AXIRZAMANIN ƏN BÖYÜK FİTNƏSİ DƏCCAL

Bu dünya həyatı yaxşılarla pislərin, gözəlliklərlə çirkinliklərin üzə çıxdığı, insanların əməllərilə sınandığı, iman gətirənlərin və gətirməyənlərin sınanıb imtahan edildiyi keçici məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Uca Allah imtahanın üçün hər dövrdə iman gətirənlərə qarşı inkar edən, günahkar düşman yaratmışdır. Hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısına çıxan bu inkarçı Peyğəmbərimizin (sav) hədislərinə görə Hz. İsanın (a.s.) yenidən yer üzünə gəlməsinin gözlənildiyi, Hz. Mehdinin (a.s.) isə zühur edəcəyi dövrdə, yəni axırzamanda gələcək “dəccal” olacaq.


Peyğəmbərimiz (s) hədislərində dəccal, axır zamanda çıxacaq olan ən böyük mənfi güc olaraq tanıdılmışdır. Döyüşlərin, bütün saldırganlıkların, fitnə və qırğınların tək səbəbi axır zamanın fitnəsi olan Dəccal. Axır zamanda Deccalin fitnəsi çox böyük olacaq ...

Dəccal ərəb dilindədir, “dəcl” kökündən törəmişdir. Lüğətlərdə verilən mənaya görə dəccal “yalançı, hiyləgər, zehinləri, ürəkləri, pislə yaxşını, haqq ilə batili qarışdıran, bir şeyi ört-basdır edib əsl üzünü gizlədən, bucaq-bucaq hər yeri dolaşan müfsid (nifaq salan, pozan, pisləşdirən) və məlun (lənətlənmiş, qovulmuş)” varlıqdır.

Peyğəmbərimizin (sav) hədislərində dəccal axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxacaq ən böyük mənfi güc kimi xəbər verilmişdir. Axırzman kimi qeyri-adi hadisələrin baş verdiyi bu dövrdə zühurunu Allahın iznilə çox yaxında görəcəyimiz Hz. İsa (a.s.) və Hz. Mehdiyə (a.s.) düşmənçilik edərək bütün dünyaya şeytanın sistemini hakim etməyə çalışacaq dəccal tarixin bəlkə də ən böyük inkarçılarından biridir. Belə ki, Peyğəmbərimiz (sav) dəccalın fitnəsinin böyüklüyünü belə tərif etmişdir:

Adəmin yaradılışından qiyamətə qədərki zaman ərzində dəccaldan daha böyük hadisə yoxdur.1

Dəccal rəvayətlər görə doğrunu səhv, səhvi doğru, yaxşını pis, pisi yaxşı göstərən nifaqsalandır. “Şübhəsiz, yanında bir cənnət və bir cəhənnəm (adlandırdığı iki çay) olması da onun fitnəsidir.

Əslində cəhənnəmi cənnət, cənnəti də cəhənnəmdir...”2hədisində də bildirildiyi kimi onun yaxşı, gözəl, doğru adlandırdığı hər şey insana fəlakət gətirən pislikdir. İnsanlara pis kimi göstərdiyi dəyərlər isə əslində onların xeyrinədir. Ancaq bəzi insanlar hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (sav) sünnətinə əsasən dəyərləndirmədiklərinə görə dəccalın onları səslədiyi şeylərə aldanaraq ona tabe olacaq və əslində tabe olmaları lazım olan Allahın fitrətindən qəflət içində üz çevirəcəklər. Bunun nə qədər böyük xəta olduğunu isə dəccalın hazırladığı zülm mühiti sayəsində anlayacaqlar. Bu səbəbdən Peyğəmbərimiz (sav) insanlara xəbərdarlıq etmiş və dəccalın pis kimi göstərdiyi şeyin yaxşı olduğunu bilərək hərəkət etmələrini söyləmişdir:

Dəccal çıxacaq. Yanında su və atəş var. İnsanların su kimi gördüyü yandırıcı atəşdir. İnsanların atəş kimi gördükləri də soyuq və şirin sudur. Sizdən kim bunu dərk etsə, atəşə tərəf getsin, özünü atəşə atsın. Əslində o şirin və gözəl sudur.3



Deccalin fitnəsi dünyanın hər yerində hissedilmekte sevgisizlik, qarşıdurmalar və fitnə-fəsad dünyanın hər yanına yayılmaqdadır

Dəccal, insanları yaxşını pis, pisi yaxşı göstərərək aldatacak, hər cür qarışıqlığa zəmin hazırlayacaq.
Yaşadığımız dövr hədislərdə bildirilən bir çox müxtəlif əlamətlərdən başa düşüldüyü kimi “axırzaman”dır. Peyğəmbərimizin (sav) hədislərindən başa düşüldüyü kimi axırzaman hal-hazırda yaşanır və Hz. İsanın (a.s.) yenidən yer üzünə gəlişi və Hz. Mehdinin (a.s.) zühuru Allahın istəyilə bu dövrdə gözlənilir. Hədislərdə xəbər verildiyi kimi yaşanan axırzamanda dəccalın fitnəsi də hiss edilir, sevgisizlik, üsyankarlıq, pislik, ayrılıq, qarşıdurmalar və tənəzzül dünyanın hər yayına yayılır. İnsanların böyük qismi dəccalın fitnəsinə uymuşlar, gözəl əxlaqdan uzaqlaşmışlar, yer üzündə inkara əsaslanan şeytani sistemi qəbul etmişlər.


