İŞIQ SAÇAN CANLILARDAKI EHTİŞAM



İşıq saçan canlıların ən çox məlum olan növləri atəşböcəkləridir. Elm adamları illərlə davam edən araşdırmalar və fəaliyyətlərilə atəşböcəkləri qədər çox işıq istehsal etməyə çalışırlar. Maksimum işıq verən və demək olar ki, heç enerji itirməyən atəşböcəkləri bu xüsusiyyətlərinə görə illərlə tədqiqat hədəfi olmuşlar. Əslində bir canlının işıq verməsi eyni zamanda bu işığın istiliyinin ona təsir etməməsi son dərəcə təəccüblüdür. Çünki məlum olduğu kimi, dövrümüzün texnologiyası ilə həyata keçirilən işıq istehsalında mütləq istilik ayrılır və bu istilik istilik enerjisi kimi çölə çıxır. Ona görə işıq verən canlıların özləri də bu yüksək temperaturdan zərər görməlidirlər. Lakin işıq verən canlılar işıq verdikdə çox istilik ayrılmır. Soyuq işıq adlanan bir cür işıq verirlər. Orqanizmləri buna uyğun olaraq qurulmuşdur.

Atəşböcəkləri bədənlərinin içində baş verən kimyəvi reaksiyalar nəticəsində yaşıl-sarı işıq verən həşəratlardır. Xəbərləşmək və cütləşmə mesajı vermək üçün bu işıqlardan istifadə edən atəşböcəklərində növə görə parlama uzunluğu fərqlənir. Bundan əlavə bəzi növlərdə dişi atəşböcəyini cəlb etmək üçün əvvəlcə erkək işıldayır, bəzi növlərdə isə dişi atəşböcəyi işıldayaraq xəbər verir. Bəzi növləri isə işıqlarından düşmənlərdən qorunmaq üçün istifadə edirlər. Saçdıqları işıq eyni zamanda düşmənlərinin pis olması mesajını da verir.12

Atəşböcəklərilə yanaşı müxtəlif dəniz canlıları, həşəratlar və bir çox canlı növü də işıq verirlər. Hər birinin işıq vermə formaları, istifadə sahələri, müddətləri və verilən işığın növü kimi xüsusiyyətləri bir-birindən çox fərqlidir.



Bu canlılara istifadə etmək üçün işıq vermə sistemləri verən, bu sistemlərin davamlılığını təmin edən isə, əlbəttə, canlıların özləri deyil. Təsadüflər nəticəsində işıq verə bilən və bu prosesdə canlının özünə heç bir zərər verməyən kompleks orqanların ortaya çıxması mümkün deyil. İşıq saçan canlılar Allahın üstün yaratma sənətinin dəlillərindəndir. Allah sonsuz bilik, ağıl və qüdrətinin dəlillərini yaratdığı canlılar vasitəsilə bizlərə tanıdır.

Bu, Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar. (Loğman surəsi, 11)
(harun yahya Ehtişam hƏr yerdƏdir)

12. Anita Ganeri, Creatures That Glow in The Dark, Marshall Editions dev., 1995, s. 10-11