Qarışqanın ağzından bəslənənlər

Dinarda adlı bir həşərat koloniyanın yuvasının ətrafında dolaşır və ev sahibi olan qarışqanın gətirdiyi ovlarla bəslənir. Dolayısıyla, dinarda yeni gələn işçi və ovçuların qidaları paylaşdıqları yer olan yuva otaqlarının ətrafında gəzişir. Taktikası qarışqanın görərkən bir damla qida almaq üçün onun dodaqlarının kənarına toxunmaqdan ibarətdir. Bu zaman əslində özünü böyük bir təhlükəyə də atır. Çünki qarışqa onun yad olduğunu bilərsə, dərhal hücuma keçəcək. Amma dinarda belə bir duruma qarşı öncədən tədbir görüb - qarışqanın hücuma hazırlaşdığını görən kimi dərhal qarnını yuxarı qaldırır və onun üzərinə sakitləşdirici maye püskürür. Nəticədə hücum sona çatır və dinarda qaçır.50

Ağıllı miqrantlar

Yaz gələndə bəzi böcək növləri (Atemeles), yetişdirildikləri qarışqa (formica) yuvasından çıxıb, başqa bir qarışqanın (myrmica) yuvasına köç edirlər. Qışı orada keçirib, gələn yaz yenə yuvaya dönürlər. Bu mövsümi miqrasiyaların əlbəttə, bir səbəbi vardır: qış aylarında Formica yuvasında inkişaf olmur, buna görə də yemək azalır. Myrmica yuvalarında isə əksinə, işçilər qışda da çalışaraq, qida gətirirlər.51



Yandakı şəkildə bir böcəklə qarışqanın arasındakı qida mübadiləsi görünür. Böcək antennalarıyla qarışqaya toxunur. Daha sonra ön ayaqlarıyla qarışqanın ağzına vurur. Lap sonda isə qarışqa bu hərəkətlərin qarşılığında təqlidçi böcəyə bir damcı maye bağışlayır.

Maraqlıdır ki, həmin miqrantlar sonradan köhnə yuvalarının yolunu tapmaq üçün heç bir çətinlik çəkmirlər. Formica yuvaları adətən meşəli bölgədə, Myrmica yuvaları isə talada olur. Formica yuvasını tərk edən miqrantlar sonradan geriyə yolu tapmaq üçün vacib bir metod kəşf ediblər: işığa tərəf yönələrək, otluq ərazini, yəni gedəcəkləri ünvanı bulurlar. Amma bura çatanda da onları fərqli bir problem gözləyir - Myrmica qarışqalarını digər qarışqa koloniyalarından ayırd etmələri gərəkdir. Aparılan araşdırmalar onların Myrmica yuvasından yayılan qoxu sayəsində doğru ev sahiblərini tapdıqlarını aşkara çıxarıb.52Qısası, bu miqrantlar gedəcəkləri yeri işığın köməyilə tapmaq qabiliyyətilə yanaşı, qarışqa koloniyalarının qoxuları da bir-birindən ayıra biləcək bacarığa sahibdirlər.

İldə iki dəfə yuva dəyişən bu miqrantların hər iki qarışqa növü tərəfindən qəbul edilmələri, yuvanın mühitinə dərhal adaptasiya ola bilmələri gerçəkdən də, çox qəribədir. Uzun illər qarışqalar üzərində araşdırmalar aparmış Wasmann adlı bioloq bu növün hələ də tam çözülməmiş adaptasiya bacarığıyla ən çox inkişaf etmiş ortaqyaşar (simbioz) olduğunu deyir. Çünki onların köçdükləri yuvada özlərini qəbul etdirmək üçün heyrətamiz bir özəllikləri var: bu miqrantların orqanizmində müdafiə maddəsi buraxan vəzilər mövcuddur ki, onun istehsal etdiyi güclü kimyəvi tərkiblər qarışqaların hücumuna məruz qalarkən düşmənlərini sakitləşdirir. Bu, kimyəvi baxımdan o qədər güclü bir tərkibdir ki, miqrant onu yuvalarında yaşadığı qarışqalara uzun müddət püskürdəndə, qarışqalar ona qarşı çox “centlmencəsinə” davranırlar.53


Şəkildə Atemeles cinsindən olan böcəyin buraxdığı özəl bir maddənin vasitəsilə qarışqa yuvasına girməsi göstərilib.

