Akasiya ağacı və qarışqalar

Akasiya ağacları tropik və subtropik bölgələrdə bitir və tikanlı qabıqlarıyla düşmənlərindən qorunurlar. Afrika akasiyasında yaşayan bir qarışqa növü həmin tikanları gəmirərək özünə bir giriş dəliyi açır və sürəkli olaraq akasiyada yaşayır. Hər qarışqa koloniyası bir və ya bir neçə ağacın üzərində yaşayır və akasiya yarpaqlarının nektarıyla bəslənir. Onların ağacların üzərində tapdıqları tırtılları və digər həşəratları da yeyirlər.



Akasiyalarla qarışqalar arasındakı ortaq yaşam canlılar aləmindəki bənzər örnəklərinin bəlkə də, ən maraqlısıdır.

Akasiyanın gövdəsindəki nektar yağ və zülallarla çox zəngindir. Onları ilk dəfə tədqiq edən Tomas Beltə görə, həmin nektarın yeganə vəzifəsi qarışqaları bəsləməkdir. Bu ağacda yaşayan qarışqalar həmin nektarla həm özləri qidalanır, həm də sürfələrini yetişdirirlər.62

Bəs qarışqalara bu qədər fayda verən ağacın onlardan umduğu nədir?

İşçi qarışqalar bitkinin səthində yaşayırlar. Onlar digər böcəklərə, ümumiyyətlə, canlılara qarşı çox aqressivdirlər. Bitkiyə hansısa bir təhlükə olarsa, dərhal ağacdan enərək, “düşmən”i çox pis şəkildə sancırlar. Üstəlik, akasiyaya bir metrdən yaxın ərazidə cücərən bütün bitkiləri çeynəyib məhv edirlər. Qarışqa koloniyasının yerləşdiyi akasiyaya toxunan digər ağacların budaqlarını da eyni aqibət gözləyir.63

Qısası, qarışqasız akasiya ağaclarının qarışqa koloniyasına məskən verən akasiyalardan qat-qat çox ziyan çəkdiyi müşahidə edilib. Bir təcrübə zamanı qarışqalar hətta akasiyanın ətrafındakı 40 kvadratmetrlik sahədə yerləşən bütün zərərli bitkiləri məhv ediblər. Bütün qarışqa koloniyası aktiv halda ağacın üzərində gəzərək, onu təmizləyir. Araşdırmaçıların sözlərilə desək, qarışqalar akasiya tərəfindən kirayələnmiş bir xüsusi təyinatlı ordu kimi fəaliyyət göstərirlər.64 Belə bir işbirliyini gerçəkləşdirəcək şüur, təbii ki, tərəflərin heç hansında yoxdur. Demək, onları hər iki tərəfi yaradan bir iradə yönəldir. Və hər iki canlının da yaradan Allahdır.
(harun yahya Qarışqa möcüzƏsi)

62 A.g.e., s. 531.
63 National Geographic Belgesel
64 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 532