Odunçu qarışqalar və yarpaq bitləri



Şəkildə Atemeles cinsindən olan böcəyin buraxdığı özəl bir maddənin vasitəsilə qarışqa yuvasına girməsi göstərilib.

Bu ana qədər qarışqalar haqqında oxuduqlarınız sizdə qarışqa dünyası haqqında ümumi fikirlər yaradıb. Fəqət bu, hələ sadəcə başlanğıcdır. Çünki qarışqalar dünyasına bilmədiyiniz xeyli xüsusiyyətləri olan çoxlu növlər mövcuddur. Bunlardan biri də bəzən “südçü qarışqalar” adlandırılan “odunçu qarışqa”lardır.



Sözügedən qarışqa cinsi yarpaq bitləri vasitəsilə yarpaqlardan süd əldə edir. Qarışqalarla bitlər arasındakı bu birlik bütün həşərat dünyasındakı ən maraqlı ilişgilərdən dən biridir. Qarışqalar tərəfindən bitkilərə yerləşdirilən yarpaq bitləri bitki kökündəki şirəni axtarıb tapır və vücudunda toplayaraq, “bal” döndərirlər (təbii ki, söhbət bizim bildiyimiz baldan getmir).

Bu “bal”ı xoşlayan qarışqalar onu yarpaq bitlərindən almaq üçün maraqlı bir yol tapıblar. Ac qarışqa yarpaq bitinə yaxınlaşaraq, antennalarıyla onu oxşamağa başlayır. Bundan xoşlanan yarpaq biti kiçik bir “bal” damcısı çıxararaq, qarışqaya verir. Qarışqalar da bunun əvəzində yarpaq bitlərinə çox yaxşı baxırlar.59

“Heyvan Yetişdirən” Qarışqalar.



Qarışqalar bütün qəribə və maraqlı qabiliyyətlərilə yanaşı, “heyvan yetişdirmək”lə də məşğul olurlar. Bu şəkillərdən göründüyü kimi, onlar yarpaq bitlərindən özləri üçün bir sürü yaradır və onun köməyilə qida əldə edirlər. Əvəzində isə “sürü”lərinə çox yaxşı baxır, qulluq edir, düşmənlərdən qoruyurlar. Bu, həşəratlar dünyasındakı ən ilginc simbioz örnəklərindən biridir.
Payızda qarışqalar yarpaq bitlərinin yumurtasını götürüb, öz yuvalarında yetişdirirlər. Daha sonra körpə yarpaq bitlərini çeşidli bitkilərin köklərinə yerləşdirirlər. Beləcə, bitlər oradan şirə soraraq, südçü qarışqaya süd verir.

Bu yerdə soruşmaq gərəkdir: yer üzündə minlərlə canlı varkən, qarışqalar məhz yarpaq bitlərinin bu özəlliyini haradan öyrəniblər?

Qarışqanın yarpaq bitlərinin xoşuna gələn hərəkəti budur ki, onları bəsləyir, qulluq edir; öz növbəsində də bitlər tam qarışqanın ehtiyacına görə olur. Bunu bir “təsadüfi tanışlıq” kimi qiymətləndirmək əlbəttə, absurddur. Ortada planlı bir uyğunluğun, dolayısıyla, yaradılışın dəlili var.
(harun yahya Qarışqa möcüzƏsi)

59 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 522-523.