Bal qarışqaları



Bir çox qarışqa növləri bəzi bitkilərin “bal” adlandırılan xüsusi şirəsilə dolanırlar. Bu maddənin əslində, gerçək balla heç bir əlaqəsi yoxdur. Ancaq bitki şirələrilə qidalanan bir yarpaq bitinin həzm artığı böyük miqdarda şəkərli maddələrlə zəngin olduğu üçün, belə adlandırılıb. “Bal qarışqaları” adıyla tanınan növün işçiləri də yarpaq bitlərindən, qabıqlı bitlərdən və çiçəklərdən bal alırlar.

Qarışqaların yarpaq bitlərindən bal alma proseduru son dərəcə maraqlıdır. Qarışqa yarpaq bitinə yaxınlaşaraq, onun qarnını dürtmələməyə başlayır. Yarpaq biti də həzm artığından bir damlasını qarışqaya verir. Qarışqalar yarpaq bitinin qarnını daha çox dürtmələyərək, daha çox bal almağa çalışır və verilən mayeni sorurlar. Bəs sorduqları bu maye nə işə yarayır və ondan necə faydalanırlar?

Bu sahədə bal qarışqalarının çox mükəmməl əmək bölgüsü var: digər işçilər tərəfindən toplanan balı saxlamaq üçün bəzi qarışqalar “canlı küpə” vəzifəsini yerinə yetirirlər.



Hər yuvada bir kraliça, işçilər və ayrıca bal daşıyıxılar var. Bu qarışqaların koloniyaları adətən, işçilərin nektar toplaya bildikləri meşələrdə, ağaclıqların yanında yerləşir. İşçilər nektar yığıb yuvaya döndükdən sonra, burada onu qarınlarından geri qaytararaq, gənc işçilərin ağızlarına boşaldırlar. Bal daşıyıcı qarışqalar vücudlarının aşağı qismini şişirdərək, ondan bir növ bal kisəsi kimi istifadə edirlər. Onların böyükləri bəzən hətta kiçik üzü giləsi boyda olur. Balın sabit qala bilməsi üçün hər otaqda 25-30 belə qarışqa bir yerə yığışaraq, ayaqlarıyla tavana yapışır və yerlərindən tərpənmirlər.30Tavana yapışmış vəziyyətdə bu qarışqalar kiçik bir üzüm salxımı kimi görünürlər. Əgər hansısa biri yıxılarsa, işçilər tərəfindən dərhal əvvəlki yerinə qaytarılır. Onların içlərində saxladıqları bal özlərindən təxminən 8 dəfə ağır olur.

Qışda və ya quraq mövsümlərdə adi işçilər “canlı bal küpləri”ni ziyarət edərək, qida ehtiyaclarını ödəyirlər. İşçi qarışqa ağzını “küp”ün ağzına yapışdırır, o da “bal kisəsi”nin əzələlərini yığaraq, bir damcı bal buraxır. İşçilər də qida dəyəri yüksək olan bu balla dolanırlar.



Bir canlının öz ağırlığından 8 dəfə çox olan yükə dözərək, bal küpəsi rolunu yerinə yetirməyə razılaşması və ayaqlarından asılı qalaraq, heç bir zərər görmədən yaşaya bilməsi heyrətli və maraqlı bir məsələdir. Onlar niyə belə çətin və təhlükəli duruma düşməyə ehtiyac duyublar? Bu bənzərsiz konservləşdirmə üsulunu kim düşünüb tapıb, ona uyğun vücud quruluşunu kim ərsəyə gətirib, inkişaf etdirib? Düşünün ki, bir insan öz orqanizmindəki ən bəsit bir dəyişikliyi də idarə edə bilmirsə, gerçək mənada şüura sahib olmayan qarışqalar özləri həmin işin öhdəsindən necə gələ bilərlər?

Beləcə, bal qarışqaları təkamül nəzəriyyəsinin izah edə bilmədiyi bir qabiliyyət sərgiləyirlər. Onların balı saxlama metodunu və bunun üçün gərəkli olan orqanları təsadüfən inkişaf etdirdiklərini demək, təbii ki, son dərəcə məntiqsiz olardı. Hərçənd, elmi mənbələrdə bu tip məsələlərlə bağlı həqiqi fikirlərə də ras gəlmək olur. Məsələn, Paris Universitetinin Biologiya İnstitutunun direktoru prof. Etinne Rabaud-un açıqlaması belədir:


Qidanı “konservləşdirərək” şişkinləşmiş “bal küpələri” bu şəkildə göründüyü kimi, kiçik bir üzüm giləsini xatırladırlar.

“Bu misal (yəni bal qarışqaları) açıqca göstərir ki, müxtəlif orqanlar canlıların hansısa funksiyanın öhdəsindən gələ bilməsi üçün formalaşmayıb, əksinə, onların öncədən var olması müəyyən hərəkətlərin və işlərin görülməsinə gətirib çıxarıb. Bu, onu göstərir ki, orqanlar canlıların həyat şəraitinə uyğunlaşmaq üçün yaranmayıb, tam tərsinə, sanki həyat şəraitləri bu orqanlra uyğun formalaşdırılıb. Darvin kimi, biz də soruşa bilərik: bu təkamüldə, bu dəyişmədə yaşamaq qabiliyyətini itirənlərin təmizlənməsi, ələnməsi və ya orqanlarının yeni şəraitə uyğunlaşması prosesi getməyibmi? Soruşur və deyirik ki, faktlar belə bir təkamülün, dəyişmənin getmədiyini, əksinə, bütünlükdə hər şeyin bunun tam əksinə olduğunu isbat edir”.31

Professor Rabaud-un bu açıqlamaları hər insanın heç olamasa bircə anlıq vicdanla düşünərək, gələ biləcəyi nəticəni açıqca göstərir: bütün canlılar qüsursuz orqan və mükəmməl davranışlarıyla bilginin və ağlın gerçək qaynağı olan tək bir Yaradıcı tərəfindən xəlq ediliblər. Quranda həmin gerçək bu cür ifadə olunub:

“O, [hər şeyi] yaradan, yoxdan var edən və [hər şeyə] surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!” («Həşr» surəsi, / 24)
(harun yahya Qarışqa möcüzƏsi)

30 National Geographic, Haziran 1984, s. 803.
31 Bilim ve Teknik, Haziran 1978, sayı: 127, s.44.