Qarışqaların kimlik kartı: koloniya qoxusu

Qarışqaların bir-birlərini tanıya bildiklərini, əqrabalarını, yəni öz koloniyalarının üzvlərini ayırd etdiklərini artıq söyləmişik. Zooloqlar qarışqaların bu işi necə bacardığını hələ də araşdırırlar. İnsan qarşısına çıxan bir neçə qarışqanı belə bir-birindən ayırd edə bilmədiyi halda, hər cəhətdən oxşar olan bu varlıqlar həmcinlərini necə seçib fərqləndirirlər? İndi bunu birlikdə görəcəyik.

Bir qarışqa digər qarışqanın öz koloniyasından olub-olmadığını çox asanca anlaya bilir. İşçi qarışqa yuvasına girən qarışqanı tanımaq üçün antennalarıyla onun bədəninə toxunur. Və ancaq öz koloniyasının üzvlərinə xas olan özəl qoxunun sayəsində onun kimliyini dərhal ayırd edə bilir. Əgər yuvaya girən qarışqa “özgə”lərdəndirsə, ev sahibləri bu çağırılmamış qonağa qəddarlıqla hücum çəkirlər. Yuvanın sakinləri güclü çənə sümüklərini yabançının bədəninə keçirib onu dişləyir, düşmənin bədəninə zəhərli turşular buraxaraq, onu məhv edirlər.
Əgər çağırılmamış qonaq eyni cinsdən, fəqət ayrı koloniyadan olan bir qarışqadırsa, ev sahibləri bunu da anlaya bilirlər. Bu halda o, yuvaya qəbul edilir, fəqət koloniyanın qoxusunu qəbul edənə qədər müsafir qarışqaya nisbətən az yemək verilir.12

Koloniya qoxusu necə əldə edilir?

Eyni koloniyaya aid qarışqaların bir-birlərini tanımalarını təmin edən qoxunun qaynağı hələ də tam bəlli deyil. Fəqət orası məlumdur ki, qarışqalar öz aralarında hidrokarbonatları qoxuları ayırd etmək məqsədilə işlədirlər. Aparılan təcrübələr göstərib ki, eyni cinsdən, fəqət ayrı koloniyalardan olan qarışqalar bir-birlərini hidrokarbonat fərqlərinə görə tanıyırlar. Bunu anlamaq üçün maraqlı bir eksperiment keçirilib. Öncə bir koloniyadakı işçilərin üzərinə eyni cinsdən, fəqət ayrı koloniyadan olan qarışqaların qoxusunu daşıyan mayelər püskürdülüb. Nəticədə yuvadakı digər qarışqalar onlara aqressiv münasibət göstərsələr də, eksperiment zamanı qoxusu istifadə edilən qarışqalar özlərininki kimi qəbul ediblər.13

Koloniya qoxusu təkamül keçiribmi?

Koloniya qoxusundan danışarkən üzərində durulması gərəkli olan çox önəmli məsələlərdən biri də təkamül nəzəriyyəsilə bağlıdır. Qarışqa, yaxud digər sosial böcək koloniyalarının (arılar, termitlər) özlərinə məxsus feromenlərlə yoldaşlarını tanıya bilməsi təkamül mexanizmləri tərəfindən necə izah olunur?

Bütün çatışmazlıqlarına rəğmən, təkamül nəzəriyyəsini müdafiə etməyə çalışanlar feromenlərin təbii seçmə nəticəsində (canlılarda əmələ gələn faydalı dəyişikliklərin saxlanılıb, zərərlilərin çıxdaş edilməsi) yaradığını deyirlər. Halbuki, qarışqalar da daxil olmaqla, heç bir böcək cinsi üçün bu, keçərli ola bilməz. Bu baxımdan ən kəsərli misal bal arılarıdır. Belə ki, düşmən hücum edərərkən bir bal arası digərlərinə xəbər vermək üçün xüsusi feromen ifraz edir. Və bunun ardınca dərhal ölür. Çünki bal arısının orqanizmi həmin feromeni ancaq bircə dəfə ifraz etməyə qadirdir. Bu halda, belə bir “faydalı dəyişikliyin” təbii seçim yoluyla sonrakı nəsillərə ötürülməsi necə mümkün ola bilər?

