Çörəkçi qarışqalar

Öncə də söylədiyimiz kimi, qarışqaların bəziləri çox bacarıqlı əkinçidirlər. Ama məsələ təkcə bununla bitmir, hələ “çörəkçi” qarışqalar da var.

Onların bəslənmə metodları digər qarışqa növlərilə müqayisədə xeyli çətin və mürəkkəbdir. Bu qarışqalar toxumları toplayaraq, özəl olaraq hazırlanmış otaqlarda saxlayırlar. Nişastalı maddələrdən ibarət bu toxumlar ipək qurdlarını və digər işçi qarışqaları doyuracaq şəkərin istehsalı üçün işlədilir. Bir çox qarışqalar eləcə toxum və çəyirdəklərlə qidalandıqları halda, “çörəkçi” qarışqalar toxumları toplayaraq, tamam fərqli şəkildə emal edirlər.



Görülən otaqlarda “əkinçi” qarışqalar tərəfindən quraq mövsümlərdə işlətmək üçün toxumlar saxlanılır. Onlar nişasta əsaslı toxumları xüsusi otaqlara daşıyaraq, işçilərin yeyə biləcəyi hala gətirirlər.

Belə ki, bu qarışqalar inkişaf dövründə toxumları toplayaraq, quraq mövsümlərdə işlətmək üçün ambara yığırlar. Yuvadakı xüsusi otaqlarda toxumlar səhvən gətirilən digər maddələrdən fərqlənirlər. Bu arada qarışqaların bir qrupu da yuvada qalır, toxumları çeynəyərək, “qarışqa çörəyi” yapırlar. Sonra toxumdakı nişastanı yeyə biləcəkləri şəkərə çevirirlər. Bu dönüşmə onların çeynəmə zamanı ifraz etdikləri tüpürcəyin təsiri sayəsində mümkün olur.29

Sözsüz ki, haqqında danışdığımız qarışqaların heç bir kimyəvi təhsili yoxdur. Onlar heç tüpürcəklərinin çeynədikləri toxumlardakı maddələri şəkərə döndərdiyini də bilmirlər. Amma bu qarışqaların bütün həyatları bilmədikləri və bilməyəcəkləri kimyəvi çevrilmələrə bağlıdır. Hətta insanlar belə bu prosesləri təzə-təzə dərk etməyə başladıqları halda, necə olur ki, qarışqalar minillərdir bu metodla qidalanırlar?
(harun yahya Qarışqa möcüzƏsi)

29 The Insects, Peter Farb and the Editors of Time-Life Books, s. 163.