QİDALANMA VƏ OV

Hər bir canlı qida ehtiyacını ödəmək üçün müəyyən metodlardan yararlanır. Bu bölümdə qarışqaların yem axtararkən işlətdikləri taktika, xəbərləşmə sistemi, yemi ələ keçirmək üçün yaranan rəqabət haqqında oxuyacaqsınız. Onların tətbiq etdikləri bütün taktikalar kitabın indiyə qədərki bölümlərində olduğu kimi, bizə bu canlıları yaradan Üstün Ağıl Sahibinin əzəmətini, gücünü göstərir.

Yüzminlərlə üzvü olan ailə necə bəslənir?

Qarışqa koloniyalarında hər qarışqanın yerinə yetirməsi gərəkən bir sıra vəzifələr var. Amma koloniyanın yaşaması üçün ən önəmli məsələlərdən biri, əlbəttə ki, qida probleminin həllidir.

Qarışqalar bu problemi çözmək üçün də həyatlarının bütün başqa sahələrində olduğu kimi, son dərəcə sistemli şəkildə çalışırlar. Yüzminlərlə (bəzənsə milyondan da artıq) üzvü olan koloniyaya qida tapa bilmək üçün işçi qarışqalar yuvanın ətrafındakı bütün əraziləri gəzərək, yem axtarırlar. Tapan kimi də onun həcminə uyğun olaraq, yuva yoldaşlarını köməyə çağırırlar. Qısası, yemək məsələsi də çox mükəmməl bir ünsiyyət şəbəkəsi və “yalnız mən” duyğusu olmadan həll edilir.

Bir-birlərini bəsləyən qarışqalar

Ayrı-ayrı cinslərdən olan qarışqalar qida axtararkən bir-birlərinin yoluna çıxmamağa çalışırlar. Hər biri qidanı ayrı-ayrı səmtlərdə axtarır. Əgər yemək araya-araya səhvən başqa bir koloniyanın ərazisinə girərlərsə, bu, artıq bir növ müharibə elan etmək deməkdir. Belə olarsa, onlar dərhal yuvalarına dönərək, girişi qapayır və təhlükəyə qarşı müqavimət göstərmək üçün koloniyanın bütün üzvlərini bir yerə toplayırlar.



Bəs yuvaya yemək gətirməyə imkanları olmayan bu müddət ərzində qarışqalar necə bəslənirlər? Məsələ ondadır ki, həmin məqamda qarışqaları əksər canlılardan fərqləndirən bir özəllikləri ortaya çıxır. Yem tapmağa imkanları olmayan dönəmdə koloniyanın bütün üzvləri gənc işçilərin qurşaqlarında yığılıb saxlanılan qida ilə ehtiyaclarını ödəyirlər.

Əslində, qarışqalar bu paylaşma metodundan təkcə xüsusi vaxtlarda deyil, həmişə istifadə edirlər. Onlar vücudlarında gəzdirdikləri qida damlalarını hər dəfə ağızdan-ağıza verərək, bu yolla bir-birlərini bəsləyirlər. Ovçu qarışqa maye qidayla “yüklənib” yuvaya dönəndən sonra yoldaşlarının diqqətini çəkmək üçün bir yerdə duraraq, başını sağa-sola yelləyir və ya yuvanın digər üzvlərinə tərəf gedərək, tamamilə açılmış çənəsindəki qidanı onlara təklif edir.84Bu yolla bütün koloniya çox sürətlə qidayla təmin olunur.

Yuvaya gətirilən digər ovlar və toxumlar da həmçinin ortaq şəkildə işlədilir. Beləcə, problemsiz-filansız bütün koloniyanın ehtiyacı ödənilir.

Bu sistem insanları təbiətin mükəmməl ağıl sahib olan bir Yaradıcı tərəfindən qurulduğuna inanmağa məcbur edən faktlardan biridir. Heç bir vaxt heç bir halda təsadüflər zənciri belə bir sistem yarada bilməz. Üstəlik, hər qarışqa bu sistemi bilərək dünyaya gəlir. Yəni qidanı paylaşmağın lazım olduğunu dünyaya gələndən sonra deyil, hələ dünyaya gəlməmişdən öyrənir. Onların bədənlərinin quruluşu da tamamilə bu prosesə uyğun olaraq yaradılıb. Çünki qurşağında saxladığı qidanı sonradan çıxarıb, başqasına verə bilməsi üçün xüsusi mexanizm lazımdır. Bu da öz növbəsində həmin sistemin yaranmasını təsadüflərlə izah etməyə əl yeri qoymur.

