TƏKMİŞLƏŞMİŞ KONDİSİONER, QÜSURSUZ HİSS EDİCİ: DƏRİ

Hal-hazırda bu kitabın səhifələrini asanlıqla çevirə bilirsiniz. Çnüi əlləriniz səhifələrin hiss etməkdə heç bir problem yaratmır. Eyni şəkildə düz, sürüşkən səthi olan cisimləri də, məsələn, stəkanları da əlinizə alıb apara bilirsiniz. Bir tükə toxunduqda yumşaqlığını, bir qayanı tutduqda bərkliyini hiss edə bilirsiniz. Çünki dəriniz bütün bunları qəbul edib beyninizə lazımi siqnalları göndərərək sizin cisimləri beyninizdə qavrayamağa kömək edən xüsusiyyətə malikdir.




İnsan dərisinin altında yerləşən toxunmaya həssas sinirlər çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da sizə hərəkət asanlığı verir və heç bir rahatsızlıq vermir. Bununla yanaşı daha “əhəmiyyətsiz” yerlərdə, məsələn, kürəkdə az sayda sinir ucu var. Bu çox mühüm üstünlükdür. Bunun əksini düşünək: barmaq uclarının çox hissiyyatsız olduğunu, bütün sinir uclarının kürəkdə toplandığını fərz edək. Bu, şübhəsiz, olduqca çətin vəziyyət olardı. Əlimizdən düzgün istifadə edə bilməz, lakin kürəyimizə toxunan ən kiçik maddəni, məsələn, paltarımızın qırışlarını hiss edərdik.

İnsan dərisi bir çox təbəqədən əmələ gələn, içində hiss edici sinirlər, qan dövranı kanalları, ventilyasiya sistemləri, temperatur və nəm nizamlayıcıları olan, lazım gəldikdə, qalxan kimi Günəş şüalarından bədəni qoruyan mürəkkəb orqandır. Bu xüsusiyyətlərinə görə dərisinin bir hissəsinin zədələnməsi insan üçün həyati təhlükə ola bilər.

Bir-birindən tamamilə fərqli quruluşlardan əmələ gələn dərinin alt issəsində yağdan ibarət təbəqə var. Bu yağ təbəqəsi temperatura qarşı izolyasiya funksiyasını yerinə yetirir. Bu təbəqənin üstündə dəriyə elastiklik verən və böyük hissəsi zülallardan ibarət başqa təbəqə var.



Dərimizin 1 sm dərinliyinə baxsaq məhz bu yağların və zülalların əmələ gətirdiyi, çox müxtəlif damarların da olduğu qeyri-estetik, hətta ürpərdici görüntü ilə qarşılaşarıq. Dəri bütün bu quruluşları örtən xüsusiyyəti ilə həm bədənimizə estetik görüntü verir, həm də bütün xarici təsirlərdən qorunmağımıza kömək edir. Dərimizi bizim üçün lazımlı edən vəzifələrindən bir neçəsini saymaq və onların üzərində düşünmək dərimizin varlığının nə qədər vacib olduğunun başa düşülməsi üçün kifayətdir.

İnsan dərisi orqanizmin su tarazlığının pozulmasının qarşısını alır, davamlı və elastikdir, öz-özünü təzələyə bilir, bədəni zərərli şüalardan qoruyur, xarici aləm ilə əlaqəni təmin edir, soyuq və ya isti havalarda bədənin temperaturunu tənzimləyir.

Hər cür ehtiyacı təmin edən təkmilləşmiş kondisioner və həssas detektor kimi hərəkət edən insan dərisi həm estetik cəhətdən, həmdə insanı qoruyan xüsusiyyətlərilə Allah tərəfindən yaradılmış nemətdir. Təkcə bir xüsusiyyəti haqqında çoxsəhifəli kitablar yazılan dəri Allahın yaratmasındakı ehtişamını bizə bir daha göstərir.
(harun yahya Ehtişam hƏr yerdƏdir)