Masonlar tərəfindən dəstəklənən Darvin



Darvinizmin masonluğun ən böyük oyunlarından biri olması həqiqətəni nəzərə çatdıran mühüm nümunə bir mason iclasında verilmiş qərardır. Parisdəki 33-cü dərəcəli Mizraim Masonluq Ali Şurasına aid şura üzvləri iclaslarında təkamülün elm kimi dəstəklənməsi qərarını verərdən əslində bir tərəfdən də özləri o nəzəriyyəni ələ salırdılar:

Elə bu [təkamül nəzəriyyəsinin elmiliyi] fikirdən istifadə edərək bizlər heç dayanmadan mətbuatımız vasitəsilə bu nəzəriyyələrə kor-koranə inanılmasını təmin edəcəyik. İntellektuallar... savadları ilə özlərini tərifləyəcəklər və hər hansı məntiqli sübuta ehtiyac hiss etmədən elmdən əldə edə bildikləri bütün məlumatı bunun üçün sərf edəcəklər, təmsilçiliklərimizdəki mütəxəssislər onların zehnlərini bizim istədiyimiz istiqamətdə yönəltməyimiz üçün bütün hissələri hiyləgərliklə birləşdirdilər. Bir anlıq bunların boş sözlər olduğunu düşünməyin: Darvinizm üçün təşkil etdiyimiz uğurlar üzərində diqqətli düşünün...18

Amerikadakı masonluq da Mizraimin bu qərarənə çox keçmədən mənimsədi. “Nyu Eyc” jurnalı 1992-ci ilin mart ayında masonluğun hakimiyyətinin “təkamül və insanın təkmilləşməsi” sayəsində qurulacağını bildirmişdir.

Diqqət edilsə, təkamül nəzəriyyəsinin indiki saxta elmi görünüşü 33 dərəcəli mason lojalarında müəyyən edilib qərarlaşdırılmış bir oyundur. Masonlar özlərinin belə gülünc hesab etdiyi bu yalana elmi don geydirmək üçün özlərinin istədiyi kimi davranın elm adamlarını özlərinin istiqamətləndirdiyi mətbuatdan istifadə edəcəklərini açıq şəkildə bildirirlər. Masonlar Darvinizm adından əldə etdikləri uğurlardan bəhs edərkən əslində bir yalanın universitetlərə, məktəblərə, məktəb dərsliklərinə, bütün KİV-lərinə həqiqət kimi daxil olmasını, anti-Darvinist mövqedə olanların susdurulmasını, anti-Darvinist fəaliyyətlərin təzyiq yolu ilə dayandırılmasını nəzərdə tuturdular. Masonların Darvinizm üçün əldə etdiyi bu saxta “uğurlar” dövrümüzdə elə səviyyəyə gətirilmişdir ki, ingilis kilsəsi Darvindən üzr istəməyə, Roma Papası öz evində darvinizm lehinə konfranslar verməyə məcbur edilmişdir. Elə dünyaya hakim olan dəccal sistemi masonluğun bir lojada qərar verib tətbiq etdiyi bu batil sistem bu cür təsirli olmuşdur.

Masonluğun Darvinizm ilə əlaqəsinin başqa mühüm dəlilini isə Darvin dövründə Darvinin ən böyük tərəfdarı və “Darvinin buldoqu” kimi tanınan Tomas Haksleyin fəaliyyətlərindən anlamaq mümkündür. Haksley İngiltərənin ən mühüm elm qurumlarından biri olan Kral Akademiyasının (Royal Society) üzvü idi və bu qurumun bütün digər üzvləri kimi qocaman mason idi.19 Kral Akademiyası və ya tam adı ilə Təbiət Elminin İnkişafı üzrə London Kral Akademiyası (The Royal Society of London for The Improvement of Natural Knowledge) 1662-ci ildə qurulmuşdur. Qurumun bütün üzvləri istisnasız masonlardan idi.20


Thomas Huxley ve Royal Society binası

Heç bir şəxsi uğuru olmamasına baxmayaraq çox gənc yaşda Kral Akademiyasına üzv götürülən Tomas Haksleyi bu masonik təşkilat baxımından əhəmiyyətli edən şey Darvin yaxını və ən böyük tərəfdarı olması idi.
Kral Akademiyasının digər üzvləri də həm kitabını nəşr etməzdən əvvəl, həm də nəşr etdikdən sonra Darvinə böyük dəstək verdilər və kömək etdilər. Bu masonik qurum Darvinəvə Darvinizməo qədər sahib çıxdı ki, bir il sonra eynilə Nobel mükafatları kimi hər il uğurlu hesab etdiyi elm adamlarına “Darvin medalı” təqdim etməyə başladı.

Qısaca desək, özü də mason olan Darvin tək deyildi. Nəzəriyyəsini irəli sürdüyü andan etibarən “təşkilatlı”şəkildə dəstəkləndi. Bu təşkilati dəstək əsasını masonların təşkil etdiyi sosial sinif və qruplardan gəlirdi. Marksist mütəfəkkir Anton Pannkok “Marksizm və Darvinizm” adlı kitabında bu mühüm həqiqətdən bəhs edir və burjuaziyanın, yəni Avropalı gəncə kapitalist sinfinin Darvinizmi dəstəklədiyini belə izah edir:


Ateist Masonlar tərəfindən ortaya atılan təkamül nəzəriyyəsinin günki dəstəkçisi də ateist masonlardır.

Marksizmin əhəmiyyətini və mövqeyini sadəcə proletar sinfi mübarizəsindəki roluna borclu olduğu hamıya məlumdur... Darvinizmin də Marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyil. Darvinizm elm dünyası tərəfindən obyektiv yanaşma ilə müzakirə olunaraq və sınaqdan keçirilərək qəbul edilmiş mücərrəd nəzəriyyə deyil. Xeyr, Darvinizm ilk addımı atan kimi həvəsli dəstəkçiləri və coşğun düşmənləri olmuşdur. Darvinin adı nəzəriyyəsini az anlayan insanlar tərəfindən ucaldılmışdır... Darvinizm də sinfi mübarizədə rol oynamış və bu rol sayəsində sürətlə yayılmış, coşğun tərəfdarlar və amansız düşmənlər qazanmışdır.21

Bu iddia masonların təkamül nəzəriyyəsinə nə üçün əhəmiyyət verdiklərini açıq şəkildə göstərir. Onların məqsədi insanın və bütün canlıların təsadüfən əmələ gəlməsi fikrini zehnlərə yerləşdirmək, beləliklə, insanlara bu batil materialist fəlsəfəni əsaslı göstərməkdir. Allahı inkar etməyin (Allahı tənzih edirik) və təsadüfləri saxta ilah kiimi insanlara empoze etməyin tək üsulu isə onların fikrincə təkamül nəzəriyyəsidir. Elə buna görə masonluq hansı yolla olarsa-olsun, təkamül nəzəriyyəsini dəstəkləyir, müdafiə edir, cəmiyyətdə yaymağa çalışır və saxtakarlıqla və ya zorakılıqla da olsa, mütləq qoruyur. Dünyada bu yalanın israrla və böyük fanatikliklə qorunmasının və dünyaya hakim olan Darvinist diktatorluğun qurulmasının səbəbi elə budur.
(harun yahya DƏccal necƏ öldü?)

18-John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, s. 121
19-Albert G. Mackey. "Charles Darwin and Freemasonry". An Encyclopedia of Freemasonry New York: The Masonic History Company, 1921, Vol. III
20-John J. Robinson, Born in Blood, s. 285
21-Anton Pannekoek, Marxism And Darwinism, Cornell University Library, 1912