Kimyəvi ünsiyyət

Yuxarıda sadalanan bütün ünsiyyət növlərini bir ümumi kateqoriyada birləşdirmək lazım gələrsə, onların hamısının kimyəvi siqnallarla yönləndirildiyini deyə bilərik. Qarışqaların ünsiyyət qurmaq məqsədilə işlətdikləri maddələrin ümumi adı “yarımkimyəvi maddələr”dir (semiochemicals). Ümumiyyətlə, iki növ yarımkimyəvi maddə var - feromenlər və alomenlər.



Alomen, cinsler arası iletişim için kullanılan bir maddedir.

Feromen ise daha önce açıklandığı gibi, çoğunlukla bir cins içinde kullanılan ve bir karınca tarafından salgılandığında, diğeri tarafından koku olarak algılanan kimyasal sinyaldir. Bu sinyaller, karınca topluluklarının organizasyonunda en önemli rolü oynar. Ve bu maddenin salgı bezlerinde üretildiği sanılmaktadır. Bir karınca sinyal olarak bu sıvıyı salgıladığında, diğerleri koku veya tat alma yoluyla mesajı alır ve cevap verirler. Karınca feromenleri üzerinde yapılan araştırmalar, tüm sinyallerin koloninin ihtiyaçlarına göre salgılandığını ortaya çıkarmıştır. Ayrıca karıncaların salgıladığı feromenin yoğunluğu, içinde bulundukları durumun aciliyetine göre de değişmektedir.9

Qoxu və ya dad alma yoluyla kimyəvi maddələrin duyulması qarışqalar arasında ünsiyyət qurmağa imkan verir.
Alomen - cinslərarası ünsiyyət qurmağa yardım edən bir maddədir. Feromen isə bir qədər öncə açıqladığımız kimi, əsasən eyni cinsin daxilində işlədilən və bir qarışqa tərəfindən buraxılanda, digər qarışqaların qoxusunu hiss etdiyi maddədir ki, kimyəvi siqnal rolunu oynayır. Bu siqnallar qarışqa toplumlarıın təşkilatlanmasında ən önəmli rolu oynayır. Bu maddəni daxili vəzilər hazırlayır. Bir qarışqa siqnal olaraq bu maddəni buraxanda, digərləri qoxu, yaxud, dad şəklində mesaj alır və cavab verirlər. Qarışqa feromenləri üzərində aparılan araşdırmalar göstərib ki, bütün siqnallar ancaq koloniyanın ehtiyaclarıyla bağlı verilir. Qarışqaların buraxdığı feromenin miqdarı isə düşdükləri durumun gərginliyinə görə müəyyənləşir.9

Göründüyü kimi, qarışqaların bacardığı bu işlərin öhdəsindən gəlmək üçün kimyanı dərindən bilmək tələb olunur.Qarışqaların hazırladığı kimyəvi maddələri biz insanlar ancaq labaratoriyada apardığımız analizlərin köməyilə araşdıra bilirik. Üstəlik, həmin maddələri istehsal etməyi öyrənməyimiz üçün illərlə çalışmaq lazımdır. Qarışqalar isə dünyaya gəldikləri andan bu işləri çox gözəl bacarır və hamısını da yerli-yerində tətbiq edirlər. Dünyaya gəldikləri ilk andan kimyəvi maddələri gözəl tanımaları ona dəlalət edir ki, qarışqalara hələ doğulmazdan öncə kimya dərsi keçən bir “müəllim” var. Bunun əksini söyləmək qarışqaların özləri-özlərinə kimya öyrətdiklərini iddia etmək anlamına gəlir ki, bu da məntiqə ziddir. Qarışqalar, əlbəttə ki, heç bir təhsil görmədən, doğulur-doğulmaz bu kimyəvi maddələrdən çox gözəl baş çıxarırlar. Heç bir həşərat və ya digər canlı - insan da daxil olmaqla,- qarışqaya nəsə öyrədə bilməz, o ki qalsın kimya ola! Üstəlik, söhbət hələ dünyaya gəlməyən bir qarışqanı öyrətməkdən gedirsə, bunu kim bacara bilər? Təbii ki, bu işi görə bilən tək iradə bütün canlıları yaradan, “göylərin və yerin Rəbbi” olan Allahdır.

