıya gəlsələr, onlar da feromen ifraz edəcəklər, beləcə, təhlükənin önəminə görə siqnal ya artacaq, ya da yox olacaq.

Başqa bir örnək isə bir yuvadan digərinə köçən “kəşfiyyatçı” qarışqalarla ilgilidir. Bu qarışqalar köhnə yuvadan yenisinə doğru arxalarınca iz buraxaraq gedirlər. Digər işçilər yeni yuvanın yerini beləcə tapır və əgər gərəkirsə, öz feromenlərilə köhnə “iz”in üzərinə yenisini də əlavə edirlər. Beləcə, iki yuva arasında gedib-gələn qarışqaların sayı artır və onlar yeni yuvanı qurub başa çatdırırlar. Bu proses zamanı işçi qarışqaların da arasında bir iş bölümü gedir. Yeni yuvanı müəyyənləşdirən qarışqalar vəzifələri bu cür paylaşırlar:

1. Toplayıcı qarışqalar yeni bölgəyə köçür.
2. Yeni bölgəyə gəlib, növbə tutan bir qrup yaradılır.
3. Toplanma təlimatı almaq üçün növbətçi qarışqaları izləyən daha bir qrup qarışqa toplanır.
4. Bir qrup qarışqa bölgədə araşdırma aparır.

Şübhəsiz ki, bu qüsursuz hərəkat planı qarışqalar ilk yaradıldıqları gündən bəri tətbiq edirlər. Çünki ancaq öz yaşamını və mənfəətini düşünən fərdlərin belə bir iş bölümü sistemi qura bilməsi imkansızdır. Elə isə, belə bir sual ortaya çıxır: Milyonlarla ildən bəri bu planı qarışqalara kim təlqinləyir və yerinə yetirilməsini təmin edir? Bu hərəkət planının gərəkdirdiyi son dərəcə üstün qrup ünsiyyətinin işləyə bilməsi üçün əlbəttə ki, böyük bir ağıl və qüvvət sahibinə ehtiyac var. Bütün məsələ də elə bundadır: cəmi canlıların yaradıcısı, sonsuz ağıl sahibi olan Allah onun qüvvəsini anlaya bilməmiz üçün hətta qarışqaların bu sistemli dünyasında da bizə yol göstərir.
(harun yahya Qarışqa möcüzƏsi)