Mükəmməl ov taktikası



Bəzi qarışqa növləri dişlərindən hörümçək yumurtalarını, qırxayaqları, böcəkləri və termitləri yemək üçün istifadə edirlər. Onlardan bir çoxu (məsələn, Dacetine), xüsusilə qanadsız böcəkləri yemək üzrə ixtisaslaşıb. Bu böcəklər torpaqda və çürümüş yarpaqların içində sürü halında yaşayırlar. Çox ehtiyatlı olan böcəklərin vücudlarının alt tərəfində qatlanmış çəngəli xatırladan çıxıntılar var. Onlar bu orqanın köməyilə miniatür kenquru kimi tullana-tullana gedə bilirlər. Dacetine qarışqaları isə bu manevrin qarşısında çənələrini bir tələ kimi işlədirlər. Belə ki, yem axtaran qarışqa həmin böcəyin qoxusunu alanda çənəsini 180 dərəcə açaraq, yavaş-yavaş ona yaxınlaşır. Antennaları böcəyə toxunanda çənəsini dərhal qapadır və böcək dişlərin arasında qalır.87

Bu qarışqalar ovlarını demək olar ki, heç vaxt qaçırmırlar, çünki dünyada ən sürətli reaksiyası olan çənəyə sahibdirlər.

Onların çənəsinin açılıb-qapanması bizim gözümüzün qırpılmasından qat-qat sürətlidir. Bizim göz qırpağımız saniyənin 1/3-i ərzində baş verdiyi halda, bu qarışqaların (Odontomachus bawi) çənəsinin açılıb qapanmasına haradasa bundan 100 dəfə daha az vaxt lazımdır - 0,33 millisaniyə!88



“Tələ qarışqaları”nın çənəsinin uzunluğu təxminən 1.8 millimetrə bərabərdir. İç tərəfində nəfəs borusuna bağlı, havayla dolu bir kisəcik var. Bu sistem dişin çox sürətli hərəkətini təmin edir. Yəni həmin qarışqaların çənəsi bir mini-siçan tələsi kimi işləyir. Eyni zamanda, dişlərin bir-birinə sürətlə çırpılmasının qarşısını almaq üçün xüsusi bir “əyləc”lə - əzələ sistemilə çənənin hərəkəti sona doğru nisbətən yavaşıdılır.89

Elmli bir layihələndirmə olmadan, sadəcə təsadüflər nəticəsində belə qüsursuz bir ov mexanizminin yaranması mümkünsüzdür. Qarışqaları qüsursuz və bütün möcüzəvi özəlliklərilə birgə yaradan əlbəttə ki, təbiətin və kainatın tək hakimi olan Alahdır.
(harun yahya Qarışqa möcüzƏsi)

87 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 563
88 Science, Volume.262, 22 Oct 1993.
89 Bert Hölldobler-Edward O.Wilson, The Ants, Harvard University Press, 1990, s. 565