Miqrant böcəklərin bu son dərəcə ölçülü-biçili fəaliyyəti insanı düşündürməyə bilməz. Bu böcək əgər hansı mövsümdə hansı yuvaya “miqrasiya” etmək lazım gəldiyini bilirsə, deməli, qarışqaları çox yaxşı tanıyır. Yaxşı, bəs bu ilginc miqrasiya prosesi haçan başlayıb? Birinci dəfə xeyli böcək növünün içindən seçim edərək, məhz qarışqa yuvasına yerləşməyə necə qərar veriblər? Özü də 8800 qarışqa növü olduğu halda, məhz özünə uyğun gələni necə müəyyənləşdirib, onların qida ehtiyatlarının qışda azaldığını haradan bilib? Bunu biləndən sonra yenə də minlərlə qarşı növünün arasından məhz hansı yuvaya köçməyi necə qərarlaşdırıb? Bütün bu mürəkkəb qərarları bir böcək verə bilərmi? Bu suala “hə” demək olduqca məntiqsizdir.

Bu sistemin hansısa şəkildə öz-özünə yarandığını düşünsək, yenə də qarşımıza xeyli suallar çıxır. Böcək bir yuvadan digərinə köçərkən getdiyi ünvana necə çatır? Ağlı başında bir insanın meşədə yolu tapması xeyli çətin iş olduğu halda, insanın mində biri boyda olan ağılsız böcək qosqoca meşədə bir qarışqa yuvasını necə buldu? “İşığa yönələrək yolu tapdı” cavabı əslində, məsələyə heç bir aydınlıq gətirmir. Çünki işıq ən azı 2-3 fərqli tərəfdən gələ bilər. Üstəlik, işıq gələn tərəfdə də xeyli böyük bir sahə var, orada qarışqa yuvasını tapmaq dedikcə çətin məsələdir. (Unutmayaq ki, böcəyin böyüklüyünü nəzərə alasaq, bizim üçün kvadratmetrlərlə ölçülən sahə onun üçün kvadrat kilometrlər deməkdir.)

Böcəyin yuvanı qoxusuna görə tanıması da ayrı bir şaşırdıcı məsələdir. Çünki yüzlərlə qarışqa koloniyasının yaşadığı meşədə minlərlə çeşidli qoxu ola bilər; belə şəraitdə onlardan təkcə birini digərlərindən ayırmaq son dərəcə çətindir. Üstəlik, yayı başqa yerdə keçirən böcəyin həmin qoxunu yadında saxlaya bilməsi də son dərəcə maraqlıdır.

Son olaraq bunu düşünək: əgər özümüz bu böcəyi götürüb, uyğun bir qarışqa yuvasının ağzına qoysaq belə, ora qəbul edilib yaşaması çox çətin olacaq. Çünki bilindiyi kimi, qarışqaların olduqca güclü tanıma qabiliyyəti var. Öz koloniyalarından olmayan qarışqaları belə yuvalarına qəbul etmədikləri halda, başqa cinsdən olan böcəyi sözsüz ki, heç yaxına da buraxmazlar. Amma gördüyümüz kimi, meşədə nəticə heç də bu cürə olmur, əksinə, böcək qonaqpərvərliklə qarşılanır. Bunun da vücudunda saxladığı bir kimyəvi maddəni qarışqaların üzərinə püskürtdüyünə görə baş verdiyi bildirilir. Yaxşı, bəs miqrant böcək həmin maddənin qarışqalara təsir edəcəyini və onları düşmənçilik hissindən daşındıracağını necə anlayıb? Yoxsa təcrübələr apara-apara sonda ideal variantın üzərində dayanıb və həmin maddəni istehsal etməyə başlayıb? Şübhəsiz ki, bu suallara tutarlı cavablar vermək mümkün deyil. Ortada açıq bir tablo var: Sözügedən böcək ciddi bir ağır və mühakimə qabiliyyəti tələb edən işlər görməkdədir. Halbuki hətta beyni belə olmayan bu varlığın düşüncə və mühakimə qabiliyyətindən danışmaq mümkün deyil. Demək, onun gördüyü işlərin özündən kənarda yerləşən bir ağıl qaynağından gəldiyini qəbul etməyimiz lazımdır,

Təkamülçülərin ilişdikləri bu müşküldən çıxa bilmək üçün “intuisiya” terminini uydurublar, böcəyin davranışını bir sıra müəmmalı “intuisiya”lardan qaynaqlandığını önə çəkiblər. Halbuki bu, sadəcə, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Hər şey göz önündədir: böcəyə hökm edən çox ağıllı qüvələr var. Heyvanda ölçüb-biçmək, planlamaq qabiliyyəti olmadığına görə, bu qüvvə ondan kənardadır. Söhbət özü görünməsə də, görünən dünyaya hökm edən, böyük bir ağıla sahib olan və bu ağılı hətta böcəklər kimi şüursuz canlıların da üzərində tətbiq edən bir gücdən gedir...
(harun yahya Qarışqa möcüzƏsi)

50 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 497-498.
51 A.g.e., s. 500.
52 A.g.e.
53 A.g.e., s. 504.