Axır zamanda Deccalin fitnəsi aclıq, qıtlıq və iqtisadi fəlakətlər ilə də özünü göstərəcək.

Dəccalın yaşadığımız axırzamanda ideoloji cəhətdən ən böyük fitnəsi isə Darvinizm olmuşdur. XIX əsrin ən böyük xürafatı olan Darvinist ideologiya əvvəllər etirazla qarşılaşsa da, dəccalın təsirilə XX əsrdə cəmiyyətlərə yayılmış, kütlələri arxasından sürükləmiş, bir çox tərəfdar toplamış, məktəb kitablarına, elmi ədəbiyyata daxil olmuşdur. Böyük yalan olmasına baxmayaraq, elmilik iddiası ilə ortya çıxıb heç bir elmi dəlillə dəstəklənməsə də, dəccalın təsirilə bütün dünyanı aldatmağı bacarmışdır. Hədislərdə bildirildiyi kimi, dəccalın təsirilə insanlar olmayan bir şeyi qəbul etmiş, elmlə heç bir əlaqəsi olmayan bir nəzəriyyəni “həyatın mənşəyinə dair açıqlama” kimi mənimsəmişlər. Uşaqlar orta məktəb dövründən etibarən məktəblərdə Darvinin təkamül nəzəriyyəsini oxumağa başlamış, ən çox seyr edilən Darvinizm tərəfdarı olan telekanalları təkamülə dair saxta ssenariləri “elmi fəaliyyət” kimi ön plana çəkmiş, universitet professorları bu saxtakarlığı hər vəchlə mdafiə etmişlər. Bu, tamamilə batil inanc sistemidir. Darvinizim batil bir din kimi ortaya çıxmışdır; insanları isə bu batil dinə kor-koranə inandırılmağa çalışmış, inanmayanlar təcrid olunmuş və susdurulmuşlar. Təkamül nəzəriyyəsinin lehinə heç bir elmi dəlil yoxdur. Olması da mümkün deyil. Amma Darvinizm saxta inanc olduğuna görə təkamül nəzəriyyəsi adına daima saxta dəlillər uydurulur, təkamülü çürüdən həqiqi elmi dəlillər isə ört-basdır edilir. Bu saxtakarlığın həddi-hüdudu yoxdur. Darvinizm Allahı inkara əsaslanan, batil, saxta inanc sistemi olması ilə dəccalın məlum olan və hədislərə əsasən axırzamanda gözlənilən böyük oyunudur.


İrqçiliyin ən böyük mənbəyi olan, insanı yer üzündə başıboş bir heyvan olduğuna inandırmağa çalışan Darvinizm, deccal ən böyük oyunlarından biridir. Sevgisizlik, mərhəmətsizlik, insana insan olaraq dəyər verməmək, öz irqini daha üstün görmənin nəticəsidir.

Canlıların təsadüfən meydana gəldiyini iddia edən, insanın meymun əcdadları olduğunu müdafiə edən, insanı yer üzündə məsuliyyətsiz, nəzarətsiz bir heyvan olduğuna inandırmağa çalışan, güclünun zəifi əzməsi kimi batil fikirlərə əsaslanaraq kütlələri qətl edən, müharibələri başladan, insanlara mənən kiçik və alçaq gözlə baxan bu saxta inanc sistemi dəccalın ən böyük oyunlarından biri olan Darvinizmdir. Lakin 150 ildən bəri davam edən bu oyun XXI əsrin əvvəlllərində artıq məhv olmuş vəziyyətdədir. Dəccalın oyunu bitmişdir. Dəccal artıq ölmüşdür. Kütlələrin aldadılması sona çatmışdır. Batil bir din kimi mənimsənilən bu ideologiya Allaın haqq dini qarşısında yerlə yeksan olmuşdur. Allah, şübhəsiz, Öz dinini üstün qılandır. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək! (Yunus surəsi, 82)



De: "Sizi inşa edən (yoxdan yaradan) sizə qulaq, göz və ürək verən Odur. nə az şükür edirsiniz?"
(Mülk Surəsi, 23)
(harun yahya DƏccal necƏ öldü?)

1-Tirmizi, s. 82; Müslim, Fiten: 126
2-İbni Ebi Şeybe, Musannef, Fiten: 5, 8/5912 İbn-i Mace, 4075, 4076; Tırmizi, Fiten: 59, no. 2240, 4/510
3-Müslim; Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, s. 13