ORTAQ YAŞAM

Canlılardakı yaradılış dəlillərini incələyərkən bir təməl məntiqdən çıxış edilməsi gərəkir. İndi bu məntiqi bəsit bir örnəklə açıqlayacağıq.

Kimsəsiz bir ərazidə gəzərkən birdən yerdə bir metal açar tapdığınızı düşünün. Hesab edək ki, bu açarın nə işə yaradığını bilmədən, onu götürərək, yolunuza davam etmisiniz. Tutaq ki, açarı tapdığınız yerdən yüz metr aralıda tərk edilmiş, boş, bomboz bir ev rastınıza çıxdı. “Bəlkə açar işə yarayar”,- deyə düşünərək, onu qapının kilidinə salırsınız. Əgər açar lap rahatca qapını açarsa, bu halda məntiqlə hansı nəticəyə gəlirsiniz?

Cavab aydındır: heç tərəddüd etmədən bu açarların məhz həmin evin qapısındakı kilidin açarı olduğunu düşünərsiniz. Başqa sözlə, fikirləşərsiniz ki, bu, məhz həmin evin qapısındakı kilidi açmaq üçün ağılla düzəldilmiş bir vasitədir. Aydın məsələdir ki, açarı da, kilidi də eyni usta eyni dəzgahda düzəldib. Onların arasındakı uyğunluq şüurlu şəkildə təmin olunub.

Amma biri durub sizə desə ki, “xeyr, yanılırsınız, tapdığınız o açarın kilidlə heç bir əlaqəsi yoxdur, açarın kilidə düşməsi tamamilə təsadüfidir”, onda nə düşünərsiniz? Təbii ki, bu ehtimal qətiyyən ağlınıza batmayacaq. Çünki dünyada heç biri digərini açmayan milyonlarca kilid və milyonlarca açar var. Bu milyonlarca fərqli açar və kilidlərin içərisində bir-birinə tamamən uyğun olan ikisinin bir-birlərinə çox yaxın şəkildə yerləşmələrinin təsadüf nəticəsində baş verdiyini demək anlamsızdır. Üstəlik, əgər haqqında danışdığımız açar son dərəcə girintili-çıxınıtılı, mürəkkəb quruluşlu olarsa, onda “təsadüf” iddiasının səfehliyi lap açıq görünər. Çünki açarın üzərindəki hər detal o deməkdir ki, bunun qarşılığında kiliddə də anoloji detallar var; bunların təsadüf nəticəsində üst-üstə düşməsi ehtimalı milyonlarla dəfə azalır.

Və əgər qapıda bir deyil, üç kilid varsa, siz də üç açar tapmısınızsa, bu açarların da hər biri kilidlərdən birini açmışsa... Onda bu açarların təsadüfən kilidləri açan bir metal parçası olduğu ehtimalını yaxına buraxarsınızmı? Yaxud, bunu iddia edən bir adamın ya ağlının başında olmadığını, ya da sizi aldatmağa, sizdən nələrisə gizlətməyə çalışdığını düşünməzsinizmi?

Bu örnəkdən çıxan məntiqi nəticə bəsit, amma son dərəcə önəmlidir: əgər iki müstəqil əşyanın arasında yüzdə-yüz uyğunluq varsa, yəni onların bütün detalları bir-birlərinə tamamilə düz gəlirsə, demək, kimə bilərəkdən onları bir-birlərinə uyğunlaşdırıb. Açar kilidə ona görə düz gəlir ki, ağıllı bir usta onları bir-birlərinə uyğun şəkildə hazırlayıb. Videokaset rahat şəkildə videomaqnitofonun içinə girib, yerini tutur, çünki bir ağıllı mühəndis tərəfindən layihələndirilib.

Bütün bunlara dayanaraq, belə bir ümumi nəticəyə gələ bilərik: əgər iki canlının arasında fərqli orqanların bir-birinə tam uyğunlaşması faktı varsa, demək, bu uyğunluq bir ağıl sahibi tərəfindən yaradılıb. Həmin uyğunluqlar təsadüflə izah olunmayacaq bir bilgidən xəbər verdiyinə, həmin bilginin sahibi isə heyvanlar ola bilmədiyinə görə, bu heyvanları layihələndirən bir Yaradıcının varlığını qəbul etməliyik.

İndi bu təməl məntiqi tətbiq edərək, yenidən qarışqalar dünyasına girə bilərik. Bu bölümdə qarışqalarla ortaq yaşayan və onlarla heyrətamiz dərəcədə uyğunluq göstərən bəzi canlılardan danışacağıq.