Öncə də vurğuladığımız kimi, təkamül nəzəriyyəsi bütün canlılar arasında rəqabət və yaşamaq uğrunda mübarizənin getdiyini bildirir. Buna görə də misal gətirdiyimiz fədakarlıq örnəklərini izahlamaqda acizdir. “Yaşamaq uğrunda mübarizə aparan” qarışqa nəyə görə öz qidasını bətnindən çıxarıb, başqasına verməlidir? Bu, məntiqə sığmır axı! Demək, qarışqalar yaşamaq uğrunda iübarizə etmirlər, əksinə, Quranın anlatdığı kimi, özlərinə təlqin olunan vəzifəni yerinə yetirirlər. Allahın heyvanlara təlqinindən və onların da buna uyğun olaraq, bir sıra vəzifələri yerinə yetirmələrindən Qurani-Kərim belə bəhs edir:

“Rəbbin bal arısına belə vəhy [təlqin] etdi: “Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik; Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get!” O arıların qarnından insanlar üçün şəfa olan müxtəlif rəngli [ağ, sarı, qırmızı] bal çıxar. Şübhəsiz ki, düşünüb dərk edənlər üçün bunda da bir ibrət vardır!” («Nəhl» surəsi, / 68-69

Təbii ki, Allahın xüsusi vəzifələr təlqin etdiyi bütün heyvanlar Quranda bir-bir sadalanmayıb; bal arısı sadəcə, bir misaldır. Qarışqaya baxanda isə onun da ən azı bal arısı qədər mükəməl işlər yapan, ən azı onun kimi fədakar, sosial və vəzifəsinə sadiq qalan varlıq olduğunu, özünə edilən təlqinlə hərəkət etdiyini görürük.

Qida daşımaq texnikası



Bizə bəlli olan təxminən 8800 qarışqa növü ehtiyac duyduqları qida növünü kəşf edib, yuvalarına daşımaq üçün müxtəlif yollardan istifadə edir. Bəzi növlərdə qarışqalar təkbaşına ov edir və qəniməti də yuvalarına təkbaşına daşıyırlar. Bəziləri isə qrup halında ova çıxır, müdafiə olunur və əldə etdiklərini yuvalarına aparırlar. Əgər tapdıqları qida ölçülərinə uyğundursa, qarışqalar onu adətən tək daşıyırlar. Əgər yem bir qarışqanın daşımayacağı qədər iridirsə, onu kiçik parçalar halında daşıyır, başqalarının gəlib sahib çıxmaması üçün qida qaynağının ətrafında zəhərli maye ilə çevrə çəkirlər. Sonra gedib irili-xırdalı bütün işçiləri köməyə çağırırlar.

Qarışqaların bütün həyatlarında müşahidə olunan mükəmməl əmək bölümü özünü burada da göstərir. Böyük qarışqalar qidanı parçalayır və yadlardan qoruyur, kiçiklər isə həmin parçaları yuvalarına daşıyırlar. İşçilər yemi daşımaq üçün çənələrilə qaldırır və öndə tutaraq aparırlar. Qrup halında olanda isə nisbətən ağır yükləri də daşıya bilirlər. Belə ki, bir və ya iki ayaqlarıyla onu qaldırır və çənələrilə tuturlar. Yemi daşıyan zaman işçilər müxtəlif şəkildə yeriyirlər. Qabaq tərəfdə olanlar yükü dartaraq, dal-dalı addımlayırlar. Arxadakılarsa irəliyə doğru yeriyərək yemi itələyir, yan tərəfdəkilər də dəstək verirlər. Bu şəkildə bir qarışqanın daşıya biləcəyindən qat-qat ağır yükü aparmaq mümkün olur. Hətta hesablanıb ki, bu metod bir işçinin daşıya biləcəyindən 5000 dəfə (!) ağır yükü daşımağa imkan verir. 100 qarışqa böyük bir soxulcanı saniyədə 0,4 sm. irəliləyərək daşıya bilir.
(harun yahya Qarışqa möcüzƏsi)

84 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 292