Düşünün ki, insanların çoxu qarışqaların gündəlik həyatları zamanı işlətdikləri feromenin heç nə olduğunu da bilmirlər. Amma dünyaya gələn hər qarışqa bu kimyəvi maddənin sayəsində mükəmməl bir sosial ünsiyyət sisteminə qatılır. Bu sistem isə sonsuz qüdrət sahibi olan Allahın varlığının açıq dəlilərindən yalnızca biridir...

Qarışqa vəziləri

İndiyə qədər haqqında söz açdığımız kimyəvi reaksiyaların gerçəkləşdirilməsi üçün qarışqaların orqanizmində xüsusi ifraz vəziləri var. Daha dəqiq desək, qarışqaların arasındakı kimyəvi ünsiyyət 6 ədəd vəzinin ifraz etdiyi maddələrin hesabına mümkün olur. Amma ayrı-ayrı qarışqa növlərində həmin vəzilərin hər birinin fərqli funksiyaları var. İndi həmin vəzilərlə yaxından tanış olaq:

Müdafiə Vəziləri:vəzilərin buraxdığı maddələr xarici təhlükə zamanı toplaşmaq, həyəcan siqnalı vermək, hücuma hazırlaşmaqla bağlı siqnalların yayılmasını təmin edir.

Zəhər Tuluğu: Burada geniş təsirli kimyəvi turşular yığılır. Hücum və müdafiə zamanı işlədilən maddələr də burada yaranır. “Atəş qarışqaları” bu zəhəri püskürməklə hətta kiçik onurğalıları iflic edir, insanın dərisini yandırırlar.

Formik turşular sintez edən qarışqaların yaşadığı meşədə araşdırmaçılar xeyli miqdarda formik turşunun olduğunu müşahidə ediblər. Onun qədərinin çoxluğu heç nə ilə izah edilə bilmirdi.İrəli sürülən versiyalardan heç hansı doğrulmurdu. Sonda alimlər belə bir ortaq qənaətə gəldilər ki, meşədə yaşayan qarışqaların ifraz etdiyi formik turşular buxarlanaraq havaya qarışır və ekoloji sistemdə bir sıra dəyişikliklərə səbəb olur. Yəni bu kiçik canlılar özlərinə heç bir ziyan vermədən hətta bölgənin atmosferinə belə təsir göstərəcək miqdarda turşu ifraz edə, ondan gərək olan şəkildə yararlana bilirlər. Bu fakt araşdırmaçılarda xeyli heyrət doğurub.10

Xəbərdarlıq Vəziləri (Pygidial):Bu vəzinin ifraz etdiyi maddələrdən üç ayrı-ayrı qarışqa növü düşmənə xəbərdarlıq etmək üçün faydalanır. Böyük səhra qarışqası bu maddəni buraxaraq, onun yaratdığı qoxu ilə düşmənini qorxuya salır; Güney Amerikada yaşayan Pheidole biconstricta adlı qarışqa isə bu maddədən hətta hücum zamanı da istifadə edir.

Sternal Vəzilər:Buradakı maddələrdən koloniyanın köçü zamanı və ovu təqib edərkən qarışqaları bir yerə toplamaq üçün istifadə edilir. Bu maddənin ən orijinal funksiyası isə qarışqanın zəhər püskürdərkən tez-tez hərəkət etdirdiyini yeddinci qarın bölümünü yağlamaqdır. Bunun sayəsində qarışqanın bədəni zəhəri daha asan püskürdə bilir. Mikroskopik bir “yağ istehsalı mərkəzi”ni xatırladan bu vəzi olmasaydı, qarışqanın bütün müdafiə sistemi sıradan çıxardı. Amma belə olmur, çünki ortada qüsursuz bir planlaşdırma var: hətta kiçik bir qarışqanın zəhər püskürtmək üçün gövdəsini necə döndərəcəyi də nəzərə alınıb, həmin gövdənin asanlıqla dönməsi üçün gərəkən yağın harada yerləşməsi də öncədən müəyyənləşdirilib.


