Səhra qarışqaları

150 Faranheyt istilikdə qovurucu qumda yaşamaq başda insanlar olmaqla, əksər canlılar üçün mümkünsüzdür. Amma bu istilikdə yaşaya bilən qarışqalar var. Yaxşı, bəs orta boylu, uzun ayaqlı qara səhra qarışqası olan Namib Ocymyrmex bu şiddətli istilərdə necə yaşayır?

Namib qarışqaları üçün səhradakı bir gün konkret hansısa saatda başlamır. Günü başladan qum səthinin standart hərarətə - 30 dərəcəyə çatmasıdır. Bu zaman qarışqalar yeraltı yuvalarından çıxaraq, qida aramağa başlayırlar. Vücudları çox soyuq olduğu üçün müntəzəm hərəkət etmir və səndələyərək yeriyirlər. Fəqət istilik artdıqca daha çox qarışqa ortaya çıxır və düzgün, sürətli hərəkət etməyə başlayırlar.

Yuvanın daxili və xarici tərəflərinin ən intensiv temperaturu 52,2 dərəcədir. Hərarət bu nöqtəni aşanda hərəkət davam edir, fəqət istilik 67,8 dərəcəyə çatanda qarışqalar dururlar. Bu istilik günortadan təxminən bir saat öncə bərqərar olur. Günortadan sonra temperatur düşməyə başlayanda qida axtarışları yenidən başlayır və torpağın hərarəti 30 dərəcəyə enənə qədər davam edir.

Bu qarışqalar təxminən 6 gün boyunca yuvadan uzaq bir şəkildə heç bir heyvana yem olmadan qida araya bilirlər. Bu müddət ərzində evə öz ağırlıqlarından 15-20 dəfə çox yemək daşıyırlar.

Səhranın istiliyi onların dözə bilməyəcəyi həddə çatanda yuvaya dönmək imkanı tapa bilməyən qarışqalar hərarətdən qorunmaq üçün qəribə bir metoddan istifadə edirlər. Belə ki, qumdan yuxarı qalxdıqca havanın istiliyi azalır. Məsələn, qumun istiliyi 67,8 dərəcəykən, bir az yuxarıda havanın temperaturu 55 dərəcəyə düşür. Buna görə də, qumun səthindəki temperatur 52,2 dərəcəni keçəndə qarışqalar bitki gövdəsi kimi şeylərə dırmaşaraq, sərinləmək üçün bir müddət orada qalırlar. Onların kiçik vücudunun hərarəti çox tezliklə ətrafdakı temperaturla bərabərləşir. Ağac gövdələrində isə temperatur 30 - 38,3 dərəcə arasında dəyişir. Bu sərinləmə araları qarışqaların qovurucu istidə fasilələrlə də olsa, qida axtarmasını təmin edir.

Əgər yüksək temperaturda qarışqalar nisbətən sərin bir yer tapmasalar, istidən ölərlər. Əslində qumun 52,2 dərəcədən yüksək istiliyində hər dəfə yuvadan çıxarkən səhra qarışqaları ölüm risqiylə üzləşirlər. Yaxşı, bəs ilk səhra qarışqaları bu sonluqdan necə qurtulublar? Açıq-aşkar göz qabağındadır ki, onlar hərarəti termometrlə ölçmədən də, ta əvvəldən hansı istilikdə nə etmək lazım gəldiyini bilərək var olublar. Bəli, səhra qarışqası səhrada yaşaya biləcək şəkildə yaradılıb və bunun üçün gərəkli özəlliklərlə təmin olunub. Yarpaq kəsən qarışqanı güclü kəsici bir çənəylə yaradan Allah səhra qarışqasına da istidə özünü necə qorumağı təlqin edib.
(harun yahya Qarışqa möcüzƏsi)