Qarışqalarla ortaq yaşayan heyvanlar

Qarışqalarla bərabər yaşayan çoxlu həşarat növünün mövcudluğu və onların arasında simbioz əlaqəsinin olması faktı bir əsrdən çoxdur ki, elmə məlumdur. Onlardan çoxu bu işi bir parazit kimi görür. Digər bölümü isə, həyatlarının müəyyən hissəsini və ya hamısını qarışqa topluluğuna bağlı halda yaşayırlar. Onların arasında müxtəlif həşərat və böcəklər - gənələr, milçəklər, eşşəkarıları və s. var. Bunların bir qismi qarışqaların yuvasında yaşayaraq, bütün “sosial haqqlar”dan faydalana bilirlər. Bəzi hallarda ev sahiblərinin yumurtalarını və sürfələrini yemələrinə rəğmən, qarışqalar müsafirlərinə qarşı inanılmaz dərəcədə dözümlü davranır, onları yuvalarına qəbul etməklə kifayətlənməyib, sürfələrini də sanki öz nəsilləriymiş kimi bəsləyib-yetişdirirlər.

Yaxşı, bəs qarışqalar niyə belə edir və necə olur ki, həmin böcəklər güclü müdafiə sistemi olan qarışqaların yuvasında illərlə qala bilirlər? İndi bu anlaşılmaz olayı incələyək.

Bilindiyi kimi, qarışqa koloniyasında çox mürəkkəb bir ünsiyyət sistemi vardır. Bu sistemin sayəsində qarışqalar öz koloniyalarının üzvlərini yadlardan ayıra bilirlər. Bu mexanizm bir “sosial müdafiə sistemi” kimi işləyir. Amma yuxarıda bəhs etdiyimiz “çağırılmamış qonaqlar” çeşidli üsullarla qarışqa yuvasına yol tapa bilirlər. Bu da onu göstərir ki, qarışqaların ayırd edə bilmə sisteminin şifrələrini necəsə çözməyi bacarıblar. Başqa sözlə, mexaniki və kimyəvi metodlarla qarışqaların “dil”lərində danışmağı öyrəniblər...

Təqlidçilik

Bir qarışqanın başqa qarışqayla qarşılaşdığı zaman yapdığı tipik hərəkət var: antenasıyla qarşısındakı qarışqaya yavaşca toxunmaq və onun feromenini kontrol etmək. Sonra hər iki qarışqa yollarına davam edirlər. Qarışqalar bu hərəkəti bir-birini tanımaq və yad canlılardan qorunmaq üçün edirlər.

İşçi qarışqalar yuvalarında yaşayan böcəklərlə qarşılaşanda da eyni hərəkəti təkrarlayırlar. Olur ki, bəzən qarşısındakının fərqli biri olduğunu anlayır və dərhal yuvadan çölə atırlar. Amma bəzən də qarşılarındakı böcəyi qarışqadan ayıra bilmirlər. Bu, ona görə belə olur ki, həmin böcək qarışqaları “kimyəvi təqlid”ə əl atıb.
Böcəklərin bu təqlidçiliyi tamamilə kimyəvi yolla gerçəkləşdirdikləri təsdiqlənib. Qarışqalar fiziki baxımdan özlərinə çox bənzəyən böcəkləri kimyəvi baxımdan yad hesab kimi dərhal yuvadan bayıra atıblar. Qarışqalara heç bir bənzəri olmayan bir qrup digər böcək isə yuvanın üzvü kimi qəbul edilib.44

Bu böcək növlərinin qarışqaların kimyəvi özəlliyini necə öyrəndiyini və təqlid etdiyini izahlamaq son dərəcə çətindir. Belə bir şeyi ancaq eyni feromenlərin bilərəkdən böcəklərdə də ifraz olunmasıyla izah etmək mümkündür. Halbuki, bir böcək milyonlarla il yaşasa da, ən adi kimyəvi reaksiyanı nə başa düşə, nə də tətbiq edə bilər. Bu özəlliyi ona verən hər şeyin yaradıcısı olan Allahdır.

Hidrokarbon buraxan böcək və atəş qarışqaları

Scarabaeid adlı böcək növü ilə atəş qarışqalarının daşıdıqları hidrokarbonatların eyni olması səbəbindən, onlar bir yerdə yaşaya bilirlər. Böcəklərin qarışqaların düşməni olduğunu nəzərə alsaq, bu iki canlının arasında normal münasibətin olması çox qəribədir. Yaxşı, bəs onların arasındakı anlaşma necə izah oluna bilər?

