Odun qarışqaları



Şəkildə odun qarışqasının yuvası görünür. Onların əsasən xırda budaqlardan tikdiyi bu yuvaların hündürlüyü bəzən hətta 2 metrə çatır.

Odun qarışqaları yer alıtındakı yuvalarının üzərində torpaq və kiçik budaqlardan tikdikləri təpəciklərlə məşhurdurlar. Yuva adətən, ağac kötüklərinin ətrafında qurulur. Onun yerin üstündəki hissəsi kiçik və xırda budaqlardan, yarpaq saplaqlarından yapılaraq, bir növ çatı rolunu oynayır. Həmin çatı hətta 2 metr hündürlüyə çata bilir. Çatı eyni zamanda yuvanı yağışdan, isti və soyuqdan qoruyur, orada sabit temperaturun qalmasını təmin edir.32

Odun qarışqaları da digərləri kimi çox çalışqandırlar, müntəzəm olaraq yuvalarında dəyişiklik edirlər. Yuvanın quruluşu və işin təşkili də da çox orijinaldır: qarışqalar alt qatlardan material daşıyaraq, üst qatı qururlar. Onların yuvada etdikləri dəyişikliklərlə bağlı belə bir maraqlı təcrübə aparılıb: qarışqa yuvasının təpəsinə mavi rəng çəkilib, dörd gündən sonra isə bəlli olub ki, ora yenidən qəhvəyidir. Mavi rəngin parçaları isə yuvadan 8-10 sm. kənarda tapılıb. Yaxşı bəs qarışqalar bu işləri sadəcə elə-belə, “iş olsun” deyəmi görürlər? Xeyr... Araşdırmaçılar odun qarışqalarının nədən daim hərəkətdə olmalarını bu cür izah edirlər: daimi dövri hərəkətlər içridəki rütubətli maddələrin havada qurumasına səbəb olur və beləliklə də, yuvada göbələklərin əmələ gəlməsini əngəlləyir. Əks təqdirdə, qarışqalar zərərli göbələklər tərəfindən “işğal edilmiş” bir yuvaya sahib olardılar.

Belə bir durumda iki ehtimaldan danışıla bilər. Birinci ehtimal odur ki, insanların uzun-uzadı elmi araşdırmalardan sonra kəşf etdiyi qanunauyğunluq - göbələklərin rütubətdə əmələ gəlməsi faktı qarışqalara bəllidir və onlar da çox ağıllı şəkildə bunu praktikada tətbiq edirlər. İkinci ehtimal isə budur ki, bu mükəmməl işlər ancaq və ancaq üstün bir ağılın təlqinilə mümkün ola bilər.

Birinci ehtimalın mümkünsüzlüyü göz önündədir. Qarışqalara zərərli göbələklərdən necə qoruna biləcəklərini təlqin edən əlbəttə, sonsuz qüdrət sahibi Allahdır.

Odun qarışqalarının fərqli çoxalma metodları



Odun qarışqaları “kimyəvi savaş” üçün çox yaxşı silahlanıblar. Təhlükəylə qarşı-qarşıya qalan odun qarışqası qarnının alt qismini ayaqlarının arasından önə doğru bükür və düşmənə doğru xüsusi bir turşu - Qarışqa turşusu (Formik asit) püskürür. Və ya döyüş zamanı sivri çənəsilə düşməni sancır və yaranın içinə turşu buraxır. Bu xüsusiyyətlərilə qarışqa bir kimyəvi silahı andırır.Həmin turşuları özünə zərər vermədən vücudunda yetirməsi və ən uyğun şəkildə işlətməyi bacarması, əlbəttə ki, qarışqanın qüsursuz yaradılmasına işarədir.

Odun qarışqalarının erkəkləri və kraliçaları qanadlıdır, fəqət digər kiçik qarışqa növlərində olduğu kimi, cütləşmə zamanı uçmurlar. Cütləşmə yuvanın üzərində, ya da ona yaxın bir yerdə gerçəkləşir. Cütləşmədən sonra kraliça qanadlarını salır və bu 3 hərəkətdən birini edir:

1. Daha öncə yaşadığı yuvaya geri dönür və orada yumurta qoyur;

2. Ətrafındakı işçilərlə birgə yuvadan ayrılaraq, yeni bir yuvanın əsasını qoyur.

3. Əgər yuvadan təkbaşına ayrılırsa, qohum növlərdən birinin, amma daha kiçik qarışqaların - məsələn, qara Formica Fusca qarışqalarının yuvasına girib, onların kraliçasını “taxtdan salır”. Və Fusca işçilərinin baxacağı yumurtaları burada yumurtlayır. Bir müddət yuvada həm qonaq işçilər, həm də ev sahibləri yanaşı yaşayırlar. Ancaq ev sahiblərinin kraliçası olmadığı üçün bir müddət sonra işçiləri də ölür və beləcə, odunçu qarışqalar heç bir şey yapmadan, hazır qurulu odun evə sahib çıxırlar.33

Bu qarışqaların sonuncu taktikasında açıq-aşkar bir şüur görünməkdədir. Və bu şüurun qarışqanın özünə aid olmayacağı da aydındır. Çünki öz yuvasının içindəki bir neçə kvadratmetrlik sahədən başqa heç bir yeri görməyən kraliça qarışqa heç vaxt görmədiyi, quruluşunu, düzənini bilmədiyi bambaşqa bir koloniyanın içinə girib, orada kimi məhv edəcəyini anlayıb, bütün əngəlləri aşaraq, bu işin öhdəsindən gəlir... Bütün bunlar kraliça qarışqanın təlqinlə hərəkət etdiyini açıq-aşkar ortaya qoyur. Bəhs edilən olay Allahın bütün canlılar üzərindəki qüdrət və hakimiyyətini göstərən çox aşkar bir dəlildir.
(harun yahya Qarışqa möcüzƏsi)

33 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 176-177, 450.