“Antenna dili”

Koloniya daxilindəki intizamın saxlanması zamanı qarışqaların “antenna”larıyla bir-birlərinə toxunaraq anlaşmaları onların arasında sözün həqiqi mənasında bir “antenna dili”nin mövcudluğunu göstərir.



Qarışqalar toxunma yoluyla verilən antenna siqnallarından yemək zamanın gəldiyini, dəvəti, yuva yoldaşını tanıdığını və s. bildirmək üçün istifadə edirlər. Məsələn, Afrikada yaşayan bir qarışqa növünün işçiləri qarşılaşarkən antennalarını bir-birinə sürtürlər.Bu “antennalaşma” yalnız salam və yuvaya dəvət mənalarını daşıyır.

Bu dəvət növü bəzi qarışqa növlərində (məsələn, Nyroronera) çox qabarıq nəzərə çarpır. Onlarda iki işçi üz-üzə gələndə dəvət edən qarışqa başını 90 dərəcə yana əyərək, antennasıyla yoldaşının qafasının altına və üstünə toxunur. Dəvəti alan qarışqa da oxşar şəkildə cavab verir.14

Toxunma yoluyla bir-birlərilə ünsiyyət quran qarışqalar.

Qarışqalar antennalarıyla yuva yoldaşlarının vücudlarına toxunduqları zaman məqsəd onlara bilgi vermək deyil, əksinə, o birinin ifraz etdiyi kimyəvi maddələri duyaraq, bilgi almaqdır. Özü də qarışqalar əldə etdikləri informasiyaları yuva yoldaşlarına da ötürürlər.

Toxunma yoluyla ünsiyyətə aid ən gözəl örnək qarışqanın bir toxunuşla qurşağında saxladığı yemi çıxarıb, digər bir qarışqanı bəsləməsidir. Bununla bağlı aparılan maraqı bir təcrübədə araşdırmaçılar Myrmica və Formica cinsindən olan işçi qarışqaların vücudlarının çeşidli hissələrinə insan tüküylə toxunaraq, onların maye qidalarını ağızlarından çıxarmağa çalışıblar və bunu bacarıblar. Ən həssas qarışqa isə yeməyini yenicə bitirmiş və yediklərini paylaşmaq üçün yuva yoldaşlarını arayan qarışqa olmaşdu.Araşdırmaçılar onu da kəşf ediblər ki, bəzi böcək, həşarat və parazitlər də bu taktikadan xəbərdardırlar və həmin yolla qarışqaların yeməyinə şərik çıxaraq, bəslənirlər. Məsələn, bir böcək qarışqanın diqqətini çəkmək üçün sadəcə antennası və ya ön ayağıyla qarışqanın vücuduna xəfifcə toxunur, bunun ardınca qarışqa qarşısındakının tamam başqa bir canlı olmasına baxmayaraq, qarnındakı yeməyi onunla paylaşır.15

Sadəcə qısa bir antenna toxunmasıyla qarşısındakının nə istədiyini anlaya bilmələri qarışqaların öz aralarında müəyyən yollarla “danışdıqlarından” xəbər verir. Qarışqaların işlətdiyi bu “antenna dili”nin bütün qarışqalar tərəfindən necə öyrənildiyi isə düşünüləsi məsələdir. Onlar bununla bağlı xüsusi təlimmi keçiblər? Əgər belə bir təlimin olmasını qəbul ediriksə, onda qarışqalara doğuşdan bu təlimi verən üstün bir Güc Sahibinin varlığını da qəbul etməliyik. Təbii ki, həmin “Üstün Güc Sahibi” qarışqalardan olmadığına görə, onlara bir-birlərilə xəbərləşə bilmələri üçün bir dili təlqin edən də Allahdır.

