Özünü ölülüyə vuran böcək

ABŞ-ın cənub səhraları və Meksikada yaşayan bir böcək növü üçün qarışqa yuvaları bol qida qaynağı, eyni zamanda, digər yırtıcı heyvanlardan gizlənmək üçün sığınacaq rolunu oynayır. Bu böcəklər qarışqa yuvasına girməyin öhdəsindən gələn kimi düz sürfələrin saxlandığı otağa gedərək, onlarla qidalanırlar.

Onlar qarışqa yuvasına girmək üçün fərqli üsullardan yararlanırlar: bəzi növləri düz yuvanın girişinə soxulur, qapının ağzına yığılmış bitki qalıqlarını dağırdaraq, içəri girirlər. Bu böcəklərin qalın zirehi sahibini yüksək səviyyədə qoruduğundan, qarışqalar onları öldürə bilmirlər. Sadəcə, hamısı birlikdə hücum çəkərək, zorla bayıra atırlar. Amma ilk cəhdi alınmayan böcək əsla geri durmur.

Bu dəfə də özünü ölülüyə vuraraq, bu yolla qarışqaları cəlb edir, qarışqalar da onları yem kimi yuvalarına daşıyırlar. Böcəklər ölü rolunu o qədər gözəl oynayırlar ki, hətta antennalarını da bədənlərində gizlədir, ayaqlarını yığaraq, qarışqaları aldadırlar.54

Yumurta otaqlarına çatandan sonra qarışqalar anlaşılmaz bir şəkildə böcəkləri gözdən qoyurlar. Araşdırmalar göstərib ki, böcəklər qarışqa sürfələrilə bəslənəndə tüklərində xüsusi maye ifraz olunur ki, bu da qarışqaların diqqətini başqa tərəfə çəkir. Beləcə, qarışqaların hücum qəsdi azalır və düşməni qaçırırlar.55

Bundan başqa, həmin “ağıllı” böcəklər öz sürfələrini də qarışqa yuvasında qoyurlar. Sürfələr burada bəslənərək, böyüyür. Onların qarışqalara qarşı heç bir müdafiə mexanizminin olmamasına baxmayaraq, hücuma məruz qalmırlar. Və böyüdükcə özlərini qarışqalardan qoruya biləcək, usta manevrlərlə onlardan qaçacaq bir hala gəlirlər.56
(harun yahya Qarışqa möcüzƏsi)

54 A.g.e., s. 507.
55 A.g.e.
56 A.g.e., s. 506.