Yuxarıda Formica cinsindən olan qarışqanın anatomik quruluşu görünür. Beyin və sinir sistemi mavi, həzm sistemi çəhrəyı, ürək qırmızı, vəzilər və onunla bağlı orqanlar isə sarı rənglə göstərilib: 1) Mandibular vəzi, 2) Pharynx, 3) Prorharyngeal vəzi, 4) Postrharyngenal vəzi, 5) Beyin, 6) Labial vəzi, 7) Esorhagus, 8) Sinir sistemi, 9) Metarleural vəzi, 10) Ürək, 11) Mədə, 12) Proventriculus, 13) Malrighian kisəcikləri, 14) Orta bağırsaq, 15) Rektum, 16) Anus, 17) Dufour vəzi, 18) Zəhər torbası
Metapleral Vəzilər: Bu vəzilərin ifraz etdiyi mayelərin qarışqanın bədənini və yuvasını mikroorqanizmlərdən qoruyan antiseptik maddələr olduğu anlaşılıb. Məsələn, bəzi qarışqaların bədənində həmişə 1,4 mikroqram həcmində müəyyən turşu olur. İşçi qarışqalar zaman-zaman bu antiseptik maddədən yararlanırlar. Əgər hücuma məruz qalsalar, düşməni uzaqlaşdırmaq üçün də həmin maddədən istifadə edirlər.11

Bunu unutmaq olmaz ki, bir qarışqa nəinki özünü mikroblardan qorumağı düşünmür, hətta dünyada onların varlığından belə xəbərsizdir. Amma bununla belə, qarışqa heç fərqində də olmadan vücudu düşmənlərilə mübarizə aparmaq üçün xüsusi maddələr istehsal edir. Qarışqanın bədənində özünü qorumaq üçün 1,4 mikroqramlıq antiseptik maddənin olması çox incə düşünülmüş detaldır. Çünki qarışqanı yaradan Allah yaratdığı bütün canlıların ehtiyaclarını ən incə detallarına qədər düşünür, yəni Lətifdir.

Göründüyü kimi, bu bölümdə haqqında bəhs edilən bütün vəzilər qarışqalar üçün həyati funksiyalar daşıyan orqanlardır. Onların hansısa birinin olmaması və ya yetərsiz işləməsi qarışqanın sosial-fiziki mövcudluğunu şübhə altına salar, ya da ümumiyyətlə, mümkünsüz edər. Bu isə qəti olaraq təkamül nəzəriyyəsinin iddialarını çürüdür. Çünki həmin nəzəriyyə canlıların pillə-pillə inkişaf etdiklərini, ibtidai formadan başlayaraq, bir sıra təsadüflər sonucunda daha mükəmməl hala düşdüklərini bəyan edir. Bizim örnəyə tətbiq edəndə bu, o deməkdir ki, qarışqalar sahib olduqları fizioloji özəllikləri tədricən, hissə-hissə əldə ediblər; halbuki, dediyimiz kimi, qarışqaların bütün vəziləri və onların ifraz etdiyi maddələr son dərəcə həyatidir və bunlardan hansısa biri olmasa, qarışqa nəslinin davam etməsi imkansızdır. Demək, qarışqalar bütün vəziləri və çeşidli maddələr ifraz edən orqanlarıyla birgə, tam olaraq yaradılıblar. Müdafiə və xəbərləşmə sistemlərini formalaşdırmaq üçün yüzminlərlə il ərzində gözləməyiblər. Yoxsa, dediyimiz kimi, qarışa nəslinin davam etməsi imkansız olardı. Yeganə izah budur ki, dünyaya gələn ilk qarışqa elə bu günkü kimi qüsursuz və mükəmməl şəkildə yaradılıb. Qüsursuz bir sistem isə ancaq ağıllı mühəndisin layihəsi ola bilər. Bu gün yer üzündə milyardlarla fərdlərdən ibarət qarışqa topluluqları var. Və onların hər birini tamamilə əksiksiz yaradan Uca Allahdır.
(harun yahya Qarışqa möcüzƏsi)

9 A.g.e, s. 244.
10 A.g.e., s. 2.
11 A.g.e., s. 244.