Legioner qarışqalar

Meşələrin ən qorxulu heyvanlarından biri də legioner qarışqalardır. Bu qarışqa toplumuna ordu ləqəbinin verilməsinin səbəbi onların yüz minlərcə əsgəri olan gerçək bir ordu intizamıyla hərəkət etmələridir. Bu zaman onlar önlərindəki hər şeyi silib-süpürürlər. Legioner qarışqaların hər biri 6-12 millimetr uzunluqdadır. Fəqət inanılmaz sayları və nizam-intizamları, düzülüşləri kiçik boyun yaratdığı çatışmazlığı artıqlamasıyla kompensasiya edir.



Bir-birlərinin ayaqlarından tutaraq müvəqqəti yuva əmələ gətirən legioner qarışqalar.

Legionerlərin üzərinə birbaşa gün işığının düşməsi onları qısa zamanda öldürə bilər. Bu səbəbdən, adətən ya gecələr, ya da kölgədə səfərə çıxırlar. İşığa həssas olmaları səbəbindən, irəliləyərkən, uzun tunellər inşa edirlər. Qarışqaların böyük qismi bu tunellərdən bayıra çıxmadan hərəkət edir. Bu, onların sürətini azaltmır, çünki güclü çənələri sayəsində tunelləri çox cəld qaza bilirlər. Beləcə, yürüş həm sürətli, həm də gizli şəkildə davam edir. Legionerlər tamam kor olmalarına rəğmən, çox böyük ordu halında od və su istisna olmaqla, bütün əngəlləri aşaraq, irəliləyirlər.34

Legioner qarışqalar ovlarını tapdıqları yerdəcə parçalayır və bu parçaları müvəqqəti yuvalarına daşıyırlar. Bir qarışqa legionunun xeyli qidaya ehtiyacı var. Təxminlərə görə, 80.000-ə qədər yetkin qarışqa və 30.000 sürfədən ibarət olan orta ölçülü koloniyanın günlük ehtiyacı yarım qalon (2.27 litr) heyvani qidadır.35

Legioner qarışqaların daimi yuvaları olmadığı üçün, onlar həmişə hərəkətdədirlər. Koloniyaların hərəkətləri və köçləri çoxalma dövrüylə bağlıdır. Kraliça hər ay iki gün ərzində təxminən 25-35 min yumurta qoyur. Yumurtlamadan bir neçə gün öncə koloniya hərəkətini durdurur və geniş bir sahədə toplanır. Qarışqalar çəngələbənzər ayaqlarıyla bir-birindən tutaraq, şəkildə görüldüyü kimi, müvəqqəti yuva əmələ gətirirlər. Ortadakı boş sahə kraliça və yeni nəsil üçün hazır otaq rolunu oynayır. Burada, təbii olaraq, ən yuxarıdakı qarışqanın ayaqlarına daha çox yük düşür. Amma onlar öz ağırlıqlarından bir neçə yüz dəfə artıq yükə davam gətirə biləcək şəkildə yaradılmış olduqları üçün, çətinlik çəkmədən bütün koloniyanı tuta bilirlər.36

Legioner qarışqalar inkişaf etməkdə olan körpələrin ehtiyacına uyğun şəkildə gərəkəndə durur, gərəkəndə də köç həyatına davam edirlər. 20 günə yaxın sürən dincəlmə dövründə hərəkətsiz kraliça 50.000-100.000 yumurta qoyur. Bu zaman digər yeni qarışqa nəsli artıq pup mərhələsindədir. Özləri və kraliçaları üçün yemək arayan işçilər çox vaxt yuva mərkəz olaq şərtilə çevrə üzrə hücumlara keçir və ov edirlər. Hər hücumda çox şaşırdıcı bir şəkildə yönlərini ortalama 123 dərəcə dəyişdirərək, daha geniş sahəni əhatə edirlər.37



Legioner qarışqalar bədənlərini zəncir kimi birləşdirərək, müvəqqəti yuva əmələ gətirirlər. Daim hərəkətdə olan legioner qarışqa koloniyası topaqda və ya ağacda yuva tikmir. Amma işçilər hər gecə öz vücudlarından bir sığınacaq qururlar. Öncə bir neçə qarışqa torpağın yanında hansısa obyekti seçərək, pəncələrilə ondan yapışır. Digər qarışqalar da gələrək, yoldaşlarının yaratdığı ipdən asılırlar. Bu minvalla 200.000-750.000 fərddən əmələ gələn, 1 metr uzunluğunda zənciri xatırladan ordugah qurulur. Ortada kraliça və yumurtalar var. Səhər tezdən qarışqalar zəncirdən açılır və yenidən yürüşə, savaşa üz tuturlar.

Maraqlısı odur ki, qarışqalar insanların uyğun bir alət olmadan hesablaya bilməyəcəkləri 123 dərəcəni təkbaşına, heç xəta yapmadan ölçməyi bacarırlar. Bu, onların ciddi “riyazi biliyinə” işarə edir. Halbuki, qarışqalar nəinki riyaziyyatı, heç saymağı belə bacarmırlar. Bu ona dəlalət edir ki, onlar gördükləri işi ağılla deyil, ilahi təlqinlə həyata keçirirlər.

İlk sürfələr yumurtadan çıxandan sonra işçilər yemək toplamağa başlayırlar və bu arada ordu bir yerdə durur. Tapılan qida birbaşa sürfələr verilir. Kraliçanın təkrar yumurtlamağa hazır olması öncəki sürfələrin pup dövrünə keçməsilə eyni vaxtı düşür. Bu dönəmdə koloniya yenə də dayanır.

Kraliçanın yumurtlamasıyla sürfələrin pup dövrünə girmələrinin eyni vaxta düşməsi ordunun durduğu müddəti azaltmaq baxımından əla ölçülüb-biçilmiş bir planı xatırladır. Sürfələrin inkişafı yaşlı qarışqaları yeni bir köç başlatmağa təşviq edir. Bu da belə olur: sürfələr işçilər tərəfindən yalanıb təmizlənəndə xüsusi maye sızdırırlar. Aparılan araşdırmalar həmin maddənin köç qərarının verilməsinə təsir göstərdiyini ortaya qoyub.38

Hələ düz-əməlli bir qarışqaya belə dönməmiş bu sürfələrin belə maye ifraz etməyi qəsdən düşünərək, bütün koloniyanı öz ehtiyaclarına uyğun şəkildə yönləndirdiklərini iddia etmək, təbii ki, son dərəcə məntiqsiz olacaq. Məntiq isə ondadır ki, üstün bir yaradıcı olan Rəbbimizin varlığı və hər şeyi əhatəyə alan biliyi, hakimiyyəti qarışqaları da istiqamətləndirir.
(harun yahya Qarışqa möcüzƏsi)

34 The Insects, Peter Farb and the Editors of Time-Life Books, s. 164.
35 Hayvanlar Ansiklopedisi, Maurice-Robert Burton, C.P.B.C Publishing Ltd., s. 14.
36 National Geographic, Haziran 1984, s. 797.
37 A.g.e. 801.
38 Hayvanlar Ansiklopedisi, Maurice-Robert Burton, C.P.B.C Publishing Ltd., s. 15.