Qarışqaları tanıyan milçək sürfələri

İndi daha bir son dərəcə maraqlı və qüsursuz yaradılış örnəyi görəcəyik - söhbət təqlid etmək qabiliyyətinə malik milçək sürfələrindən gedir.

Çiçək milçəklərinin (Microdon) sürfələri qışı qarışqa yuvasının dərinliyində keçirir, yazda isə pup olmaq üçün üzə çıxırlar. Araşdırmalar zamanı sürfələrin puplaşma mərhələsində gözdən qeyb olduqları görülüb və öldükləri zənn edilib. Qalan bir lavra isə qarışqa “barama”sının səthinə yapışıb. Mikroskop altında baxanda onun getdikcə böyüməkdə olduğu, amma qəfildən yoxa çıxdığı müşahidə edilib. İncələmələr göstərib ki, sürfə qarışqanın ipək “barama”sını deşərək, özünün keçə biləcəyi boyda bir dəlik açıb. Bəlli olub ki, yoxa çıxan milçək sürfələrinin hamısı baramaların içinə giriblər və oradakı puplarla qidalanırlar. İşçi qarışqalarsa onların öz “balaları” olduqlarını zənn edərək, yuvanın ən yaxşı hissəsində yerləşdirirlər.57

Bu, son dərəcə qeyri-adi bir təqlidçilik örnəyidir. Milçək sürfələri elə şəklə giriblər ki, qarışqalar da onları özlərininki hesab edib. Araşdırmalar zamanı bəlli olub ki, milçək və qarışqa sürfələrinin hətta xarici qabıqlarının kimyəvi tərkibi də bir-birilə düz gəlir. Başqa sözlə desək, milçək sürfələri qarışqaları hətta kimyəvi tərkib baxımından da təqlid edirlər. Bunu kimyəvi eksperimentlər də təsdiqləyib. Yaxşı, bəs Microdon sürfələri bu təqlidi necə bacarırlar?

Bəlli olub ki, onların bədənlərinin alt qismində qarışqanın kimyəvi tərkibini təqlid edə biləcək maddələr buraxan xüsusi vəzilər var.58

Yaxşı, heç “kimya” kəlməsini belə eşitməyən varlıq bu qədər incə təqlidi necə gerçəkləşdirə bilər? Özü də, Microdon milçəklərinin ancaq sürfələri belə bir qabiliyyətə malikdirlər. Onların yetkin fərdləri haqqında söz açdığımız işlərin heç birini bacarmır. Bu isə, çox həssas bir məsələdir: əgər yetkin fərdlər onu bacarmırlarsa, demək, körpələrə də öyrədə bilməzlər. Deməli, sürfələr dünyaya gələrkən artıq həmin təqlidçilik qabiliyyətinə sahib olurlar. Heç bir təsadüf bu dərəcədə çətin, mürəkəb və dolaşıq işləri onlara öyrədə bilməz. Demək, sürfələri Yaradan onları elə bu cür dünyaya gətirir.
(harun yahya Qarışqa möcüzƏsi)

57 A.g.e., s. 493.
58 Natural History, 1/94, Gregory Paulson and Roger D.Akre.