Məsələ ondadır ki, bu böcəklər həm atəş qarışqalarıyla eyni hidrokarbonatlara sahibdirlər, həm də vücudlarında ancaq özlərinə xas olan, ağır molekul çəkili başqa hidrokarbonatlar var. Və böcəklər atəş qarışqalarının yuvasından ayrılanda, qarışqalarla ortaq hidrokarbonatları yoxa çıxsa da, özlərinə məxsu olanlar qalır. Sonradan başqa bir atəş qarışqası növünün koloniyasına gedəndə, bu dəfə də onun qoxusuna keçirlər.45

Böcək atəş qarışqalarının yuvasına birinci dəfə gələndə gövdəsinin qalın qabığına güvənir və özünü ölülüyə vuraraq, bu yolla qorunmağa çalışır. Bir neçə günə qarışqaların hidrokarbonat tərkibini təqlid edərək, yuvanın “üzvünə” çevrilirlər.46

Yaxşı, bəs həmin böcəklər bu qoxunu öz vücudlarında necə təqlid edirlər? Və haradan bilirlər ki, bunu etməklə qarışqaları aldadıb, yuvalarına girəcəklər? Bir böcək təkbaşına bunları haradan öyrənə bilər? Əlbəttə ki, heç haradan. Qarışqaların fiziki-kimyəvi özəlliyini öyrənib tətbiq etmək böcəklərin özbaşına bacara biləcəyi bir iş deyil. Bu böcəklərin qarışqalarla uzun müddət yaşayaraq təkamül keçdiklərini və sonda kimyəvi yollarla onların qoxusunu əldə etdiklərini söyləmək isə çox səfeh iddia olardı. Çünki heç bir mutasiya və təsadüf bu qədər həssas və mürəkkəb özəllik əmələ gətirə bilməz. Buradan çıxan tək sonuc odur ki, bu böcəyə tanıma və təqlid etmə qabiliyyətini verən bir Yaradıcı var. Qarışqalarla böcəklərin dinc şəkildə bir arada yaşamasını təmin edən, bir-birlərilə düşməncə davranmalarını əngəlləyən qüvvə elə onların hər ikisini yaradan qüvvədir. Bu isə, təbii ki, hər şeyi qüsursuz xəlq edən Allahdır.

Ordu qarışqalarının ziyarətçiləri

Ordu qarışqaların vücudlarında gənələr yaşayır. Bu gənələr üzərində yaşadıqları qarışqanın bədəninin arxa tərəfindən aldıqları qanla və ya yağlı maddələrlə qidalanırlar. Bəzən bu gənələr qarışqanın arxa ayağının ucunda yerləşirlər. Daha maraqlısı isə odur ki, lazım olanda öz bədənlərinin qarışqanın ayağının uc qismi kimi işlədilməsinə izn verirlər.

Öncə dediyimiz kimi, ordu qarışqaları bir-birlərinin ayaqlarından tutaraq, zəncir əmələ gətirirlər ki, bu da müvəqqəti yuva rolunu oynayır. Araşdırmalar göstərib ki, bu zaman qarışqanın ayağındakı gənənin arxa ayaqları eynən qarışqanın pəncəsinin şəkilini alaraq, eyni vəzifəni yerinə yetirir. Bu gənələr bəzi xüsusi mexanizmlərilə, məsələn, kürəklərindəki dişlərlə və ya uyğun kürək quruluşlarıyla qarışqanın vücuduna adaptasiya oluna biləcək şəkildə yaradılıblar.47

Təbiətədəki minlərlə növün arasında bir-birlərini tamamlayan iki varlığın bu şəkildə əlaqəyə girməsini təsadüflərlə izah etmək imkansızdır. Həyatlarının davam etməsi böyük ölçüdə bir-birinə bağlı olan bu iki canlı növünün günlərin birində qarşılaşaraq vücudlarının ortaq yaşama uyğun olduqlarını görmələri və daha sonra da simbioz həyata qərar vermələri təsadüfünün ehtimalı riyazi olaraq sıfıra bərabərdir. Bu da dolayısıyla, Allahın hər şeyi mükəmməl yaratmasına aid dəlillərdən sadəcə, biridir. Fəqət bu kiçik detallar o qədər qiymətlidirlər ki, onaları əsla nəzərdən qaçırmaq olmaz. Hər gün yer üzündə şahid ola biləcəyimiz milyonlarla bu cür örnəklər insanın Allahın hüdudsuz güc və bilgisini, incə sənətini görüb, duya bilməsi üçün yaradılıb.
(harun yahya Qarışqa möcüzƏsi)

44 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 512.
45 A.g.e., s. 204.
46 A.g.e.
47 A.g.e., s. 486-487.