Təsadüfün məntiqsizliyi

Təsadüf iddiası ilə ortaya çıxanlar materialist və təkamülçü düşüncəli insanlardır. Bu insanlar maddənin və kainatın əvvəlinin və sonunun olmadığını, bir yaradanının olmadığını iddia edir, milyardlarla ulduzdan ibarət milyardlarla qalaktikanın, bütün göy cisimlərinin, planetlərin, günəşlərin və bütün bunların nizam içində varlıqlarını davam etdirməsini təmin edən qüsursuz sistemlərin təsadüflər nəticəsində meydana gəldiyini söyləyirlər. Eyni şəkildə təkamül nəzəriyyəsi də kainatdakı ehtişamlı nizama baxmayaraq, canlıların da təsadüflərlə meydana gəldiyinin tərəfdarıdır.

Bu məlumatlar əsasında təkamülçülərin “təsadüfü” yaradıcı bir güc kimi gördükləri üzə çıxır. Allahdan başqa bir varlığı yaradıcı güc kimi qəbul etmək isə, şübhəsiz, bütpərəstlikdir. Yəni təkamülçülər “təkamül” adlı bütə tapınırlar. Belə ki, Darvinist əsərləri oxuduqda təsadüf bütündən, bu bütün “gücündən” və üstün qabiliyyətlərindən tez-tez bəhs edildiyini görərsiniz.

Təkamülçülərin “təsadüf bütü”nün var etdiyinə inandıqları varlıqların nümunələrini saymaqla bitirmək olmaz. Məsələn, təkamülçülər canlıları əmələ gətirən ilk hüceyrənin təsadüf bütünün əsəri olduğuna inanırlar. Bu inanca görə cansız və şüursuz atomlar bir gün qərar verib ildırımların, yağışların və müxtəlif təbii təsirləin nəticəsində birləşmişlər və amin turşularını əmələ gətirmişlər. Sonra bu aminturşuları canlı hüceyrəsinin əsası olan zülalları əmələ gətirmək qərarı verir və təsadüf bütünün köməyilə bu qərarı yerinə yetirmək üçün işə başlayırlar. Beləliklə, ortaya çıxan zülalların isə ilk canlı hüceyrəni əmələ gətirməsi təsadüf adı verilən güc sayəsində dərhal həyata keçir. Ancaq hələ “təsadüfün” işi bununla qurtarmır.

Təkamülçü cəfəngiyyata əsasən “təsadüf bütü” dünyadakı milyonlarla canlı növunü də öz səyi nəticəsində əmələ gətirmişdir. Əvvəlcə bir balıq meydana gətirmiş, amma təkcə bir balığın kifayət etmədiyini düşünərək bu gün mövcud olan yüz minlərlə balıq növünün əmələ gəlməsini təmin etmişdir. Yüz minlərlə balıq cinsi kifayət etməmiş, bu balıqlarla birlikdə digər dəniz canlılarını da əmələ gətirərək dəniz altındakı heyrətamiz dərəcədə ehtişamlı mühit meydana gətirmişdir. Bunun ardınca “təsadüf bütü” bir gün dəniz altındakı canlıların kifayət etmədiyini düşünmüş və bir balığın dənizdən quruya çıxması üçün lazımlı şəraiti hazırlamışdır. Təsadüflər sayəsində balığın üzgəcləri ayaqlara çevrilmişdir və balıq sudan kənarda tənəffüsü təmin edən ağciyərlər əldə etmişdir. Lakin bunlar da bu günkü canlı müxtəlifliyini meydana gətirə bilməmiş və “təsadüf”lər işlərinə davam etmişlər.

Kitabın sonrakı bölməsində bir çox misalda görəcəyiniz kimi, canlılar ancaq bir çox orqanları tam və əksiksiz şəkildə mövcud olduqda həyatlarına davam edə bilirlər. Bəzi orqanların işləməməsi canlını bir neçə dəqiqədə və ya ən çoxu bir neçə gündə öldürər. Lakin təkamülçülərin iddiasına görə “təsadüf bütü” milyonlarla illik müddət ərzində son dərəcə şüurlu, diqqətli, xətasız və qüsursuz şəkildə canlılarla bağlı bütün detalları düşünmüş, dizayn etmiş və əmələ gətirmişdir.

Bu misallardan da başa düşüldüyü kimi “təsadüf” təkamülçülərə görə elə bir bütdür ki, hər istədiyini edə bilər, istədiyinə dərhal forma verə bilər, bir heyvanı başqa bir heyvana çevirə bilər. Bütün bunları edərkən də bütün canlıların və cansız varlıqların rənglərini, görüntülərini, dadlarını mümkün olan ən estetik şəkildə nizamlayır. Mövsümlərinə görə meyvələrə vitaminlər yerləşdirir, onları sulu və ya doyurucu edir. Hər yerdə qoxularının və dadlarının eyni olmasını təmin edir. Təsadüf bütü toxumun içinə bitki ilə bağlı bütün məlumatları yerləşdirəcək elmə malikdir.

