Saxta Darvinizm ideologiyasının dəstəkçiləri daim masonlar olmuşdur

Daha əvvəl detallarını bildirdiyimiz kimi masonluğun təməl fəlsəfəsi Darvinizmə əsaslanır. Çünki Darvinizm masonluğun əsaslandığı cəhətləri, yəni ateizmi, məqsədsizliyi, müharibələri və degenerasiyanı, yəni dəccal sistemini qanuniləşdirmək üçün irəli sürülmüş və elmi tərəfi olmamasına baxmayaraq elmi göstərilməyə çalışılmış saxta ideologiyadır.

Ali dərəcəli mason olan Selami Işıldağ masonluğun təkamülü qeyd-şərtsiz qəbul etməsini bu sözlərlə dilə gətirmişdir:

Qısaca, həm də çox qısaca, bəzi masonik prinsiplərə, fikir və mənimsəmələrə də toxunmaq istəyirəm: masonluğa əsasən həyat tək hüceyrədən başlayır, dəyişmə, çevrilmə və təkamül ilə insana qədər davam edir. Başlanğıcın mahiyyəti, səbəbləri, məqsədi və şərtləri məlum deyil. Həyat maddə-enerjidən əmələ gəlmiş və ona qayıdacaqdır. Kainatın Ulu Memarı; ancaq ali prinsip, yaxşılıqlar və gözəlliklərin sonsuz üfüqü, təkamülün zirvəsi, ən yüksək mərhələsi, insanlıq prinsipi olaraq düşünülüb mənimsənilərsə, şəxsiləşdirilməzsə, ehkamçılıqdan qurtulma ehtimalı var.22(Allahı tənzih edirik)

Bu sözlərdə işlədilən “Kainatın Ulu Memarı” adlandırılan masonik anlayış masonların tapındıqları şeytanı ifadə edir. (Allahı tənzih edirik).

Başqa bir mənbədə masonluğun təkamül düşüncəsi ilə əlaqəsi açıq şəkildə bildirilir və Darvinin babası Erasmus Darvinin təkamül fikrini irəli sürməsinin mühüm səbəbinin masonluğa əsas təşkil etməsi açıqlanır:

Nyu Eycin universallıq, sehr və təkamül kimi doktrinalarının böyük əksəriyyəti mason lojasında yer alır. Bu səbəbdən Erasmus Darvin kimi masonlar və başqaları da təkamül fikrini qəbul etmişlər.

... Təkamül reenkarnasiya ilə əlaqəli mistik dindir. Elə buna görə Nyu Eyc oxucuları da təkamül təlimlərinə inanırlar. Təkamül təbii seleksiyanın bütün canlıları ibtidaidən mürəkkəbə çevirdiyini irəli sürür (insan isə milyardlarla il davam edən təsadüflərlə dolu bu mərhələli inkişafın son məhsuludur). Reenkarnasiya da insanın mükəmməlliyə çatana qədər bir çox həyat yaşayaraq sonsuz şəkildə təkamül keçirdiyini öyrədir.23

Darvinizmin masonluğa əsaslanan nəzəriyyə olması Corc H. Steynmetzin “Masonluğun gizli mənası” (Freemasonry: Its Hidden Meaning) adlı kitabında bu sözlərlə şərh edilmişdir:

Masonik təmsil və simvollarda gizlənən bu qədim və gizli təlim təkamülü Darvinin indiyə qədər öyrətdiyi kimi açıqlayır: Reenkarnasiya və Karma elmi astrologiyanın bir parçasıdır.24

Yazıçı Filip D. Kolins masonik sistemi ifşa etdiyi “Elmi diktatorluğun hakimiyyəti” (The Ascendancy of the Scientific Dictatorship) sərlövhəli məqaləsində Darvinizmin əslində necə masonik yalana əsaslandığını bu sözlərlə ifadə edir:

Darvinizm nəzəriyyəsi “-izm”lərin, ehtiyatla örtülmüş sehrlə bağlı anlayışların, fəlsəfi doktrinaların və ideologiyaların sıx qarışığıdır. Tennenbaumun Darvinizm “cəfəng (ağlasığmaz) dərəcədə məntiqsiz təkliflərə əsaslanır, bunlar elmi müşahidələrdən əldə edilməmiş, lakin süni şəkildə xaricdən siyasi və ideoloji səbəblərlə ortaya atılmışdır,” açıqlaması əsaslı və doğrudur.25

Masonluğun Darvinizmi ön plana çıxararaq dünya müharibələrinə səbəb olması, kütləvi qırğınlar törətməsi, soyqırım, irqçilik kimi zülm sistemlərini yayması da çətin olmamışdır. Masonluq müxtəlif yüksək dərəcəli masonları ön plana çəkərək Darvinist ideologiyanı əsas götürərək və bu ideologiya ilə insanların beyinlərini yuyaraq dünyaya qorxunc fəlakət gətirmişdir. 350 milyondan çox insan bu qorxunc oyun nəticəsində şəhid olmuş və ya həyatını itirmiş, insanlar nə olduğunu başa düşmədən iki böyük dünya müharibəsinin gətirdiyi bəlaya düşmüşdülər.