Qarışqaların bir-birlərilə paylaşmaları isə təkamül nəzəriyyəsilə izah edilə bilməyən bir davranışdır. “Böyük balıq kiçik balığı udar” formulunu Yer üzündəki yaşamın qaydası kimi görən bəzi təkamülçülər qarışqaların göstərdiyi fədakarlıq qarşısında fikirlərini geri götürmək zorunda qalırlar. Qarışqa koloniyasında böyük qarışqa kiçiyi yeyərək inkişaf etmək əvəzinə, öz qidasıyla onu da bəsləyərək, güclənməsinə səy göstərir. Bütün qarışqalar özlərinə verilən yeməklə - yəni “Ruzi” ilə,- razı olaraq, onu koloniyadakı başqa yoldaşlarıyla da paylaşırlar.

Bütün deyilənlərdən çıxan nəticə budur ki, qarışqalar sadəcə, onları yaradana boyun əyərək, Onun verdiyi ilhamla (təlqinlə) yaşayan canlılardır. Dolayısıyla, onları tamamilə şüursuz bir orqanizm saymaq olmaz, çünki Yaradanın iradəsini əks etdirən bir şüura sahibdirlər. Elə Allah da Quranda bu ilginc gerçəkliyə diqqət çəkərək, bizə bütün canlıların əslində bir “ümmət” olduqlarını, yəni İlahi düzənə və vəhyə uyğun yaşadıqlarını xəbər verir:

“Yerdə gəzən elə bir heyvan, göydə iki qanadıyla uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz kitabda [Quranda] heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar [bütün canlılar] Rəbbinin hüzuruna cəm ediləcəklər” («Ənam» surəsi, / 38)

Səslə ünsiyyət

Səslə ünsiyyət də qarışqaların çox işlətdiyi bir vasitədir. Qarışqaların çıxardığı iki cür səs bəlirlənib: biri bədənini hansısa bir maneəyə və ya yerə çırparaq çıxarılan “vuruş səsləri”, digəri isə bədənin bəzi orqanlarını bir-birinə sürtərək çıxalıran “sürtünmə səsləri”dir.16

Vücudu harasa çırpmaqla çıxarılan səs siqnallarından adətən ağac yuvalarda yaşayan koloniyalarda istifadə olunur. Məsələn, “dülgər” qarışqalar “təbil” çalaraq, xəbərləşirlər. Onlar yuvaya qarşı hər cür təhlükədən “təbil” çalmaqla xəbər verirlər. Bu “təhlükə” onların duyduqları təşvişli səs, toxunma və ya qəfil hava axını da ola bilər. “Təbil” çalan qarışqa çənəsi və qarnıyla vücudunu irəli-geri yelləyərək, yerə vurur. Bu yollar yaranan siqnallar incə oduncaqla çox uzaqlara yayıla bilir.17Avropada yaşayan “dülgər” qarışqalar isə çənələri və qarınlarıyla taxta otaqlara və dəhlizlərə vurararq, 20 sm., hətta daha uzaqda olan yoldaşlarına titrəyişlə mesaj yollaya bilirlər. Nəzər alın ki, qarışqa üçün 20 sm. insan üçün 60-70 metrlə ifadə edilə biləcək bir uzaqlıqdır.

Qarışqalar havayla yayılan titrəyişlərə qarşı haradasa kar kimidirlər. Fəqət, bərk cisimlərlə yayılan səsləri çox gözəl duyurlar. Bu səs onlar üçün təsirli həyəcan siqnallarıdır. Onu eşidəndə sürətlərini artırır, titrəyişin gəldiyi yerə tərəf hərəkət edir və ətrafda gördükləri bütün canlılara hücum çəkirlər.

Koloniya üzvlərindən heç birinin bu siqnalları cavabsız buraxmaması qarışqa topluluğunun bacarıqlı təşkilatlanma qabiliyyətinin bir göstəricisidir. Etiraf etmək lazımdır ki, insanların hətta çox kiçik bir qrupunun belə hansısa həyəcan siqnalına praktik olaraq istisnasız, nizamlı şəkildə, qarışıqlıq salmadan reaksiya verməsi oduqca çətindir. Qarışqalar isə özlərinə əmr edilən işi vaxt itirmədən yerinə yetirir, özü də bu zaman koloniya daxilindəki intizamı heç bircə anlığa da pozmurlar.