Bura qədər sadaladıqlarımız materialist və təkamülçü ideologiyanın iddialarının əsas məntiqini təşkil edir. Əlbəttə, bütün bu misalların təkamülçülərin tək səbəb kimi göstərdikləri “təsadüf”lə həyata keçməyəcəyi ağıl və vicdan sahibi olan hər insanın dərhal qavrayacağı həqiqətdir. İndi bunu düşünün: təsadüflər birləşərək şosselər sala bilərlərmi, tranzit şirkətləri quraraq onların nizamlı işləməsini təmin edə bilərlərmi? Əlbəttə, təsadüfən belə şeylərin ortaya çıxması mümkünsüzdür. Necə ki, bir tranzit şirkəti təsadüfən qurula bilmir, insan orqanizmindəki paylama şəbəkəsi də təsadüfən ortaya çıxa bilməz. Necə ki, Eyfel qülləsinin bütün polad dayaqlarını bir-bir istehsal edən, onları müəyyən ölçüdə kəsən, qüllənin dizaynını verən, sonra bu dizayna uyğun şəkildə hissələri birləşdirən, onları möhkəmləndirən insanlar varsa, insan sümüklərinin hər birini lazımi ölçüdə yaradan, insan orqanizminin ehtiyaclarına uyğun şəkildə hamısını ən yaxşı yerlərdə yerləşdirən, sümükləri birləşdirərək sap-sağlam bir skelet düzəldən bir güc sahibi də var. Bu, təbiətdəki hər cür gücün fövqündə duran, hər şeyi əhatə edən, bənzəri olmayan bir gücdür. Məhz bu gücün sahibi, göylərin, yerin və bu ikisi arasındakı hər şeyin Yaradanı olan Allahdır.

Bura qdəər aparılan müqayisələrin və kitab boyu göstərilən misalların hamısı Allahın kainatda qüsursuz şəkildə yaratdığı müxtəliflikdən sadəcə bir neçə nümunədir. Bu nümunələrin hər biri öz içində çox detallı məlumatlar saxlayır. Məsələn, bu kitabda kəpənəklərin bir neçə ümumi xüsusiyyətindn bəhs edilir, ancaq təkcə kəpənəyin gözü haqqında yazılmış və hər biri səhifələrdən ibarət kitablar var. Bundan başqa çox müxtəlif sayda kəpənək növləri, bu növlərin hər birinin özlərinə xas xüsusiyyətləri var. İnsan bədəninin bu kitabda çox ümumi şəkildə bəhs edilən birneçə xüsusiyyəti var, ancaq təkcə sümüklərlə bağlı cild-cild kitablar yazılmış və tədqiqatlar aparılmışdır. İnsanın gözünün təkcə bir siniri, həşəratların qanadları, hətta bu qanadı təşkil edən maddənin tərkibi haqqında yazılmış çox səhifəlik kitablar var.

Bütün bunlar Allahın varlığının açıq-aydın dəlilləridir. Allahın varlığı hər yeri əhatə etmişdir və ağlını işlədən hər insan yaradılışdakı ehtişamı dərhal görəcək. Hər insan ağlı və vicdanı ölçüsündə Allahın böyüklüyünü qavraya biləcək. Allahın üstün qüdrətini, sonsuz sənətini qavramağa başlayan insana üzərinə düşən ən vacib məsuliyyət isə gördüyü gözəlliklərin əsl sahibinə yönəlmək və yalnız Allahın razı qalacağı şəkildə yaşamaqdır.

O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! (Ənam surəsi, 102)

AĞILLI DİZAYN, YƏNI YARADILIŞ

Kitabda bəzən qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz “dizayn” sözü çıxacaq. Bu sözün hansı məqsədlə işlədildiyinin düzgün başa düşülməsi çox vacibdir. Allahın bütün kainatda qüsursuz dizayn qurması Rəbbimizin əvvəl planlaşdırması, daha sonra yaratması demək deyil. Yerlərin və göylrəin Rəbbi olan Allahın yaratmaq üçün “dizayn” verməyə ehtiyacı yoxdur. Allahın dizayn verməsi və yaratması bir anda olur. Allah bu cür əksikliklərdən uzaqdır. Allahın bir şeyin bə ya bir işin olmasını istədikdə onun olması üçün sadəcə “Ol!” deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. (Yasin surəsi, 82)

Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” -deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)
(harun yahya Ehtişam hƏr yerdƏdir)