Bu açıqlamadan da göründüyü kimi, kasta sisteminə aid həşərat cinsləri arasındakı kimyəvi xəbərləşmənin təbii seçim yoluyla yaranması imkansızdır. Bu, eyni zamanda göstərir ki, həmin xəbərləşmə şəbəkəsini quran elə həşəratların özünü yaradan qüvvədir.

Qarışqa dəvəti

Qarışqalar çox yüksək səviyyədə fədakarlıq hissinə sahibdirlər və buna görə də haradasa bir qida qaynağı tapan kimi, mütləq digər yoldaşlarını da dəvət edərək, tapdıqlarını paylaşırlar. Bunun üçün qidanı hamıdan əvvəl tapan qarışqa yükünü götürərək, yuvaya dönür. Dönərkən qarnının ucunu qısa fasilələrlə yerə sürtür və kimyəvi izlər buraxır. Amma dəvət bununla bitmir; qarışqa yuvaya çatanda xüsusi işarələr verir və yoldaşlarıyla əlaqə qurur. Daha sonra o, tapdığı qida mənbəyinə dönmək istəyəndə bütün yoldaşları ona qoşulmaq istəyirlər. Amma yalnız ən yaxın “antenna təmasında” olanlar bu “kampaniya”ya qatıla bilir. Həmin qarışqalar duyğu siqnalları və vücudları üzərindəki feromenlər vasitəsilə sürəkli şəkildə bir-birlərilə ünsiyyət saxlayırlar.

Qeyd edək ki, hətta dəvətedici qarışqalar olmayanda belə, digər qarışqalar kimyəvi izlərə düşərək, gedib qida mənbəyini tapa bilirlər. Və yaxud, qidanı kəşf edən qarışqa yuvaya gedib “rəqs” edincə, yoldaşları başqa heç bir kömək olmadan gedib yemək mənbəyinə çata bilirlər.

Qarışqaların digər bir maraqlı cəhəti isə “dəvətnamə” qismində çeşidli kimyəvi maddələr ifraz etmələridir. Onların sadəcə qida qaynağına toplaşmaq üçün nəyə görə bu qədər çox müxtəlif kimyəvi maddələr buraxdıqları bəlli deyil. Fəqət bəzi versiyalar görə, bu maddələrin çeşidliyi izlərin bir-birinə qarışmaması üçündür. Bundan başqa, qarışqalar mesaj göndərərkən də fərqli siqnallar verirlər, onların hər birinin gücü digərlərindən fərqlənir. Koloniya aclıq keçirəndə və ya yuvanı genişləndirməyə ehtiyac duyulanda siqnalların gücü artırılır.

Qarışqa toplumlarının bu dərəcədə sistemli olması insanlar üçün çox ibrətamiz örnəkdir. Özü də elə hər mənada. Sadəcə öz mənfəətlərini düşünən və bunun uğrunda başqalarının haqlarını rahatca tapdalayan insanlardan ibarət cəmiyyətlərə baxanda, qarışqaların son dərəcə fədakar yaşamları daha “əxlaqlı”lır. Başqa yandan, təkmülçülərin nəzəriyyəsilə qarışqaların bu cür davranışlarını izah etmək təbii ki, mümkün deyil. Çünki təkamül təlimi təbiətdəki tək qanunun yaşam mücadiləsi və çarpışma olduğunu iddia edir. Halbuki, qarışqaların (və başqa xeyli heyvan növlərinin) davranışı bunu yalanlayaraq, fədakarlıq gerçəyini göz önünə sərir.
(harun yahya Qarışqa möcüzƏsi)


12 A.g.e., s. 197.
13 A.g.e., s. 204.