Sürtünmə səsi çıxarma isə “təbil” çalmağa nisbətən, daha mürəkəb sistemdir. Bu zaman, dediyimiz kimi, qarışqa səs çıxarmaq üçün vücudunun bəzi hissələrini bir-birinə sürtür. Bu proses adətən gövdənin arxa tərəfində yerləşən orqanlarda baş verir. Bəzi qarışqa növlərinin çıxardığı bu səsləri hətta insan qulağı da eşidə bilir.
Müxtəlif növlərdə səslə ünsiyyətin 3 əsas funksiyası aşkarlanıb:

1. Yarpaq kəsən qarışqalarda səslə ünsiyyət bir növ yeraltı həyəcan sistemi kimi işləyir. Əksər hallarda qarışqaların hansısa bölümü yuvanın oyuqlarından birində gömülüb qalanda bundan istifadə edilir. Belə ki, işçilər səs siqnallarına cavab olaraq, xilasetmə əməliyyatına başlayıb, oyuğu qazaraq, yoldaşlarını qurtarırlar.

2. Bəzi növlər kraliçaların cütləşməsi zamanı bu səsi çıxarır. Gənc kraliçalar torpaqda və ya bitkilərin üzərində cütləşmək üçün toplanıb, yetərincə sperma əldə etdikdən sonra “sürtünmə səsi” çıxararaq, erkək qarışqa sürülərini özlərinə yaxınlaşmasının qarşısını alırlar.

3.Bəzi növlərdə isə həmin səs yemək və ya yeni yuva tapmaq üçün koloniya üzvlərini bir yerə toplamaq məqsədilə ifraz edilən feromenin təsirini artırmaqdan ötrü çıxarılır.18

Olur ki, qarışqalar ov tapanda onu mühasirəyə almaq məqsədilə digər qarışqaları çağırmaq üçün də həmin səsdən yararlanırlar. Bunun sayəsində işçilərin bir araya toplanaraq ovu ələ keçirməsi 1-2 dəqiqəyə gerçəkləşir. Bu özəllikləri qarışqa növləri üçün böyük üstünlükdür.

Görən gözlər üçün...

Müxtəlif ünsiyyət metodları olan qarışqaları bir neçə xarici dil bilən insanalara bənzətmək olar. Onlar problemlərini və demək istədiklərini müxtəlif dillərdə izah etməklə daha asan əlaqələr qura, həyatlarını daha rahat keçirə bilirlər.

Qarışqalar da həmçinin yaşamları boyunca heç bir qarışıqlığa əsas vermədən yüzminlərlə, bəzən hətta milyonlarla əhalisi olan koloniyalarına xidmət edirlər. Halbuki, bura qədər izah etdiyimiz ünsiyyət sistemi dünyadakı möcüzələrdən sadəcə biridir. İstər insanları, istərsə də başqa bütün canlıları (təkhüceyrəlilərdən çoxhüceyrəlilərə qədər) incələyəndə bəlli olur ki, onların yaşamında minlərlə çeşidli möcüzə sayıla biləcək özəlliklər var. Ətrafındakı bütün bu möcüzələrin fərqinə vara bilən bir göz və duyan qəlb üçün bütün canlıların tək sahibi və hakimi olan Allahın sonsuz gücünü, elmini təqdir etməkdən ötrü sadəcə, millimetrlik bir qarışqanın mükəmməl ünsiyyət sisteminə baxmaq da yetirlidir. Allah Quranda bu qabiliyyətə sahib olmayan və Onun gücünü təqdir etməyən insanlardan belə bəhs edir:

“Məgər onlar [peyğəmbələri yalançı hesab edən kafirlər] yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri [bəsirət gözləri], eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrdəki ürəklər [qəlb gözü] kor olar” («Həcc» surəsi, / 46).
(harun yahya Qarışqa möcüzƏsi)