Filip D. Kolins bu həqiqəti belə şərh edir:

Nizamın gizli kultu” (The Secret Cult of the Order) adlı əsərində Entoni Satton belə deyir: “Marks və Hitler, hər ikisinin də fəlsəfi təməlləri Hegelə əsaslanır. Elə Darvin, Marks və Hitlerin kəsişdiyi Hegelçi nöqtə buradadır. Nitşe-izm, Darvinizm və Marksizmin birlikdə Sionun Ağıllı Adamları Protokolunda yer tutduğu nəzərə alınarsa, bu bir təsadüf deyil. Hər ikisi də Hegelçi prinsiplərə əsaslanır. Habelə hər ikisi də Darvinizm “elmi ilə” qanuniləşdirilmiş “elmi diktatorluqlar”dır.

Hitler və Marksın hər ikisinin də Darvinist təkamülə olan marağı tarixi həqiqətdir. Londonda yaşadığı dövrdə Karl Marks T.H. Haksley tərəfindən verilən təkamül nəzəriyyəsi konfranslarında iştirak edirdi.

Kommunizmin sinfi mübarizəsi anlayışı ilə Darvinin təbii seleksiya prinsipi arasındakı heyrətləndirici bənzərliyin fərqinə varan Marks Darvinə 1873-cü ildə “Das Kapital” kitabının bir surətini göndərmişdi. Təkamül düşüncəsindən sehrlənən Marks növbəti cildi Darvinin ona həsr etməsini istəmişdi.26

Tədqiqatçı Ayən Teylor bu mövzunu belə açıqlayır:

Faşizm və ya Marsizm, sağ qanad və ya sol - ... əlbəttə, bu yolların təməli Darvinin təkamül nəzəriyyəsidir.27


Ateist Masonluq, Darvinizmi ön plana çıxararaq dünya müharibələrini başlamış, kütlə qırğınları etmiş, irqçilik kimi zülm sistemlərini yaymışdır.

Filip D. Kolinsin bu mövzu ilə bağlı digər fikirləri də belədir:

“Təkamül və Etika” (Evolution and Ethics) adlı kitabında Keyt açıq şəkildə bunları deyir: “Mənim davamlı şəkildə ifadə etdiyim kimi Alman Fürer (Hitler) bir təkamülçüdür: şüurlu şəkildə Almaniyadakı tətbiqatların təkamül nəzəriyyəsinə uyğun olmasını hədəf seçmişdir.”28

“Mein Kampf” kitabını təhlil edən Verner Maser Hitlerin “biologiya, tapınma, güc və mübarizə kimi məfhumlardan və onun tarixdə əxlaq şərti fikirlərini rədd etməsinə görə” Darvinin cavabdeh olmasını açıqlamışdır.29

Kommunizm və Nasizm tətbiqatlarının hər ikisində də nəticədə inanılmaz dərəcədə qan axıdılmışdı. Bu, Darvinist təfəkkürün təbii nəticəsi və “elmi diktatorluğun” mirası idi.30

Darvinin düşüncələrini tətbiq edən kommunistlər və faşistlər milyonlarla insanı öldürşümdülər. Bu qrupların hər ikisi də elitlər (Illuminati) içərisindən çıxır və dövrümüzdə də eyni məqsədlərə xidmət edirlər. Darvinist “güclü olanın həyatda qalması” iddiası nəticəsində zəfər əldə etmək üçün qan tökülməsi şərtdir.31

Masonluq, yəni dəccaliyyət Darvinizm görünüşü altında kütlələrə sızaraq milyonlarla insanın qətl edilməsinə yol açmışdır. Bu dəccali sistem ölkələri məhv etmiş, inananlara istiqamətlənən qırğınların bir nömrəsi cavabdehi olmuşdur və bu dəccali sistemin üsulları hə rzaman insanlara uyğun göstərilməyə çalışılmış, təkamül cildi ilə kamuflaj edilərək elmi əsası var imiş kimi göstərilmişdir. Lakin təkamül nəzəriyyəsi bircə elmi dəlillə dəstəklənmədiyi kimi hər elmi tapıntı bu nəzəriyyəni təkrar-təkrar süquta uğradır. Darvinizmin böyük yalan olması qəti, sübut edilmiş həqiqətdir.

İnsanların açıq-aydın deyilmiş yalana bu qədər kor-koranə bağlanmaları, dünya səviyyəsində bu yalanın yayılması və insanları, cəmiyyətləri, ölkələri təsiri altına alması, əlbəttə, inanılmaz hadisədir. Lakin sözügedən kütləvi yalanın masonların monopoliyasında olması həqiqəti nəzərə alındıqda bu aldanmanın səbəbi də başa düşülür. Masonların oyunu qapısı örtülü lojalardan bütün dünyaya yetişən təsirli oyundur. Onlar cəmiyyəti və ya bütün dünyanı aldatmaq istədikdə eynilə təkamül nəzəriyyəsində olduğu kimi ölkələri, dövlətə bağlı qurumları, insanları, mətbuatı., yəni ağalıqları altında olan hər cür yoldan istifadə edərək bunu istədikləri kimi edə bilirlər.
(harun yahya DƏccal necƏ öldü?)

22-Dr. Selami Işındağ, Panteizm-Kamutanrıcılık Felsefesi, Masonluktan Esinlenmeler, İstanbul 1977, s. 190
23-The Jesuit Pierre-Teilhard-De-Chardin, s. 2 [
24-George H. STEINMETZ, Freemasonry: Its Hidden Meaning, s. 37
25-Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 Şubat 2005, s. 4
26-Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 Şubat 2005, s. 7
27-Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 Şubat 2005, s. 8
28-Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 Şubat 2005, s. 8
29-Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 Şubat 2005, s. 8
30-Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 Şubat 2005, s. 8
31-Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 Şubat 2005, s. 8