“Qonaq” milçək sürfəsi

Qarışqaların vücudları parazit canlılar üçün çox əlverişli bir məkandır. Buna görə də bir çox parazit növü özünə “ev” olaraq qarışqaların bədənini seçir. Strongygaster globula adlı milçək növü bu baxımdan daha maraqlıdır.

Bu milçəyin sürfəsi qarışqa koloniyasını quran kraliçanın vücudunun arxa hissəsində “endoparazit” (daxili parazit) kimi yaşayır. Bu zaman yumurtlamaqdan qalması istisna olmaqla, kraliçanın davranışında elə bir ciddi fərqlər meydana çıxmır. Parazitin sürfəsi qarışqanın vücudunu tərk edəndən sonra pup mərhələsinə keçir və qarışqalar tərəfindən öz pupları kimi bəslənilir. Ancaq uçma vaxtı gələndə bu “dostluq” sona çatır və milçək yuvanı tərk etmək zorunda qalır. Kraliça qarışqa isə parazitlər yuvanı tərk edəndən sonra ölür.48



Şəkildə ordu qarışqalarının üzərində yaşayan altı müxtəlif simbioz növü görünür. Onlar qarışqaların bədəninə fərqli adaptasiyalarla yerləşiblər.

(1) İlk sıradakı parazit üzərində yaşadığı qarışqanın bədənindəki mayelərlə bəslənir.
(2) İkincisi isə ev sahibinin ayağının ucunda yaşayır.
(3) Bunlar isə qarışqaları aldadaraq, onların sürfələrilə qidalanırlar.
(4) Bu növ vaxtının çoxunu qarışqaların üzərində keçirir.
(5) Bu isə özünə ev kimi qarışqanın çənəsinin üst tərəfini seçib.

(6) Amma sonuncusu daha qəribə yerdə - qarışqanın “antenna”sının düz dibində yerləşib.



Milçək sürfələrinin qarışqaların vücudunda yerləşməsi və orada yaşaya bilməsi gerçəkdən də çox qeyri-adi bir hadisədir. Dünyaya yenicə gəlmiş bir canlının özünə yuva olaraq bilərəkdən kraliça qarışqanın bədənini seçməsi sadəcə, mümkün deyil. Ana milçəyin yumurtalarını qoymaq üçün belə bir məkan seçməsi üçün isə qarışqanın vücuduna və yaşam tərzinə çox yaxşı bələd olması gərəkdir. Çünki milçəyin yaşadığı mühitdə bir-birindən fərqli yüzlərlə canlı var ki, onların hər birinin vücuduna yumurta qoya bilərdi. Amma balalarının qayğısına qalan milçək onların arasında ən uğurlu yeri - kraliçanın vücudunun arxa tərfini seçir. Təbii ki, milçəyin orada yumurtalarının təhlükəsiz yerdə olacağını və hətta qarışqalar tərəfindən qayğıyla bəslənəcəyini təxmin etməsi imkansızdır. Çünki milçəklə qarışqa tamamilə ayrı-ayrı varlıqlardırlar və milçəyin qarışqa haqqında heç bir bilgisi ola bilməz.

Demək, milçəyin verdiyi sərrast qərar bu kiçik heyvanın özünün deyil, ona edilən təlqinin nəticəsidir. Başqa cür desək, sürfəni ən uyğun tərzdə yerləşdirən həm milçək, həm də qarışqa üzərində tam bir elm və hakimiyyət sahibi olan güc - Allahdır. Çünki Allah bütün canlıların Yaradıcısı, Sahibi və Hakimidir.
(harun yahya Qarışqa möcüzƏsi)

48 A.g.e., s. 489.