Ev sahibini bəsləyən qarışqalar



“Kraliça”lar tərəfindən bəslənən bir bitki. Bu bitki eyni zamanda “kraliça”lar üçün ev rolunu oynayır.

Bəzi qarışqalar onlara ev sahibliyi edən bitkiləri bəsləyirlər. Məsələn, Myrmecodia və Nydnorhytum adlı iki bitkinin yumrularla bəzənmiş şişkin gövdələri qarışqaların yerləşməsi üçün xüsusi otaqlar əmələ gətirir. Qarışqalar bu oyuqlarda yaşayırlar; maraqlısı odur ki, onların özlərinin yaşadıqları otaqların divarları düzgün, yemlərini yığdıqları otaqların divarları isə kələ-kötürdür. Araşdırmalar göstərib ki, həmin kələ-kötür divarların səthi qarışqaların qidasını (əsasən böcək qalıqlarını) sormaq üçündür, düzgün divarlar isə bunu edə bilmir. Bu yolla həmin bitkilər qarışqaların gətirdiyi yemlə qidalanırlar. Qarışqaların otaqları necə bölməsi və fərqli məqsədlərlə istifadə etməsi də özlüyündə çox təəccüblü olaydır.

Alimlər bununla bağlı maraqlı bir təcrübə keçiriblər. Öncə meyvə milçəyinin sürfəsini radioaktiv təsirə məruz qoyulmuş mayayla bəsləyib, sonra qarışqa bitkisinin üzərinə yerləşdiriblər. Sürfəni tapan qarışqalar onu kələ-kötür divarlı otağa daşıyıblar. Sonrakı həftələr ərzində böcək artıqlarının bitki tərəfindən mənimsənilib, gövdə boyunca hər tərəfə yayılmasını isbatlamaq üçün onun radioaktivlik dərəcəsi ölçülüb. Və gerçəkdən də, bəlli olub ki, kələ-kötür divarlar böcək artıqlarını sorduğu üçün, radiasiya bitkinin hər yerinə yayılıb.67

Qara bibər və qəhvəyi qarışqa

Qara bibər ailəsinə mənsub olan Pirer adlı bitkiylə qarışqalar arasında çox qəribə ünsiyyət var. Bu bitki Mərkəzi Amerikada tropik meşələrinin kölgəliklərində yetişir və qəhvəyi qarışqaları (Pheidole bicornis) həm qida, həm də müdafiəylə təmin edir.

Gənc Pirer ağacının sadəcə iki, ya üç böyük yarpağı olur. Yarpaq dabanlarının (budaqla yarpaq arasındakı içi boş qovuq) birində kraliça qarışqa yaşayır. Kraliça hələ xeyli əvvəldən Pirer tumurcuğunu dələrək, onun içinə yumurta qoyur. Yumurtalardan çıxan sürfələr böyüdükcə, tədricən bütün ağaca yayılaraq, onu bütövlükdə “işğal edirlər”..68

Bu bitki eyni zamanda qarışqalar üçün bir qida qaynağıdır; “yarpaq dabanı”nın daxili səthi qarışqalar üçün xüsusi birhüceyrəli qida “istehsal edir”. Onun buraxdığı yağlar və zülallar səthdəki mikroskopik axacaqlardan sızdırılır. Qarışqalar da bununla sürfələrini bəsləyirlər.69

Maraqlısı odur ki, qarışqaların bəlkə də heç bir halda tapa bilməyəcəkləri zəngin qidda maddələrini bitki özü onlara təqdim edir. Bu qarışqalar hər il onları ən yaxşı qida və müdafiəylə təmin edən rirer ağaclarına doğru yol alır və onun ən uyğun yerində yuva qururlar.

“Ağıllı” ağac

Qarışqaları yemlə təmin edən “rirer” bitkisinin daha bir çox maraqlı özəlliyi də var: o, digər bitkilərdən fərqli olaraq, qarışqalar gedəndən sonra qida istehsalını dayandırır.70

Qarşılıqlı Yardım

Pirer bitkisinin yapdıqları “altruzim” deyil. Çünki qarşılıqlı yaşam dönəmində qarışqalar da ev sahibi üçün bəsləyici maddələr istehsal edir. Onun gövdəsində yer alan qarışqa qovuqları çürüyəndə maye ammonyak şəklində bitkinin yumşaq iç toxumalarına hopur. Bu maye bitki üçün çox faydalıdır. Digər tərəfdən, qarışqa koloniyasının nəfəs verərkən ifraz etdiyi qazın tərkibindəki karbodioksid bitkini daha da sağlamlaşdırır.

Bundan başqa, aparılan araşdırmalar göstərib ki, qarışqalar da öz növbələrində bitkini qidayla təchiz edirlər - ona müxtəlif sporlar, yosun parçaları, güvələr gətirirlər. Bitki də bunnlardan özünə lazım olan mineralları alır.

Strateqlər

Pheidole qarışqaları adətən yavaş-yavaş hərəkət edir və heç nəyə hücuma keçmirlər. Fəqət özlərini və ev sahibləri rirer bitkisini qorumaq üçün xüsusi strategiyaları var.

Əksər yarpaq yeyən böcəklər - məsələn, tırtıllar,- yumurtalarını bitkilərdə yerləşdirirlər. Qarışqalar isə vaxt itirmədən bu potensial təhlükəni aradan qaldırırlar. Onlar bir saat ərzində rirer yarpaqlarının üzərindəki termit yumurtalarını qeydə alır, sonra isə bir-bir tapdalayıb əzirlər. Və ya, yumurtanı ağızlarına alaraq, yarpağın kənarına qədər gətirir, oradansa aşağı tullayırlar. Araşdırmaçılar eksperiment məqsədilə termit yumurtalarını qarışqaların sürfələrilə eyni “otaq”lara qoysalar da, nəticə fərqlənməyib - qarışqalar gələcəkdə özlərinə problem yarada biləcək hər şeyi dərhal uzaqlaşdırıblar.71
(harun yahya Qarışqa möcüzƏsi)

67 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 549
68 Natural History, 10/93, s. 4-8
69 A.g.e., s. 6
70 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 547
71 A.g.e., s. 535