Qarışqa “otel”ləri



Bəzi bitkilərdə bioloji dildə “domatia” adlandırılan oyuqlar var. Onlar qarışqa koloniyalarına sığınacaq verməkdən başqa hansısa bir məqsədə xidmət etmirlər. Oyuqların xüsusi dəlikləri qarışqaların ora rahat girib-çıxa bilmələrini təmin edir. İçəridə isə qarışqaların yeyə biləcəyi xüsusi maddələr də var ki, bitki onları özəl olaraq qarışqalar üçün hazırlayır. Bunların qarşılığında bitki özü üçün heç bir fayda güdmür.65

Qısası, “domatia”-lar qarışqaların yaşamını davam etdirmələrinə yardım üçün yaradılmış varlıqlardır. Onlarda hətta hərarət və rütubətin miqdarı da qarışqalar üçün ideal səviyyədədir. Qarışqalar burada özlərini insanlar lüks oteldə olduqları kimi rahat hiss edirlər. Bunların təsadüfən qarışqalara tam uyğun şəkildə meydana gəldiyi iddia etmək isə mümkün deyil. Qarışqa-bitki münasibətləri yer üzündə tək bir Yaradıcı tərəfindən yaradılan ağılalmaz dəlillərdən sadəcə, biridir. Özü də bu, qarşılıqlı münasibətdir. Qarışqalar torpağı qarışdıraraq, karbonla zənginləşməsini təmin edir, daha da münbitləşdirir, “gübrələyir”, hərarət və rütubətini taraz saxlayırlar. Buna görə də, böyük qarışqa yuvalarının yanındakı bitki növləri digərlərilə müqayisədə daha zəngin olur.

Kimyagər bitki və azot qaynağı qarışqa

Philidris adlanan qarışqa cinsi və ona ev sahibliyi edən Dischidia mayor adlı bitki bütün həyatları boyunca son dərəcə mürəkkəb “kimyəvi istehsal”la məşğul olurlar. Bu bitkinin torpağa işləyən kökləri olmadığı üçün, digər bitkilərə dolanaraq yaşayır. Karbon və azot ehtiyacını ödəmək üçünsə çox qəribə bir metodu var.

Bu bitkinin içində qarışqaların körpələrini yetişdirmək və üzvi qırıntıları (ölü qarışqalar, böcək parçaları və s.) saxlamaq üçün yararlandıqları xüsusi oyuqlar var. Bitki isə bu qırıntılardan azot mənbəyi kimi yararlanır. Bundan başqa, yarpaq boşluqlarının iç səthi də qarışqaların tənəffüsü zamanı meydana çıxan karbon dioksidi mənimsəyərək, su itkisinin qarşısını alır.66Sözügedən bitki tropik iqlimlərdə yetişdiyindən, bu, çox önəmli məsələdir. Çünki kökləri olmadığından, onlar torpaqdan su çəkə bilmirlər. Beləcə, qarışqalar aldıqları sığınacağın qarşılığında bitkinin iki önəmli ehtiyacını ödəmiş olur.
(harun yahya Qarışqa möcüzƏsi)

65 A.g.e., s. 534-535
66 Geo Dergisi, Ekim 1995, s. 186