Mavi kəpənəklərin sirri

“Mavi kəpənək” adlandırılan və İngiltərədə yaşayan bir kəpənək növü XX əsrin ikinci yarısından başlayaraq sürətlə azaldı və haradasa 1979-cu ildə kökü tamam kəsildi. Bu kəpənəklərlə bağlı araşdırma aparan alimlər onların bitkilərin üzərində çoxlu yumurta qoymalarına rəğmən, köklərinin niyə kəsilməsini uzun müddət izah edə bilmədilər. Bunun sirri isə kəpənəyin son dərəcə qəribə həyat tərzilə bağlıydı.



Bu şəkildə böyük mavi kəpənək qarışqa yuvasını yenicə tərk edib. O biri şəkildəki mavi kəpənək tırtılı isə hələ qarışqalarla qarşılaşmayıb.



Digər rəsm qarışqaların tırtıla aldanaraq, onu öz yuvalarına necə aparmasını göstərir. Mavi kəpənək tırtılı isə qarışqa sürfələrinin arasında bax, belə yaşayır.



Mavi kəpənəklərin tırtılları yumurtadan çıxandan 3 həftə sonra yerə düşərək qırmızı qarışqalar üçün çox çəkici olan bir maye ifraz etməyə başlayırlar. Bu zaman tırtıl qafasının arxasındakı dəri bükümünü şişirdir və hətta qarışqanı da aldadacaq şəkildə “qarışqa” cildinə girir. Bu fövqəladə taktikaya aldanan qarışqalar tırtılı öz yuvalarına apararaq, sürfələrinin olduğu ən yaxşı yerdə yerləşdirirlər. Mavi kəpənəyin tırtılı bütün qışı burada qarışqa sürfələrilə birgə keçirir. Baharda yetkin kəpənəyə dönəndə isə qarışqa yuvasını tamamilə tərk edir.

Bu ortaq yaşamın kəşf edilməsilə kəpənəklərin nəslinin kəsilməsi üzərindən sirr pərdəsi qalxmağa başladı. Belə ki, bölgədəki ekoloji dəyişikliklərin səbəbindən qırmızı qarışqalar oranı tərk ediblər. Yumurtadan çıxan tırtıllar isə yerə düşəndən sonra onlara aldanmayan digər qarışqalar tərəfindən öldürülüblər.49

İndi cavablanması gərəkən suallar bunlardır: insanı şaşırdan bu yaşam ortaqlığı “təsadüfən” ortaya çıxa bilərmi? Kəpənəyin hələ yetkin olmayan bir tırtılı qarışqanı necə aldada biləcəyini haradan öyrənib? Quyruq qismini şişirdərək, qarışqaya bənzəməsini təmin edən orqanlar haradan və necə meydana çıxıb?

Təkamül nəzəriyyəsi bilgili bir Yaradıcının varlığını qəbul etmədiyinə görə, bu orqanların təsadüfən meydana gəldiyini önə çəkəcək. Halbuki, təsadüf heç vaxt bu qədər qüsursuz uyğunluq yarada bilməz. Bu cür bənzərliyin zaman içində yavaş-yavaş əldə edilməsi də imkansızdır - çünki onu tam qazanmamış bir tırtıl qarışqalar tərəfindən ovlanacaq, buna görə də nəslini davam etdirə bilməyəcək. Əgər təsadüf ümumiyyətlə, nəsə etməyə qadir idisə, onda nəyə görə kəpənəklərin kökünün kəsilməsinə mane ola bilmədi?

Tırtılın öz bədənini bilərəkdən şəkilləndirməsi də mümkün olmadığına görə, tək cavab bu heyvanın yaradıcı bir iradə tərəfindən qarışqaya bənzər hala salınmasından ibarətdir.
(harun yahya Qarışqa möcüzƏsi)

49 Ecology, Michael Scott, Oxford University Press, New York, 1995, s. 33.