QÜSURSUZ YIRTICI QUŞ: QARTAL



Quşları nəzərdən keçirdikdə bədənlərindəki bütün xüsusiyyətlərin uçuş üçün xüsusi dizayn edildiyini görərik. Məsələn, göy üzündə ən yaxşı hərəkət etmə qabiliyyətinə malik olan quşlardan olan qartallarında bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartalların həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Bir keçəl kərkəsin (qartalın) 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısını birləşdirdikdə bütün tüklrəin ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. Bu sümüklərin bir çöx yerində havadan başqa bir şey yoxdur. Bir keçəl kərkəsiin skeletinin bütövlükdə ağırlığı 272 qramdan bir az çoxdur. Qısacası, qartalların ağırlığı uçmaq üçün son dərəcə idealdır.

Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında, qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə qartalın qanadlarını aşağıya doğru çəkən əzələlərin sayı qanadları yuxarı çəkən əzələlərin sayından çoxdur. Bir qartal üçün uçuş əzələləri çox vacibdir. Bu əzələlər adətən quşun bədən çəkisinin yarısına bərabər olur. Qartallar qanadlarının vəziyyətini dəyişdirərək daha sürətli və ya daha yavaş uça bilirlər. Sürətlə uçmaq istədikdə qanadlarının ön kənarlarını küləyə doğru çevirir və beləliklə “havanı kəsirlər”. Sürətlərini yavaşlatmaq istədikdə isə qanadlarının enli hissəsini küləyə doğru çevirirlər.

Bütün qartalların gözlərində “niktitant pərdə” deyilən artıq göz qapağı var. Bu qapağın funksiyası gözləri təmizləmək və qorumaqdır. Qartallar balalarını yedirərkən göz qapaqlarını adətən yumurlar. Bu balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçün tədbirdir.30



Qartallardakı dizayn sadəcə qüsursuz uçuş bacarığı üçün deyil. Bundan əlavə tüklrəində yerə enmə üçün də xüsusi dizayn var. Qartal yerə enərkən quyruğunu havaya qaldırır və bədəninə görə bir bucaq altında quyruğunu aşağı çəkərək sürətini azaldır. Qanandlarının uclarını alçaldaraq onlardan əyləc kimi istifadə edir. Ancaq sürətini itirərkən qanadların üstündə əmələ gələn hava axını qartalın yıxılma təhlükəsinin artmasına səbəb olur. Qartal qanadlarının ucundakı üç-dörd çəngə tükü qaldıraraq bu təhlükənin qarşısını alır. Bunlar qanadın səthindən havanın düz xətt halında keçməsinə və quşun rahatlıqla yerə enməsinə kömək edir. 31

Bura qədər göstərilən misallard çox açıq görünən bir həqiqət var. Tək bir qartalın bədənindəki dizaynın bir neçə detalı belə təsadüfən əmlə gəlməyəcək qədər mükəmməldir. Bu da bizə qartalları da eynilə bütün digər qular və canlılar kimi üstün güc sahibi Allahın yaratdığını açıq şəkildə sübut edir.
(harun yahya Ehtişam hƏr yerdƏdir)