Toxucu qarışqalar

Toxucu qarışqalar ağaclarda yarpaqlardan yuva quraraq, yaşayırlar. Onlar yarpaqları bir-birinə calaşdıraraq, xeyli miqdarda qarışqanın yaşaya biləcəyi bir neçə ağacda məskən sala bilirlər.

Yuvaların qurulması prosesi çox maraqlı mərhələlərdən ibarətdir. Öncə işçilər tək-tək axtarışa çıxaraq, koloniyanı genişləndirmək üçün əlverişli yerlər axtarırlar. Uyğun bir ağac tapanda onun budaqlarındakı yarpaqların kənarlarından tutub dartışdıraraq, bir-birlərinə yaxınlaşdırmağa çalışırlar. Gücləri çatmayanda qarışqalar bir-birlərinə yardım edirlər. Bəzən isə hətta birləşdirilməsi gərəkən nöqtələrin arasında canlı körpü rolunu da oynayırlar. Daha sonra zəncirdəki qarışqaların bəziləri yanlarındakıların belinə çıxaraq, zənciri qısaldır, beləliklə də, yarpaqların uclarını birləşdirirlər. Yarpaqlar çadıra bənzər bir şəkil alanda bəzi qarışqalar ayaq və çənələrilə onları saxlamağa davam edir, qalanları isə köhnə yuvaya gedib, oradan özəl yetişdirilmiş baramaları gətirirlər. Həmin baramaları yarpaqların bağlantı yerində irəli-geri hərəkət etdirərək, bir ipək qaynağı kimi işlədirlər. Baramalardakı sürfələrin buraxdığı ipəklə yarpaqlar istənilən yerdən yapışır. Qısası, qarışqalar baramalardan bir növ tikiş maşını kimi istifadə edirlər.27



Dokumacı karıncaların yuva yapımının aşamaları...

Karıncalar ilk aşamada yerleşmeyi planladıkları ağaç üzerinde uygun yaprakları seçip iki taraftan çekerek birleştirirler. Daha sonra en sağda görüldügü gibi ipek üreten larvalarını getirerek, onu adeta bir "dikiş makinası" gibi kullanırlar ve yaprakları birbirlerine dikerler.

Qeyd edək ki, qarışqaların özəl olaraq bu məqsədlə yetişdirdikləri həmin baramalar digərlərin fərqli olaraq, böyük ipək ehtiyatına sahibdirlər, üstəlik, həcmcə kiçik olduqlarına görə, rahatca daşına bilirlər. Onlardakı sürfələr bütün ipəklərini özlərinin yox, kolniyanın ehtiyaclarını təmin etmək üçün xərcləyirlər. Onlar yavaş-yavaş ipək istehsal etmək əvəzinə, genişlənmiş ipək vəzilərindən birdəfəyə xeyli miqdarda ipək buraxır, nəticədə sonradan öz ehtiyaclarını düz-əməlli ödəyə bilmirlər. Ən maraqlısı odur ki, həyatlarının qalan hissəsində həmin sürfələrin bütün ehtiyaclarını işçi qarışqalar qarşılayırlar. Yəni həmin ipək qurdlarının tək vəzifəsi qarışqalar üçün ipək istehsal etməkdir.28


Bütün ehtiyaclara cavab verəcək şəkildə hazırlanmış bir yarpaq yuva.

Qarışqalar arasında bu cür işbirliyinin necə əmələ gəlməsini elm adamları tam izah edə bilmirlər. Məsələnin başqa tərəfi isə odur ki, bu davranışlar təkamül təlimilə heç izah oluna bilməz. Həşəratların və böcəklərin qanadlarında, gözlərində və digər orqanlarındakı bioloji möcəzülər kimi, belə mürəkkəb hərəkətlərin zamanla necə ortaya çıxdığı, formalaşdığı haqda suallar təkamülçü alimləri dalana dirəyir.



Əgər durub desək ki, ipəkqurdları günlərin birində yığışaraq, “gəlin, qarışqaların ehtiyacını ödəmək üçün ipək istehsal edək, iş ritmimizi və ağırlığımızı da onlara uyğunlaşdıraq” şəklində ortaq qərar qəbul ediblər, bu, əlbəttə ki, ağılsızlıq olar. Demək, həmin ipəkqurdları dünyaya nə edəcəklərini bilərək gəliblər. Başqa sözlə, onları var edən Allah görəcəkləri işə uyğun yaradıb.
(harun yahya Qarışqa möcüzƏsi)

27 Harun Yahya, Düşünen İnsanlar İçin, Vural Yayıncılık, 1997, s. 126-127
28 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 626.