Atəş qarışqaları

Atəş qarışqaları kiçik, qırmızı həşəratlardır. Amma kiçikliklərinə rəğmən, çox böyük işlər bacara bilirlər. Sadəcə Amerikada 20 növü yaşayan bu qarışqaların kraliçaları gündə 5000 yumurta qoya bilir. Əksər qarışqa növlərində kaloniyaların bir neçə yüz işçisi olduğu halda, bu qarışqaların kaloniyalarında təkcə işçilərin sayı yarım milyona qədərdir. Atəş qarışqalarının təkcə bir cütləşmiş kraliçası 240.000 işçilik kaloniya yarada bilir.41

Çox aqressiv olan atəş qarışqalarının işçiləri ovlarına zəhərli iynələrlə hücum çəkirlər. Gənc atəş qarışqalarının hətta sürünənləri və keyik balalarını belə öldürdükləri və ya şikəst etdikləri faktları bəllidir. Bundan başqa, həmin qarışqalar bəzən elektrik kabellərini parçalayaraq, cərəyanın kəsilməsinə də səəb olurlar. Bir ara onlar bütün Güney Amerikaya yayılaraq, insanlara böyük zərər vurmuş, çoxlarını dəhşətə gətirmişdilər. O ilin bütün qəzet və jurnalları elektrik kabellərini kəsərək cərəyanın dayanmasına səbəb olan, əkinlərə milyardlarca dollar ziyan vuran, asfaltları çökdürən, insanları sancaraq allergiya şoklarına səbəb olan bu qarışqaların adamları aciz vəziyyətə saldıqlarından yazırdı. Güclü çənələri sayəsində açdıqları tunellərlə asfalt yolların çökməsinə səbəb olan atəş qarışqaları ətrafda hamını zinhara gətirirdilər.

Mikroblardan Qorunma

Amerikalı ekspertlər atəş qarışqalarının bu “təxribat”larının qarşısını almaq üçün çox vasitələr əl atmışdılar. Bu məqsədlə hətta qarışqaların yedikləri milçəklərə xüsusi mikroblar yeridərək, koloniya daxilində keçici xəstəliklərin yayılmasına və beləcə, qarışqaları məhv etməyə çalışmışdılar. Amma onların heyrətinə rəğmən, mikrobların qarışqalara heç bir zərər vermədikləri aşkar oldu. Aparılan incələmələr isə göstərdi ki, qarışqalar canlılar aləmindəki çox maraqlı müdafiə sistemlərindən birinə sahibdirlər. Onların boğazlarında mikroblardan qoruyan bir filtr var. Bu filtr qarışqaların yediyi maddələrdəki mikrobları orqanizmə keçməyə qoymayaraq, tutub boğazda saxlayır. Atəş qarışqalarının üstün bir ağılın əsəri olan qorunma sistemləri bununla da bitmir.

Onlar yuvanın ətrafına və sürfələrinin üstünə zəhər kisələrində hasil etdikləri xüsusi bir antibiotik maye püskürdürlər. Bunun sayəsində də həm yuvaları, həm də sürfələri tamamilə dezinfeksiya olunur.42

Təbii ki, qarışqaların özləri son dərəcə mükəmməl bir müdafiə sistemilə qorunduqlarının heç fərqində də deyillər. Vicdanı olan adam belə bir sistemin təsadüfən yarandığını iddia edərmi? Qarışqaların belə bir sistemi özbaşına qurduqları da söylənə bilməz. Elə isə, bu filtri qarışqaların boğazına yerləşdirən və onlara antibiotik maye hasil etməyi başa salan kimdir? Şübhəsiz ki, insanların, qarışqaların və kor təsadüflərin yarada bilməyəcəyi bu özəlliklərin müəllifi sonsuz elm sahibi olan Alahdır.

Çalışqan qarışqalar

Qorunma ustası olan atəş qarışqaları eyni zamanda çox bacarıqlı və çalışqandırlar. Onlar 30 sm. hündürlüyü, 60 sm. eni olan təpəciklər inşa edib, yerin altında 1,5 m. dərinliyə enə bilən labirint tunellər qura bilirlər. Bəzi yerlərdə atəş qarışqaları 350-dən çox təpəcik qura biliblər. Bu qədər kiçik canlıların belə böyük yuvalar qura bilməsi, əlbəttə, çalışqanlıqları sayəsindədir. Yaxşı, qarışqaları dünyanın ən çalışqan canlılarından biri edən güc nədir? Onların gün boyunca heç durmadan, dincəlmədən çalışmaları və son dərəcə geniş sahəyə yayılmış yuvalar qurmaları gerçəkdən də, şaşırdıcıdır. Onların hətta bir dənəsi belə “mən bu gün çox çalışdım, bir az dincəlim” və ya “bu gün işləməyə heç həvəsim yoxdur, sabah işləyərəm” deməz. Bu, həqiqətən düşünülməsi gərəkən bir məsələdir. Yaddan çıxarmayaq ki, insanlar hətta bir işi başa çatdırmaları zəruri olan hallarda belə yorular və ya usanarlarsa, iradələrini toplayıb, çalışmalarına davam edi bilmirlər. Qarışqalarsa son dərəcə böyük səy və iradə ortaya qoyaraq, başladıqları işi mütləq sona çatdırırlar. Onlara bu güclü iradəni və əzmi verən şübhəsiz ki, bütün varlıqların tək sahibi olan Allahdır.

Müdafiəni yaran taktika

Atəş qarışqalarının ən qorxunc düşmənləri Solenorsis davgeri adlanan bir qarışqa cinsidir. Bu qarışqalar insanların belə çətinliklə dərk və izah edə bildiyi çoxtərəfli müdafiə sistemini yara bilirlər. Onların atəş qarışqalarının yuvasına necə girdikləri tam bilinmir. Amma bir dəfə yuvaya girən kimi dərhal kraliçaya hücum edərək, onun antennasından, ayağından və ya boğazından yapışırlar. İşçi qarışqaların bu hücumun qarşısını almaq üçün niyə heç bir addım atmadıqlarını izah etmək çətindir. Amma zooloqların dediyinə görə, parazit qarışqa kraliçanın boğazını dişləyərək, onan feromenlərini təqlid edir. Bundan sonra işçilər fərqinə varmadan həmin paraziti bəsləməyə başlayırlar. Çünki feromenlərini təqlid etdiyinə görə, onu öz kraliçaları bilirlər. İşçilərin bəslədiklərini zənn etdikləri kraliça isə artıq ölmüş olur.43
(harun yahya Qarışqa möcüzƏsi)

41 New Scientist, Kasım 4, 1995, s. 29.
42 Bert Hölldobler-Edward O.Wilson, Journey to The Ants, Harvard University Press, Cambridge, 1994, s. 6.
43 Science, Vol.263, 18 Mar 1994.